Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № e-2(036)-1389/2022 08.06.2022 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi ilə, Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borc tələbi barədə” iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 17 dekabr 2020ci il tarixli, GTKR3297499A167 saylı kredit müqaviləsinə əsasən 9217,04 manat əsas borcun, 1474,03 manat faiz borcunun, cəmi 10691,07 manat məbləğində borcun, 10 avqust 2018-ci il tarixli, **********01944167 saylı kredit kartına dair müqaviləyə əsasən isə 75,96 manat əsas borcun, 15,59 manat faiz borcunun, cəmi 91,55 manat məbləğində borcun və 122,35 manat məbləğində dövlət rüsumunun tutulub İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 17 dekabr 2020-ci il tarixli, GTKR3297499A167 saylı kredit müqaviləsinə əsasən Cavabdeh 48 ay müddətinə illik 24,71 faiz dərəcəsi ilə 10.000 (on min) manat, 10 avqust 2018-ci il tarixli, **********01944167 saylı kredit kartına dair müqaviləsinə əsasən isə cavabdehə 60 ay müddətinə illik 25 faiz dərəcəsi ilə 300 manat məbləğində kredit verilmişdir. Lakin cavabdeh müqavilələr üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş, borcu tam ödəməmişdir. Borcun ödənilməsinə dair cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdarlıqlar edilmiş, lakin heç bir nəticəsi olmamışdır. Ona görə də hazırkı tələblə bağlı məhkəməyə müraciət etmişdir. İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ünvanlayaraq mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını və tələbin təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh izahatında göstərmişdir ki, iddia tələbini qəbul edir. Belə ki, maddi imkanı olmadığına görə banka olan borcunu ödəyə bilməmişdir. Lakin yaxın qısa müddət ərzində banka olan borcunu hissə-hissə ödəyəcəkdir. Odur ki, iddianın təmin olunmasına etiraz etmir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. İşdən görünür ki, İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 17 dekabr 2020-ci il tarixli, GTKR3297499A167 saylı kredit müqaviləsinə əsasən 9217,04 manat əsas borcun, 1474,03 manat faiz borcunun, cəmi 10691,07 manat məbləğində borcun, 10 avqust 2018-ci il tarixli, **********01944167 saylı kredit kartına dair müqaviləyə əsasən isə 75,96 manat əsas borcun, 15,59 manat faiz borcunun, cəmi 91,55 manat məbləğində borcun və 122,35 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsini tələb etmiş, cavabdeh isə iddianı yazılı etiraf etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. İddia tələbinin cavabdeh tərəfindən etiraf edilməsi qanuna zidd olmadığından məhkəmə tələbin etiraf edilməsini qəbul edir və tələbin mübahisəsiz tələb kimi təmin olunmasını mümkün hesab edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə görə cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə uyğun olaraq toplanmış sübutlara məcmu halında qiymət verib hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 17 dekabr 2020-ci il tarixli, GTKR3297499A167 saylı kredit müqaviləsinə əsasən 9217,04 manat əsas borc, 1474,03 manat faiz borcu, 10 avqust 2018-ci il tarixli, **********01944167 saylı kredit kartına dair müqaviləyə əsasən isə 75,96 manat əsas borc, 15,59 manat faiz borcu və 122,35 manat manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 10904,97 manat məbləğində pul tutulub İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 222, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 17 dekabr 2020-ci il tarixli, GTKR3297499A167 saylı kredit müqaviləsinə əsasən 9217,04 manat əsas borc, 1474,03 manat faiz borcu, 10 avqust 2018-ci il tarixli, **********01944167 saylı kredit kartına dair müqaviləyə əsasən isə 75,96 manat əsas borc, 15,59 manat faiz borcu və 122,35 manat manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 10904,97 (on min doqquz yüz dörd manat, doxsan yeddi qəpik) manat məbləğində pul tutulub İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Qurban Hacıyev
Məhkəmə qərarları › İş №e-2(036)-1389/2022
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(036)-1389/2022
08.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver