Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № e-2(036)-1335/2025 07.05.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Mən, İmişli Rayon Məhkəməsinin hakimi Mahmud Orxan Əlövsət oğlu, İddiaçı «X2 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyətinin («X2 Azərbaycan» QSC) Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə kiçik iddia üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı «X2 Azərbaycan» QSC Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 57 manat məbləğində maddi zərərin və 30 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə «X2 Azərbaycan» QSC arasında xx.xx.2016-cı il tarixli kredit müqaviləsi bağlanmışdır. Qeyd olunmuş müqavilə üzrə cavabdeh öhdəliklərini yerinə yetirməmiş, iddiaçıya olan borcunu ödəməkdən imtina etmişdir. Bu səbəbdən də borcun tutulması tələbi ilə məhkəməyə müraciət edilmiş, xx.xx.2022-ci il tarixli, e-2(036)-3221/2022 saylı məhkəmə qətnaməsi çıxmışdır. Nəticədə, iddiaçı «X2 Azərbaycan» QSC “X1” MMC ilə bağlanmış xx.xx.2016-cı il tarixli "Hüquqi xidmət haqqında" müqaviləyə əsasən, məhkəmə qərarı üzrə borcun tələb edilməsini “X1”-yə sifariş etmişdir. “X1” MMC öz növbəsində cavabdeh barəsində qeydiyyat ünvanına uyğun olaraq aiddiyyəti orqanlara müraciət edərək borcun tam həcmdə geri ödətdirilməsini təmin etmişdir. "xxxx" QSC ilə ”X1“ MMC arasında bağlanmış xx.xx.2016-cı il tarixli Hüquqi Xidmət Haqqında müqavilənin şərtlərinə uyğun olaraq Cavabdeh tərəfindən xx.xx.2023-cü ildə 50 manat, xx.xx.2023- cü ildə 50 manat, xx.xx.2023-cü ildə 50 manat, xx.xx.2023-cü ildə 50 manat, xx.xx.2023-cü ildə 50 manat, xx.xx.2023-cü ildə 50 manat, xx.xx.2024-cü ildə 50 manat və xx.xx.2024-cü ildə 30 manat məbləğində ödənilən borc məbləği “X1” MMC tərəfindən təmin edilmiş və bu ödənişlərə görə də "xxxx" QSC tərəfindən “X1” MMC-yə 57 manat məbləğində xidmət haqqı ödənilmişdir. Yuxarıda qeyd edilən xx.xx.2016-cı il tarixli "Hüquqi xidmət haqqında" müqaviləsinin 5.1.1-ci bəndinə əsasən yerinə yetirmiş olduğu xidmətlərə görə “X1” MMC-yə cavabdeh(lər) tərəfindən "xxxx" QSC-yə ödənilmiş hər məbləğin 15% həcmində yəni ümumilikdə 57 manat məbləğində xidmət haqqı ödəmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. İş üzrə cavabdeh qanunvericilikdə nəzərdə tutulmuş qaydada bildiriş göndərilsə də, o, əsaslandırılmış etirazını, öz dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Cavabdehlər bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. İddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxaraq belə nəticəyə gəlirəm ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir: Belə ki, iş materiallarında olan: «X2 Azərbaycan» QSC ilə borcalan Cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli kredit kart müqaviləsinə əsasən müqavilə tərəfləri borcalana 400 manat məbləğində kredit limiti ayrılmışdır. “X1” MMC ilə «X2 Azərbaycan» QSC arasında bağlanmış xx.xx.2016-cı il tarixli “Hüquqi xidmət haqqında” müqavilədən görünür ki, bu müqavilə İstehlak kreditləri, Avtomobil kreditləri, Kredit Kartları və ya İstehlak kreditləri, Avtomobil kreditləri Kredit kartları ilə bağlı qarışıq müqavilələrə əsasən istifadə edilən kreditlərdən Bank qarşısında yaranan borclarının alınması (qaytarılması) üçün göstəriləcəyi hüquq xidmətləri və bunların əvəzində ödəniləcək ödənişlərlə və xərclərlə əlaqədar məsələləri tənzimləyir. İmişli Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(036)-3221/2022 saylı qətnaməsindən görünür ki, Cavabdeh 322.09 (üç yüz iyirmi iki, doqquz) manat əsas borc, 39.86 (otuz doqquz, səksən altı) manat faiz borcu, 30.29 (otuz, iyirmi doqquz) manat cərimə borcu, müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borc 2 (iki) manat, bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərcləri 4.80 (dörd, səksən) manat və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat pulun «X2 Azərbaycan» QSC-yə ödənilməsi qət edilmişdir. «X2 Azərbaycan» QSC tərəfindən tərtib edilmiş maliyyə arayışından görünür ki, «X2 Azərbaycan» QSC ilə “X1” MMC arasında bağlanmış xx.xx.2016-cı il tarixli Hüquqi xidmət haqqında müqavilənin şərtlərinə uyğun olaraq Cavabdeh tərəfindən xx.xx.2023-cü ildə 50 manat, xx.xx.2023-cü ildə 50 manat, xx.xx.2023-cü ildə 50 manat, xx.xx.2023-cü ildə 50 manat, xx.xx.2023-cü ildə 50 manat, xx.xx.2023-cü ildə 50 manat, xx.xx.2024-cü ildə 50 manat və xx.xx.2024-cü ildə 30 manat məbləğində ödənilən borc məbləği “X1” MMC tərəfindən təmin edilmiş və bu ödənişlərə görə də «X2 Azərbaycan» QSC tərəfindən “X1” MMC-yə 57 manat məbləğində xidmət haqqı ödənilmişdir. «X2 Azərbaycan» QSC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2025-ci il tarixli pretenziya bildirişinin surətindən görünür ki, ondan “X1” MMC-yə köçürülmüş 57 manat məbləğində xidmət haqqının 3 iş günü müddətində ödənilməsi xahiş edilmişdir. Beləliklə, tədqiq olunmuş sübutlarla müəyyən edildi ki, cavabdeh tərəflər arasında bağlanmış xx.xx.2016-cı il tarixli kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmiş, bununla bağlı iddiaçı bank iddia ilə məhkəməyə müraciət etmiş, İmişli Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddiası təmin edilmişdir. Daha sonra iddiaçı bank “X1” MMC ilə bağlanmış xx.xx.2016-cı il tarixli “Hüquqi xidmət haqqında” müqaviləyə əsasən məhkəmə qərarı üzrə borcun tələb edilməsini sonuncuya sifariş etmiş və bunun üçün bank tərəfindən 57 manat xidmət haqqı ödənilmişdir. Hazırda iddiaçı həmin məbləği cavabdehdən tutulmasını tələb edir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. İcra məmurlarının səlahiyyətləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir; 3.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir; 8.1-ci maddəsinə əsasən, icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir; 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir; 78.1-ci maddəsinə əsasən, icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, icra məmuru borcludan tutulmalı pul məbləğinin 7 faizi həcmində icra ödənişinin alınması barədə qərar qəbul edir. Qanunvericiliyin istinad edilən tələblərindən göründüyü kimi, məhkəmə qətnaməsi icrası məcburi olan akt olmaqla onu çıxarmış məhkəmə tərəfindən icraya yönəldilir və hər hansı bir orqana müraciət edilib-edilməməsindən asılı olmayaraq icra məmuru tərəfindən həyata keçirilir. Qeyd edirəm ki, məhkəmə qətnaməsi ilə iddiaçının borcun ödənilməsi barədə iddiası təmin edilmiş, həmin qətnamə qanunvericiliyin tələbinə uyğun olaraq məhkəmə tərəfindən icraya yönəldilmiş və məcburi icrası icra məmuru tərəfindən həyata keçirilmişdir. Qanunvericilikdə məhkəmə aktının məcburi icrasının icra məmurundan qeyri hər hansı şəxs tərəfindən həyata keçirilməsi nəzərdə tutulmamışdır. Bu mənada hər hansı hüquqi şəxs və ya konkret olaraq “X1” MMC tərəfindən hər hansı məcburi icra hərəkətlərinin (“İcra haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinin tələblərinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi, tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi, tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi, icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi və s.) həyata keçirilməsi də qeyri-mümkündür. Həmçinin nəzərə alınmalıdır ki, icra məmuru tərəfindən həyata keçirilən icra hərəkətləri ilə bağlı qanunvericilikdə tələbkardan hər hansı ödənişin alınması da nəzərdə tutulmamışdır. Əksinə, həmin ödəniş borclu tərəfindən həyata keçirilir. Göstərilənlərə əsasən hesab edirəm ki, hazırki iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə itirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən və işdə olan sübutlara məcmu halda hüquqi qiymət verərək belə bir nəticəyə gəlirəm ki, iddiaçı «X2 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddiası təmin edilməməli, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 284-6cı maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddiaçı «X2 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddiası təmin edilməsin. İddianın verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Mahmud
Məhkəmə qərarları › İş №e-2(036)-1335/2025
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(036)-1335/2025
07.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver