Azərbaycan Respublikası adından QƏTNAMƏ Zərdab rayonu İş № e-2(035)-77/2024 03.07.2024 ZƏRDAB RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “maddi zərərin ödənilməsi tələbi”nə dair mülki iş üzrə (Açar sözlər: Pul tələbi) X3 Elxan oğlunun sədrliyi Babayeva Leyla Şirin qızının katibliyi İddiaçının nümayəndəsi- vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi zərərin ödənilməsi tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə Zərdab Rayon Məhkəməsinin binasında 03 iyul 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən ** OX *** dövlət qeydiyyat nişanlı “BMW-F10” markalı avtomobilə dəymiş maddi zərərə görə 6150 manat və ödənmiş dövlət rüsumuna görə 95 manat pulun tutularaq İddiaçı ödənilməsiniə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin faktiki halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı avtomobili idarə etmək üçün verdiyi etibarnamə üzrə X5 xx.xx.2023-cü il tarixdə saat 18 radələrində idarə etdiyi “BMW 5821” markalı **-OX-*** dövlət qeydiyyat nişanlı avtomobilllə Yeni saray yolu ilə Novxanı-Masazır dairəvi yolu istiqamətində hərəkətdə olan zaman “Vaz” dairəsi istiqamətndə hərəkətdə olan “Ford Tranzit” markalı avtomobil iddiaçının avtomoibilinin hərəkətdə olduğu zolağa çıxaraq ondan qabaqda gedən “VAZ 21074” markalı avtomobillə toqquşmuş və toqquşmadan sonra “Ford” markalı avtomobil iddiaçının avtomobilinin üzərinə gələrək iddiaçının avtomobilinin qabaq hissəsi ilə toqquşmuşdur. Hadisə zamanı iddiaçıya məxsus “BMW 5821” markalı **-OX-*** dövlət qeydiyyat nişanlı avtomobilə verilmiş zərər aktına əsasən ümumilikdə 9710 manat məbləğində zərərin dəydiyi müəyyən olunmuşdur. Həmin zərərdən "xxxx" ASC tərəfindən 3554 manat iddiaçıya ödənilmişdir. Hazırda avtomobilə dəymiş zərərdən 6150 manat məbləğində ödənilməmiş qalmışdır. Cavabdehdən dəymiş ziyanın əvəzinin ödənilməsini tələb etsə də heç bir nəticəsi olmamışdır.Ona görə də, iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məəcburyyətində qalmışdır. Məhkəmədən iddianın tam təmin edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilsə də, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməyin səbəbi barədə məhkəməyə məlumat verməmiş, nə də ki, iddiaya qarşı öz yazılı etirazını və ya mülahizəsini məhkəməyə göndərməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddələrinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi- vəkil Nümayəndə iddianı müdafiə edərək izahatında göstərmişdir ki, İddiaçı avtomoibili idarə etmək üçün verdiyi etibarnamə üzrə X5 xx.xx.2023-cü il tarixdə saat 18 radələrində idarə etdiyi “BMW 5821” markalı **-OX-*** dövlət qeydiyyat nişanlı avtomobilllə Yeni saray yolu ilə Novxanı-Masazır dairəvi yolu istiqamətində saatda 50-60 km sürətlə hərəkətdə olan zaman “Vaz” dairəsi istiqamətndə hərəkətdə olan “Ford Tranzit” markalı avtomobil Tural Sütiyevin hərəkətdə olduğu zolağa çıxaraq ondan qabaqda gedən “VAZ 21074” markalı avtomobillə toqquşmuş və toqquşmadan sonra “Ford” markalı avtomobil iddiaçının avtomobilinin üzərinə gələrək iddiaçının avtomobilinin qabaq hissəsi ilə toqquşmuşdur. X2 idarə etdyi avtomobilin qabaq hissəsi əzilərək yarasız hala düşmüşdür. Hadisə zamanı iddiaçıya məxsus “BMW 5821” markalı **-OX-*** dövlət qeydiyyat nişanlı avtomobilə ümumilikdə 9710 manat məbləğində zərərin dəydiyi müəyyən olunmuşdur. Həmin zərərdən "xxxx" ASC tərəfindən 3554 manat iddiaçıya ödənilmişdir. Avtomobilin təmiri üçün qalan hissəsini iddiaçı özü təmir etdirmişdir. Göründüyü kimi hadisə nəticəsində avtomobilə kifayət qədər yüksək məbləğdə maddi zərər dəymişdir. Hazırda avtomobilə dəymiş zərərdən 6150 manat məbləğində ödənilməmiş qalmışdır. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2024-cü il tarixli, 3- 16-16/2-9/1077/2024 saylı rəyinə əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2012ci il buraxılışlı “BMW 5821” markalı **-OX-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpa xərci üçün hesablanmış 8560 manat pulun hesablanmasına heç-bir etirazları yoxdur. Ona görə də, iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmədən iddianın təmin edilməsini xahiş edir. Mülki işdə olan sənədlər: İşdə olan xx.xx.2023-cü il tarixli ittiham aktının surətindən görünür ki, Abşeron rayon polis idarəsinin istintaq Şöbəsinin müstəntiqi polis kapitanı X1 icraatında olan Cavabdeh Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəs ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə toplanmış sübutlar kifayət qədər hesab edildiyi üçün Cavabdeh Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəs ilə ittiham olunaraq cinayət işinin başlanması üçün məhkəməyə göndərilməsinə əsaslar olduğu qeyd edilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli Zərər Aktdan görünür ki, “BMW 5821” markalı **-OX-*** dövlət qeydiyyat nişanlı avtomobilə yol-nəqliyyat hadisəsi zamanı dəymiş maddi ziyanın məbləğini və texniki vəziyyətini müəyyən etmək məqsədilə nəqliyyat vastəsinə firma tərəfindən texniki baxış keçirilmiş və baxış zamanı dəymiş ziyanın məbləği cəmi, 9710 manat təşkil etməsi müəyyən edilmişdir. İşdə olan qəbzlərdən görünür ki, iddiaçı iddia ərizəsinə məhkəmədə baxılması üçün dövlət büdcəsinə 95 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İşdə olan məhkəmə prosesinin gedişində iş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16-16/2-9/1077/2024 saylı rəyindən görünür ki, fərdi sahibkar Vahid Ağayev tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2012-ci il buraxılışlı “BMW 5821” markalı **-OX-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 8560 manat təşkil edir. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, iş üzrə keçrilimiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəyəri 50 manat təşkil edir. Mülki işdə tədbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin 2-ci hissəsinə görə mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. 60-cı maddəsinin 1-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 71-ci maddəsinə görə vətəndaşların hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunverici, icra və məhkəmə orqanlarının borcudur. Sığorta haqqında Qanun: 10-cu maddəsinə görə sığorta müqaviləsi sığorta olunanla sığortaçı arasında sazişdir. bu müqaviləyə görə sığortaçı sığorta hadisəsi zamanı sığorta olunana və ya xeyrinə sığorta müqaviləsi bağlanmış digər şəxsə sığorta ödənişi verməyi, sığorta olunan isə müəyyənləşdirilmiş müddətlərdə sığorta haqqı ödəməyi öhdəsinə götürür. 11-ci maddəsinə görə qanuna və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığorta olunanlara və ya üçüncü şəxslərə ödənilməsi üçün əsas olan hal sığorta hadisəsidir. 16-cı maddəsinə görə sığorta ödənişini sığortaçı sığorta müqaviləsinə və ya qanuna müvafiq surətdə sığorta olunanın ərizəsinə və sığorta aktına əsasən verir. 37.1-ci maddəsinə əsasən, sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 63.1-ci maddəsinə görə bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, 25-ci maddəsinə əlavə olaraq avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1096.1,1096.2-ci maddələrinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. 1097.3-cü maddəsinə görə qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. 1114-cü maddəsinə əsasən başqa şəxsin vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 81-ci maddəsinə əsasən yol hərəkəti qaydalarının pozuntularının törədilməsində təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda inzibati, cinayət və mülki-hüquqi məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinəəsasən tərəflərin tələb və etirazlarınıəsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2.-ci maddəsinəəsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə iş üzrə aşağdakıları qeyd etməyi zəruri hesab edir. Beləliklə, məhkəmə araşdırması zamanı iddiaçının nümayəndəsinin izahatı ilə yanaşı, işdə olan inzibati xəta haqqında qərardan və məhkəmə prosesinin gedişində iş üzrə keçirilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16-16/2- 9/1077/2024 saylı rəyi ilə müəyyən olundu ki, xx.xx.2023-cü il tarixdə saat 18 radələrində İddiaçı avtomoibili idarə etmək üçün verdiyi etibarnamə üzrə X5 idarə etdiyi “BMW 5821” markalı **-OX-*** dövlət qeydiyyat nişanlı avtomobilllə Yeni saray yolu ilə Novxanı-Masazır dairəvi yolu istiqamətində hərəkətdə olan zaman “Vaz” dairəsi istiqamətndə hərəkətdə olan “Ford Tranzit” markalı avtomobil iddiaçının hərəkətdə olduğu zaman zolağa çıxaraq ondan qabaqda gedən “VAZ 21074” markalı avtomobillə toqquşmuş və toqquşmadan sonra “Ford” markalı avtomobil iddiaçının avtomobilin üzərinə gələrək iddiaçının avtomobilinin qabaq hissəsi ilə toqquşmuş və nəticədə cavabdehin məsuliyyətsizliyinə görə iddiaçının idarə etdiyi avtomobilinə ümumilikdə 9710 manat məbləğində maddi ziyan dəymişdir. Həmin zərərdən "xxxx" ASC tərəfindən 3554 manat iddiaçıya ödənilmiş və hazırda avtomobilə dəymiş zərərdən 6150 manat məbləğində ödənilməmiş qalmışdır. İddiaçı məhkəmə iclasında ona 9710 manat məbləğində ziyan dəydiyini iddia etsədə, iş üzrə keçirilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16-16/2- 9/1077/2024 saylı rəyi ilə iddiaçıya dəyən ziyanın 8560 manat təşkil etdiyi müəyyən olunmuşdur. Beləliklə, məhkəmə iddiaçının izahatına, məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16-16/2-9/1077/2024 saylı rəyinə və işin digər materiallarına məcmu halında qiymət verərək və yuxarıda istinad olunan qanunvericilik normalarına əsaslanaraq və tərəflərin verdiyi ifadələrə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli və cavabdehdən iddiaçının xeyrinə maddi ziyana görə 5006 manat pul tutulmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, qanunverici məhkəmənin üzərinə yalnız məhkəməyə tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. Məhkəmə bunula əlaqədar qeyd etməyi zəruri hesab edir ki, Mülki prosessual qanunvericiliyin (MPM-nın 14, 2, 77.1-ci maddələri) tələbinə əsasən hər bir tərəf tələb və etirazının əsası kimi istitnad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının MPM-nin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddia ərizəsinə məhkəmədə baxılması ilə əlaqədar dövlət büdcəsinə ödənilmiş dövlət rüsumuna görə 95 manat, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pul Azərbaycan Respublikası MPM-nin 124.1-ci maddəsinə əsasən cavabdehdən tutularaq müvafiq hesaba (ekspertiza xərclərinə dair bildirişə əsasən xərcin keçiriləcəyi hesab- Dövlət xəzinədarlığı Aqentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, Hesab AZ34CTRE********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) ödənilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, Qət Etdi: İddia qismən təmin edilsin. Cavabdeh dəymiş maddi ziyana görə 5006 manat və iddia ərizəsinə məhkəmədə baxılması ilə əlaqədar dövlət büdcəsinə ödənilmiş dövlət rüsumuna görə 95 manat, cəmi 5101 manat pul cavabdehdən tutularaq İddiaçı verilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pul cavabdehdən tutularaq müvafiq hesaba (ekspertiza xərclərinə dair bildirişəəsasən xərcin keçiriləcəyi hesab- Dövlət xəzinədarlığı Aqentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, Hesab AZ34CTRE********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Zərdab Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqam Həsənquliyev
Məhkəmə qərarları › İş №e-2(035)-77/2024
Zərdab Rayon Məhkəməsi Qətnamə — İş №e-2(035)-77/2024
03.07.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver