Azərbaycan Respublikası adından QƏTNAMƏ Zərdab rayonu İş № e-2(035)-603/2024 09.09.2024 ZƏRDAB RAYON MƏHKƏMƏSİ İddiaçı "xxxx" BOKT MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki iş üzrə (Açar sözlər:Pul tələbi) X1 Elxan oğlunun sədrliyi Babayeva Leyla Şirin qızının katibliyi İddiaçının nümayəndəsi Nümayəndə Cavabdeh1 iştirakı ilə, İddiaçı "xxxx" BOKT MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə 09 sentyabr 2024-cü il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən Etdi: İddiaçı "xxxx" BOKT MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən əsas borca görə 5087,93 manat, faiz borcuna görə 494,68 manat, cərimə borcuna görə 150 manat, cəmi 5732,61 manat pul məbləğinin və 78,4 manat ödənilmiş dövlət rüsumunun cavabdehlərdən tutularaq "xxxx" BOKT MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" BOKT MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tarxli, GARA-35887-4389 saylı kredit müqaviləsinə əsasən cavabdehə illik 25 faiz dərəcəsi olmaqla, 12 ay müddətinə, hissə-hissə hər ay 570 manat ödəmək şərti ilə 6000 manat məbləğində kredit verilmişdir. Digər Cavabdeh2 ilə Bank arasında zaminlik müqaviləsi bağlanmış və o, zamin kimi xx.xx.2023-cü il tarxli, GARA-35887-4389+GARA-35890 saylı kredit müqaviləsi üzrə kreditin vaxtında Banka qaytarılmasına görə Bank qarşısında borcalanla birlikdə məsuliyyət daşıması barədə üzərinə öhdəlik götürmüşdür. Bank müqavilənin şərtinə uyğun olaraq üzərinə düşən öhdəliklərə əməl etsə də, cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə cavabdehin xx.xx.2024-cü il tarixə "xxxx" BOKT MMC-yə xx.xx.2023-cü il tarxli, GARA-35887-4389 saylı kredit müqavilə üzrə əsas borca görə 5087,93 manat, faiz borcuna görə 494,68 manat, cərimə borcuna görə 150 manat, cəmi 5732,61 manat məbləğində borcu yaranmışdır. Mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi üçün cavabdehlə aparılan danışıqlar bir nəticə verməmişdir. Ona görə də iddiaçı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, məhkəmə iclasına gəlməməyin səbəbi barədə məhkəməyə məlumat verməmiş, nə də ki, iddiaya qarşı yazılı mülahizə və ya etirazını məhkəməyə göndərməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək izahatında göstərmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarxli, GARA- 35887-4389 saylı kredit müqaviləsinə əsasən cavabdehə illik 25 faiz dərəcəsi olmaqla, 12 ay müddətinə, hissə-hissə hər ay 570 manat ödəmək şərti ilə 6000 manat məbləğində kredit verilmişdir. Digər Cavabdeh2 ilə Bank arasında zaminlik müqaviləsi bağlanmış və o, zamin kimi xx.xx.2023-cü il tarxli, GARA-35887-4389+GARA-35890 saylı kredit müqaviləsi üzrə kreditin vaxtında Banka qaytarılmasına görə Bank qarşısında borcalanla birlikdə məsuliyyət daşıması barədə üzərinə öhdəlik götürmüşdür. Bank müqavilənin şərtinə uyğun olaraq üzərinə düşən öhdəliklərə əməl etsə də, cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə cavabdehin xx.xx.2024-cü il tarixə "xxxx" BOKT MMC-yə xx.xx.2023-cü il tarxli, GARA-35887-4389 saylı kredit müqavilə üzrə əsas borca görə 5087,93 manat, faiz borcuna görə 494,68 manat, cərimə borcuna görə 150 manat, cəmi 5732,61 manat məbləğində borcu yaranmışdır. Ona görə də iddiaçı məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul edərək izahatında göstərmişdir ki, iddiaçı "xxxx" BOKT MMC ilə onun arasında bağlanmış xx.xx.2023-cü il tarxli, GARA-35887- 4389 saylı kredit müqaviləsinə əsasən cavabdehə illik 25 faiz dərəcəsi olmaqla, 12 ay müddətinə, hissə-hissə hər ay 570 manat ödəmək şərti ilə 6000 manat məbləğində kredit verilmişdir. Bank müqavilənin şərtinə uyğun olaraq üzərinə düşən öhdəliklərə əməl etsə də, o, kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə cavabdehin xx.xx.2024-cü il tarixə "xxxx" BOKT MMC-yə xx.xx.2023-cü il tarxli, GARA- 35887-4389 saylı kredit müqavilə üzrə əsas borca görə 5087,93 manat, faiz borcuna görə 494,68 manat, cərimə borcuna görə 150 manat, cəmi 5732,61 manat məbləğində borcu yaranmışdır. İddiaçıya olan borcunu maddi durumu və ailə vəziyəti ağır olduğu üçün ödəyə bilməmişdir. Odur ki, iddiaçıya olan borcunu ödəməyə razıdır və gələcəkdə hissə-hissə ödəyəcəkdir. Mülki işdə olan sənədlər: İşdə olan iddiaçı "xxxx" BOKT MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tarxli, GARA-35887-4389 saylı kredit müqaviləsinə əsasən cavabdehə illik 25 faiz dərəcəsi olmaqla, 12 ay müddətinə, hissə-hissə hər ay 570 manat ödəmək şərti ilə 6000 manat məbləğində kredit verilmişdir. İşdə olan iddiaçı "xxxx" BOKT MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarxli, GARA-35887-4389+GARA-35890 saylı zaminlik müqaviləsindən görünür ki, o, Cavabdeh1 xx.xx.2023-cü il tarxli, GARA-35887-4389 saylı kredit müqaviləsi üzrə Bank qarşısındakı öhdəliyinin icrasına görə zamin durmuş və onunla birlikdə Bank qarşısındakı birgə məsuliyyət daşıyacağını öz üzərinə götürmüşdür. İşdə olan "xxxx" BOKT MMC tərəfindən verilmiş maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2023-cü il tarxli, GARA-35887-4389 saylı kredit müqaviləsi üzrə banka əsas borca görə 5087,93 manat, faiz borcuna görə 494,68 manat, cərimə borcuna görə 150 manat, cəmi 5732,61 manat borcu vardır. İşdə olan xəbərdarlıq məktubundan görünür ki, borcun könüllü şəkildə ödənilməsi barədə iddiaçı tərəfindən cavabdehlərə xəbərdarlıq edilmiş, əks təqdirdə Azərbaycan Respublikasının qanunlarının tələblərinə uyğun olaraq barəsində müvafiq tədbir görüləcəyi bildirilmişdir. İşdə olan mədaxil qəbzindən görünür ki, iddiaçı iddia ərizəsinə məhkəmədə baxılması üçün dövlət rüsumuna görə 78,4 manat pul ödəmişdir. Mülki işdə tədbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: 60-cı maddəsinin 1-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 71-ci maddəsinə görə vətəndaşların hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunverici, icra və məhkəmə orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 443.1-ci maddəsinə görə ohdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehlərdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, peniya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə, miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Belə ki, məhkəmə iclasında araşdırılan iddia ərizəsindən və işin digər materiallarından müəyyən olundu ki, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarxli, GARA-35887- 4389 saylı kredit müqaviləsinə əsasən cavabdehə illik 25 faiz dərəcəsi olmaqla, 12 ay müddətinə, hissə-hissə hər ay 570 manat ödəmək şərti ilə 6000 manat məbləğində kredit verilmişdir. Digər Cavabdeh2 ilə Bank arasında zaminlik müqaviləsi bağlanmış və o, zamin kimi xx.xx.2023-cü il tarxli, GARA-35887-4389+GARA-35890 saylı kredit müqaviləsi üzrə kreditin vaxtında Banka qaytarılmasına görə Bank qarşısında borcalanla birlikdə məsuliyyət daşıması barədə üzərinə öhdəlik götürmüşdür. Bank müqavilənin şərtinə uyğun olaraq üzərinə düşən öhdəliklərə əməl etsə də, cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə cavabdehin xx.xx.2024-cü il tarixə "xxxx" BOKT MMC-yə xx.xx.2023-cü il tarxli, GARA-35887-4389 saylı kredit müqavilə üzrə əsas borca görə 5087,93 manat, faiz borcuna görə 494,68 manat, cərimə borcuna görə 150 manat, cəmi 5732,61 manat məbləğində borcu yaranmışdır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehlər həmin borcun ödənilməsini təmin etməmişdir. Məhkəmə şərh olunanlara əsasən belə nəticəyə gəlir ki, iddia əsaslı və qanunidir. Ona görə də iddia təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, qanunverici məhkəmənin üzərinə yalnız məhkəməyə tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. Məhkəmə bununla əlaqədar qeyd etməyi zəruri hesab edir ki, Mülki prosessual qanunvericiliyin (MPM-nın 14, 2, 77.1-ci maddələri) tələbinə əsasən hər bir tərəf tələb və etirazının əsası kimi istitnad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyindən məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumuna görə 78.4 manat pul cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, Qət Etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əsas borca görə 5087,93 manat, faiz borcuna görə 494,68 manat, cərimə borcuna görə 150 manat və ödənilmiş dövlət rüsumuna görə 78,4 manat, cəmi 5811,01 manat məbləğində pul tutularaq "xxxx" BOKT MMC-nin xeyrinə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Zərdab Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqam Həsənquliyev
Məhkəmə qərarları › İş №e-2(035)-603/2024
Zərdab Rayon Məhkəməsi Qətnamə — İş №e-2(035)-603/2024
09.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver