Məhkəmə qərarları › İş №e-2(036)-1121/2025

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(036)-1121/2025

01.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № e-2(036)-1121/2025 01.07.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X11 qızının katibliyi, İddiaçı QSC-nin nümayəndəsi X3 iştirakı ilə ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı (bundan sonra– İddiaçı BOKT QSC) – cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Təsviri hissə: İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər X6 arasında bağlanmış 06 fevral 2020-cu il tarixli 26/T saylı kredit müqaviləsi üzrə 1090,72 manat, faiz borcu 17,48 manat, cəmi 1108,20 (bir min bir yüz səkkiz manat iyirmi qəpik) manat borcun və ödənilmiş 31.08 manat dövlət rüsumunun cavadehlər Cavabdeh1 və zamin olan Cavabdeh2 tutularaq İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianın dəlilləri: Azərbaycan Respublikasının Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanının icrasının təmin edilməsi məqsədilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının (bundan sonra – İddiaçı QSC) İmişli filialı ilə X6 arasında 06 fevral 2020-cu il tarixli 26/T saylı X7 bağlanmışdır. Həmin müqaviləyə əsasən X6 1342 manat məbləğində borcu illik 1 faiz hesablanmaqla 5 (beş) il müddətində bu müqaviləyə 1 nömrəli əlavədə göstərilən ödəniş cədvəlinə uyğun olaraq İddiaçı QSC-yə ödənilməsini öz öhdəsinə götürmüşdür. X7 üzrə öhdəliklərin icrasının təminatı kimi İddiaçı QSC-nin İmişli filialı ilə Cavabdeh2arasında 06 fevral 2020-cu il tarixli 26/T saylı zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh X6 qrafikə uyğun olaraq əsas borcu və ona hesablanmış faiz borcunu ödəməli olduğu halda o, müqavilənin şərtlərinə əməl etməmişdir. Bununla da cavabdeh X6 Güzəştli kredit müqaviləsinin şərtlərini əhəmiyyətli dərəcədə pozmuş və kreditoru ümid etməyə haqqı çatanlardan məhrum etmişdir. Azərbaycan Respublikası İmişli rayon İcra Hakimiyyəti İmişli şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 19 fevral 2025-ci il tarixli 5-53-12-1/2- 25/2025 saylı arayışına əsasən X6 vəfat etdikdən sonra onun varisi Cavabdeh1 olmuşdur. X6 ilə İddiaçı QSC Bank olmayan Kredit Təşkilatıarasında bağlanmış 06 fevral 2020-cu il tarixli 26/T saylı Güzəştli Kredit Müqaviləsi üzrə ödənilməmiş əsas borc 1090,72 manat, faiz borcu 17,48 manat, cəmi borcu 1108,2 (bir min bir yüzsəkkiz manat iyirmi qəpik) manat təşkil edir. Məhkəmə iclasına iştirak edən İddiaçı BOKT QSC-nin nümayəndəsi X8 iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdehlər məhkəmə iclasında iştirak etməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdırıb, belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı BOKT QSC ilə X6 arasında bağlanmış 06 fevral 2020-ci il tarixli 26/T saylı X5 əsasən X6 1342,00 manat məbləğində borcu illik 1 faiz hesablanmaqla 5 (beş) il müddətində bu müqaviləyə 1 nömrəli əlavədə göstərilən ödəniş cədvəlinə uyğun olaraq İddiaçı QSC-yə ödənilməsini öz öhdəsinə götürmüşdür. İş materiallarında olan İddiaçı BOKT QSC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli 26/T nömrəli zaminlik müqaviləsindən görünür ki, zamin xx.xx.2020ci il tarixli 26/T nömrəli kredit müqaviləsi üzrə Borcalanla birgə kreditor qarşısında kredit müqaviləsinə dair borcalanın daşıdığı öhdəliklər üzrə məsuliyyət daşıyırlar. İş materiallarında olan İddiaçı QSC tərəfindən cavabdehlər X4 və Cavabdeh2 qızına ünvanlanmış xx.xx.2025-ci il tarixli pretenziya məktubundan görünür ki, cavabdeh X2 07 fevral 2020-ci il tarixli 26/T saylı restrukturtruzasiya kredit müqaviləsi üzrə İddiaçı QSC-yə 1090.12 manat əsas və 11.12 manat faiz borcu olmaqla, cəmi 1101.84 manat borcu yaranmışdır. Həmin pretenziya məktubundan görünür ki, cavabdehlərə müqavilə üzrə bütün borc məbləğinin ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. İş materiallarında olan ödəniş cədvəlinə əsasən cavabdeh X6 İddiaçı QSC-dən aldığı 1342,00 manat kredit məbləğini cəmi 1383.00 manat faizlə birlikdə xx.xx.2020-ci il tarixdən xx.xx.2025-ci il tarixədək tam şəkildə ödəyib qutarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan İmişli RİHB-nın İmişli şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubunun surətindən görünür ki, İmişli şəhər əhalisinin ev təsərrüfatlarının uçot kitabına əsasən mərhumə X1 şəhəri, Vidadi küçəsi, ev 3 saylı ünvanda qeydiyyatda olmuş və yaşamışdır. Yaşadığı müddətdə Cavabdeh1 ibarət ailə üzvləri olmuşdur. Əsaslandırıcı hissə: İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Azərbaycan Respublikasının Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanının icrasının təmin edilməsi məqsədilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının (bundan sonra – İddiaçı QSC) İmişli filialı ilə X6 arasında 06 fevral 2020-cu il tarixli 26/T saylı X7 bağlanmışdır. Həmin müqaviləyə əsasən X6 1342 manat məbləğində borcu illik 1 faiz hesablanmaqla 5 (beş) il müddətində bu müqaviləyə 1 nömrəli əlavədə göstərilən ödəniş cədvəlinə uyğun olaraq İddiaçı QSC-yə ödənilməsini öz öhdəsinə götürmüşdür. X7 üzrə öhdəliklərin icrasının təminatı kimi İddiaçı QSC-nin İmişli filialı ilə Cavabdeh2arasında 06 fevral 2020-cu il tarixli 26/T saylı zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh X6 qrafikə uyğun olaraq əsas borcu və ona hesablanmış faiz borcunu ödəməli olduğu halda o, müqavilənin şərtlərinə əməl etməmişdir. Bununla da cavabdeh X6 Güzəştli kredit müqaviləsinin şərtlərini əhəmiyyətli dərəcədə pozmuş və kreditoru ümid etməyə haqqı çatanlardan məhrum etmişdir. Azərbaycan Respublikası İmişli rayon İcra Hakimiyyəti İmişli şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 19 fevral 2025-ci il tarixli 5-53-12-1/2-25/2025 saylı arayışına əsasən X6 vəfat etdikdən sonra onun varisi Cavabdeh1 olmuşdur. X6 ilə İddiaçı QSC Bank olmayan Kredit Təşkilatıarasında bağlanmış 06 fevral 2020-cu il tarixli 26/T saylı Güzəştli Kredit Müqaviləsi üzrə ödənilməmiş əsas borc 1090,72 manat, faiz borcu 17,48 manat, cəmi borcu 1108,2 (bir min bir yüzsəkkiz manat iyirmi qəpik) manat təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.2-ci maddəsinə görə, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 1306.1-ci maddəsinə görə, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Həmin Məcəllənin 1146-cı maddəsinə görə, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1255-ci maddəsinə görə, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı: Borclunun ölümü ilə onun öhdəliklərinin aradan qalxmasının və bununla da bağlanmış müqavilələrin hüquqi təminatdan məhrum olmasının qarşısının alınmasına xidmət edən institutlardan biri vərəsəlik institutudur. Vərəsəlik hüququ ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə vərəsələrə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Mülki Məcəllənin 1151-ci maddəsinə müvafiq olaraq, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Yəni mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 49.3-cü maddəsinə görə, yetkinlik yaşına çatmayan on dörd yaşından on səkkiz yaşınadək şəxslərin, habelə məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquq, azadlıq və qanunla qorunan mənafeləri məhkəmədə onların qanuni nümayəndələri tərəfindən qorunur. Lakin məhkəmə yetkinlik yaşına çatmayanların və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin özlərini bu işlərdə iştirak etməyə cəlb edə bilər. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 284-1-ci maddəsinə görə, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Borc müqaviləsinə verilən anlayışdan görünür ki, həmin müqavilə, tərəflərin bu barədə razılığa gəldikləri (yazılı bağlandıqda tərəflərin onu imzaladığı) andan bağlanmış sayılır. Müqavilə üzrə borc verənin öhdəliyi razılaşdırılmış borc predmetinin (kredit müqaviləsi üzrə pul vəsaitinin) borc alanın mülkiyyətinə verməkdən ibarətdir və onun bu öhdəliyi müqavilə bağlandığı andan yaranır. Borc alanın aldığını eyni ilə qaytarmaq öhdəliyi isə borc prdmetini (kredit müqaviləsi üzrə pul vəsaitini) aldıqdan sonra yaranmış olur. İşin mübahisəsiz halıdır ki, iddiaçı bank ilə mərhum X6 arasında kredit (borc) müqaviləsi bağlanmış, iddiaçı müqavilədə nəzərdə tutulmuş pul vəsaitini müqavilənin digər tərəfi olan mərhum X4 verməklə öhdəliyini icra etmişdir. Lakin sonuncu aldığı pul vəsaitini müqavilənin əlavəsi olan ödəniş qrafikinə uyğun ödəməmiş, bununla da öhdəliyini icra etməmişdir. Məhkəmə hesab edir ki, İddiaçı BOKT QSC ilə X6 arasında bağlanmış 06 fevral 2020-ci il tarixli 26/T saylı X5 əsasən X6 üzərinə götürülmüş öhdəlikləri icra etməmiş, vəfat etdiyi vaxtdan sonra müqavilə şərtlərinə əsasən ödənişlər onun vərəsələri tərəfindən vaxtında aparılmamış, öhdəliyin icrası gecikdirilmişdir və bu səbəbdən hazırda X2 mirası qəbul etmiş vərəsəsi Cavabdeh1 borclunun vərəsələri olaraq İddiaçı BOKT QSC qarşısında məsuliyyət-cavabdehlik daşıyır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 İddiaçı BOKT QSC-nin xeyrinə 06 fevral 2020-ci il tarixli 26/T saylı X5 əsasən 1090.12 manat əsas borcun və 11.12 manat faiz borcu olmaqla, ümumilikdə 1101.84 (bir min bir yüz bir manat səksən dörd qəpik) manat borcun və ödənilmiş 31.08 (otuz bir manat səkkiz qəpik) manat dövlət rüsumu tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 İddiaçı BOKT QSC-nin xeyrinə 06 fevral 2020-ci il tarixli 26/T saylı X5 əsasən 1090.12 manat əsas borcun və 11.12 manat faiz borcu olmaqla, ümumilikdə 1101.84 (bir min bir yüz bir manat səksən dörd qəpik) manat borcun və ödənilmiş 31.08 (otuz bir manat səkkiz qəpik) manat dövlət rüsumu tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə (elektron məhkəmə sistemi vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Orxan Mahmud

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar