Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № e-2(036)-1103/2023 06.07.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi və Əsədli Xuraman Emin qızının katibliyi, iddiaçı "xxxx" MMM QBKT-nin cavabdehlər, Cavabdeh1 və qeyrilərinə qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbi barədə iddiasına dair mülki işə baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMM QBKT-nin cavabdehlər, Cavabdeh1 və qeyrilərinə qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edib iddiaçı "xxxx" MMM QBKT-nin xeyrinə cavabdehlər, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada xx.xx.2022-ci il tarixli, **********0415 saylı kredit müqaviləsi üzrə 4854.00 manat əsas borc, 1838.76 manat faiz borcu, 286.15 manat cərimə borcu olmaqla, cəmi 6978.91 manat borcun və 89.79 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşdə olan kreditor "xxxx" MMM QBKT ilə borcalan Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, **********0415 saylı kredit müqaviləsinin surətinə əsasən müqavilə tərəfləri borcalana illik 34 faizlə 24 ay müddətinə 5000.00 manat məbləğində kredit verməsi barədə razılığa gəlmişlər. İşdə olan xx.xx.2022-ci il tarixli, **********0***-******* nömrəli Zaminlik müqaviləsinin surətinə əsasən Cavabdeh3 Cavabdeh1 ilə "xxxx" MMM QBKT-nin arasında bağlanmış xx.xx.2022-ci il tarixli, **********0415 saylı kredit müqaviləsi üzrə Borcalanın öhdəliklərinin icra edilməsi üçün öz üzərilərinə borcalanla eyni ölçüdə öhdəlik götürmüşdür. İşdə olan xx.xx.2022-ci il tarixli, **********0***-******* nömrəli Zaminlik müqaviləsinin surətinə əsasən Şirinov X1 Şaiq Həmzə oğlu ilə "xxxx" MMM QBKT-nin arasında bağlanmış xx.xx.2022-ci il tarixli, **********0415 saylı kredit müqaviləsi üzrə Borcalanın öhdəliklərinin icra edilməsi üçün öz üzərilərinə borcalanla eyni ölçüdə öhdəlik götürmüşdür. İşdən görünür ki, Cavabdeh1 xx.xx.2022-ci il tarixli, **********0415 saylı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, nəticədə sözü gedən kredit müqaviləsi üzrə ödənilməmiş borc öhdəliyi yaranmışdır. AR Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə, və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə belə hesab edir ki, cavabdehlər, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada iddiaçı "xxxx" MMM QBKT-nin xeyrinə xx.xx.2022-ci il tarixli, **********0415 saylı kredit müqaviləsi üzrə 4854.00 manat əsas borc, 1838.76 manat faiz borcu, 286.15 manat cərimə borcu və ödənilmiş dövlət rüsumuna görə 89.79 manat tutulmalıdır. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddia tələbi təmin olunsun. Cavabdehlər, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada xx.xx.2022-ci il tarixli, **********0415 saylı kredit müqaviləsi üzrə 4854.00 (dörd min səkkiz yüz əlli dörd) manat əsas borc, 1838.76 (bir min səkkiz yüz otuz səkkiz manat, yetmiş altı qəpik) manat faiz borcu, 286.15 (iki yüz səksən altı manat, on beş qəpik) manat cərimə borcu və ödənilmiş dövlət rüsumuna görə 89.79 (səksən doqquz manat, yetmiş doqquz qəpik) manat tutulub iddiaçı "xxxx" MMM QBKTnin xeyrinə ödənilsin. Qətnamədən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov
Məhkəmə qərarları › İş №e-2(036)-1103/2023
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(036)-1103/2023
06.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver