Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № e-2(036)-1305/2023 12.06.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Quliyev Telman Osman oğlunun sədrliyi, Məmmədli Nadir Cabir oğlunun katibliyi Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı ödənilmiş məbləğin subroqasiya hüququ əsasında geri qaytarılması tələbinə dair mülki işə İmişli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları
1. İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edib, Cavabdeh 20178 manat pulun və ödənilmiş 150.53 manat dövlət rüsumunu, 0.40 manat bank xidməti xərcinin "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh tərəfindən idarə olunan “Chevrolet Cruze” markalı, **-NO-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi ilə "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin tam sığortası” növü üzrə sığortalanmış **-TO-*** dövlət qeydiyyat nişanlı “Volkswagen Touareg” markalı avtonəqliyyat vasitəsinə xx.xx.2022-ci il tarixində yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurulmuşdur. Hadisə ilə bağlı tərtib olunmuş TP ******* saylı İnzibati tənbeh vermə haqqında Qərara əsasən Cavabdeh təqsirli bilinmişdir.
3. Sığortalı ** TO *** dövlət qeydiyyat nişanlı “Volkswagen Touareg” markalı avtonəqliyyat vasitəsinə vurulan zərərin əvəzində sığorta ödənişi verilməsi ilə bağlı"xxxx" ASC-yə zərərçəkən müraciət etmişdir.
4. ** TO *** dövlət qeydiyyat nişanlı “Volkswagen Touareg” markalı avtonəqliyyat vasitəsinə dəymiş zərər qiymətləndirilmiş, “Zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabat”a əsasən 23694,06 manat (iyirmi üç min altı yüz doxsan dörd manat, 06 qəpik) məbləğində müəyyən edilmişdir.
5. "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli “Sığorta aktı”na əsasən azadolma çıxılmaqla 23694,06 manat (iyirmi üç min altı yüz doxsan dörd manat, 06 qəpik) məbləğində sığorta ödənişi nəqliyyat vasitəsinin təmiri ilə bağlı təmir mərkəzinin hesabına köçürülmüşdür.
6. Təqsirli tərəfin icbarisığortası "xxxx" ASC tərəfindən "xxxx" ASC-yə 3 516,06 (üç min beş yüz on altı manat, altı qəpik) manat manat məbləğində vəsait ödənilmişdir.
7. xx.xx.2022-ci il tarixində sığorta ödənişi və azadolma çıxılmaqla qalıq məbləğ olan 20 178,00 (iyirmi min bir yüz yetmiş səkkiz) manat subroqasiya hüququ əsasında geri qaytarılması barədə cavabdehə məktub göndərilmiş, lakin cavabdeh həmin məbləği ödəməmişdir.
8. Bakı şəhər DYPİ tərəfindən tərtib olunmuş, İXP ******* nömrəli, xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnxzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinib, 40 manat məbləğində inzibati tənbeh edilmişdir.
9. "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli 7507/L nömrəli pretenziya məktubundan görünür ki, cavabdehə borcun ödənilməsi üçün 15 gün vaxt verilmiş əks halda məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. İddia ərizəsinə qarşı tərəfin etirazının dəlilləri
10. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı yazılı etiraz daxil olmuşdur.
11. Etirazda qeyd olunmuşdur ki, "xxxx" ASC-nin qəzadan bir iil üç ay sonra şişirdilmiş qiymətlərlə məhkəməyə müraciət edərək ondan 20.178 manat pul tələb etməsinə etiraz edir. Səbəbi ondan ibarətdir ki , maşın bu qədər ziyan görmüşdürsə, onu dəvət edib, məlumatlandıraraq hansı detalların dəyişdiriləcəyi ilə tanış etməli idilər və istifadəyə yararsız detalları ona təqdim etməli idilər. O, isə özü ilə usta aparıb həqiqətən də 50-dən çox detalın dəyişdirilməsinə ehtiyac olub olmadığına qərar verilməli idi. Maşın təmir olunduqdan bir il üç ay sonra və xüsusi ilə də maşın sahibinin ondan 28.246 manat pul tələbindən sonra məhkəməyə verməsi və bir qəzaya görə iki dəfə ayrı-ayrı məbləğin tutulması haqsızlıqdır. Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Cavabdeh iddia tələbini qəbul etməyərək, rədd olunmasını xahiş etdi.
13. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada iddiaçının nümayəndəsinə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
14. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
15. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
16. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
17. Maddə 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.
18. Maddə 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir
19. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır
20. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “İcbari Sığorta Haqqında” Azərbaycan Respublikasının Qanunu
21. Maddə 63.1. Bu qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitəsinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Mülki Prosessual Məcəllə
22. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
24. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
25. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
26. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
27. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi
28. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia ərizəsi təmin olunmalıdır.
29. Belə ki, iş materialları ilə müəyyən olur ki, "xxxx" ASC **-TO-*** dövlət qeydiyyat nişanlı “Volkswagen Touareg” markalı avtomobilə maddi ziyana görə 23694.06 manat məbləğində sığorta ödənişi həyata keçirmişdir.
30. Sığortalı ** TO *** dövlət qeydiyyat nişanlı “Volkswagen Touareg” markalı avtonəqliyyat vasitəsinə vurulan zərərin əvəzində sığorta ödənişi verilməsi ilə bağlı"xxxx" ASC-yə zərərçəkən müraciət etmişdir. ** TO *** dövlət qeydiyyat nişanlı “Volkswagen Touareg” markalı avtonəqliyyat vasitəsinə dəymiş zərər qiymətləndirilmiş, “Zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabat”a əsasən 23694,06 manat (iyirmi üç min altı yüz doxsan dörd manat, 06 qəpik) məbləğində müəyyən edilmişdir. "xxxx" ASCnin xx.xx.2022-ci il tarixli “Sığorta aktı”na əsasən azadolma çıxılmaqla 23694,06 manat (iyirmi üç min altı yüz doxsan dörd manat, 06 qəpik) məbləğində sığorta ödənişi nəqliyyat vasitəsinin təmiri ilə bağlı təmir mərkəzinin hesabına köçürülmüşdür. Təqsirli tərəfin icbarisığortası "xxxx" ASC tərəfindən "xxxx" ASC-yə 3 516,06 (üç min beş yüz on altı manat, altı qəpik) manat manat məbləğində vəsait ödənilmişdir. xx.xx.2022-ci il tarixində sığorta ödənişi və azadolma çıxılmaqla qalıq məbləğ olan 20 178,00 (iyirmi min bir yüz yetmiş səkkiz) manat subroqasiya hüququ əsasında geri qaytarılması barədə cavabdehə məktub göndərilmiş, lakin cavabdeh həmin məbləği ödəməmişdir. Bakı şəhər DYPİ tərəfindən tərtib olunmuş, İXP ******* nömrəli, xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnxzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinib, 40 manat məbləğində inzibati tənbeh edilmişdir. PAŞA Sığorta» ASC-nin xx.xx.2022-ci il tarixli 7507/L nömrəli pretenziya məktubundan görünür ki, cavabdehə borcun ödənilməsi üçün 15 gün vaxt verilmiş əks halda məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir.
31. İş materialları ilə müəyyən olur ki, iddiaçı X6 cavabdehlər X2, X4 və Cavabdeh Maarif oğluna qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, yolnəqliyyat hadisəsi nəticəsində dəymiş zərərə görə avtomobilin orta bazar qiyməti arasında yaranmış 27.966 (iyirmi yeddi min doqquz yüz altmış altı) manat məbləğində fərqin ödənilməsi, ekspertizanın keçirilməsi üçün ödənilmiş 300 manat məbləğində rüsumun, məhkəmədə iddia qaldırılması üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 180 manat məbləğində pul vəsaitinin cavabdehlər Cavabdeh, X3 və X1 müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
32. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1907/2022 saylı, 16 noyabr 2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək Cavabdeh Maarif oğlundan 27.966 (iyirmi yeddi min doqquz yüz altmış altı) manat pulun, 180 manat dövlət rüsumunun tutularaq iddiaçı X7 ödənilməsi, iş üzrə aparılmış 100 manat məbləğində ekspertiza xərcinin Cavabdeh Maarif oğlundan tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
33. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1177/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Cavabdeh Maarif oğlu tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1907/2022 saylı, 16 noyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
34. Nəzərə almaq lazımdır ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
35. Mülki Prosessual Məcəlləyə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
36. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.
37. Qərarın 2.2-ci bəndinə əsasən məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir.
38. Qərarın 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
39. Məhkəmə cavabdehin irəli sürdüyü dəlilləri işin digər halları ilə müqayisəli surətdə tədqiq edərək hesab edir ki, həmin dəlillər əsasız olub başqa sübutlarla öz təsdiqini tapmayaraq təkzib olunduğuna görə rədd edilməlidir.
40. Beləliklə, məhkəmə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandiraraq hesab edir ki, iddia ərizəsi qanuni və əsaslı olduğu üçün təmin edilməli, Cavabdeh 20178 manat pul, ödənilmiş 150.53 manat dövlət rüsumu və 0.40 manat bank xidməti xərci tutulub "xxxx" ASC-nin xeyrinə ödənilməlidir.
41. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı ödənilmiş məbləğin subroqasiya hüququ əsasında geri qaytarılması tələbinə dair iddiası təmin olunsun. Cavabdeh 20178 manat pul, ödənilmiş 150.53 manat dövlət rüsumu və 0.40 manat bank xidməti xərci tutulub "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Telman Quliyev