Məhkəmə qərarları › İş №e-2(036)-125/2023

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(036)-125/2023

16.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № e-2(036)-125/2023 16.01.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi və Məmmədli Nadir Cabir oğlunun katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ASC Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edib Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2021-ci il tarixli 323805-CNS-22791 saylı kredit müqaviləsinin əsasən 2519.27 manat əsas borc, 183.32 manat faiz borcu, 172.75 manat cərimə, xx.xx.2021-ci il tarixli 323805-OVR-18774 saylı kredit müqaviləsinin əsasən 2130.44 manat əsas borc, 226.84 manat faiz borcu, 257.00 manat cərimə və dövlət rüsumu kimi dövlət büdcəsinə ödənilmiş 74.90 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşdə olan kreditor İddiaçı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 323805-CNS-22791 saylı kredit müqaviləsinin surətinə əsasən müqavilə tərəfləri borcalana illik 16.90 faizlə 48 ay müddətinə 3000.00 manat məbləğində kredit verməsi barədə razılığa gəlmişlər. İşdə olan kreditor İddiaçı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 323805-OVR-18774 saylı kredit müqaviləsinin surətinə əsasən müqavilə tərəfləri borcalana illik 25.00 faizlə 36 ay müddətinə 2420.00 manat məbləğində kredit verilməsi barədə razılığa gəlmişlər. İşdə olan ödəniş cədvəlinə əsasən Cavabdeh İddiaçı ASC-dən aldığı 3000.00 manat kredit məbləğini cəmi 1148.05 manat faizlə birlikdə ayda 86.45 manat ödəməklə xx.xx.2021-ci il tarixdən xx.xx.2025-ci il tarixədək tam şəkildə ödəyib qutarmağı öhdəsinə götürmüşdür. İşdən görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli 323805-CNS-22791 saylı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş və həmin müqavilə üzrə 2519.27 manat əsas borc, 183.32 manat faiz borcu, 172.75 manat cərimə hesablanmışdır; Cavabdeh xx.xx.2021-ci il tarixli 323805-OVR-18774 saylı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş və həmin müqavilə üzrə 2130.44 manat əsas borc, 226.84 manat faiz borcu, 257.00 manat cərimə hesablanmışdır. AR Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə, və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə tədqiq olunmuş sübutlara yuxarıda qeyd olunan hüquq normalarına əsasən qiymət verərək hesab edir ki, Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2021-ci il tarixli 323805-CNS-22791 saylı kredit müqaviləsinə əsasən 2519.27 manat əsas borc, 183.32 manat faiz borcu, 172.75 manat cərimə, xx.xx.2021-ci il tarixli 323805-OVR-18774 saylı kredit xətti müqaviləsinə əsasən 2130.44 manat əsas borc, 226.84 manat faiz borcu, 257.00 manat cərimə və ödənilmiş dövlət rüsumuna görə 74.90 manat tutulmalıdır . Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: İddia tələbi təmin olunsun. Cavabdeh xx.xx.2021-ci il tarixli 323805-CNS-22791 saylı kredit müqaviləsinə əsasən 2519.27 (iki min beş yüz on doqquz manat iyirmi yeddi qəpik) manat əsas borc, 183.32 (yüz səksən üç manat otuz iki qəpik) manat faiz borcu, 172.75 (yüz yetmiş iki manat yetmiş beş qəpik) manat cərimə; xx.xx.2021-ci il tarixli 323805-OVR-18774 saylı kredit müqaviləsinə əsasən 2130.44 (iki min yüz otuz) manat əsas borc, 226.84 (iki yüz iyirmi altı manat səksən dörd qəpik) manat faiz borcu, 257.00 (iki yüz əlli yeddi) manat cərimə və ödənilmiş dövlət rüsumuna görə 74.90 (yetmiş dörd manat doxsan qəpik) manat tutulub İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar