Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № e-2(036)-1390/2022 25.04.2022 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlu İddiaçı ASC-nin Cavabdeh Zahir oğluna qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbi barədə iddiasına dair mülki işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ASC Cavabdeh Zahir oğluna qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edib Cavabdeh Zahir oğlundan İddiaçı ASC-nin xeyrinə 08.06.2020-ci il tarixli GTKR2119212A167 saylı kredit müqaviləsinə əsasən 3159.27 manat əsas borc, 681.38 manat faiz borcu, 01.04.2019-cu il tarixli **********01944167 saylı kredit kart müqaviləsinin əsasən 54.47 manat əsas borc, 11.38 manat faiz borcu və dövlət rüsumu kimi dövlət büdcəsinə ödənilmiş 63.42 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşdə olan kreditor İddiaçı ASC ilə borcalan Cavabdeh Zahir oğlu arasında bağlanmış 08.06.2020-ci il tarixli GTKR2119212A167 saylı kredit müqaviləsinin surətinə əsasən müqavilə tərəfləri borcalana illik 27.84 faizlə 48 ay müddətinə 3750 manat məbləğində kredit verməsi barədə razılığa gəlmişlər. İşdə olan kreditor İddiaçı ASC ilə borcalan Cavabdeh Zahir oğlu arasında bağlanmış 01.04.2019-cu il tarixli **********01944167 saylı kredit kartına dair müqaviləsinin surətinə əsasən müqavilə tərəfləri borcalana illik 25.00 faizlə 60 ay müddətinə 300.00 manat məbləğində kredit verilməsi barədə razılığa gəlmişlər. İşdə olan 08.06.2020-ci il tarixli Kassa məxaric orderinin surətinə əsasən həmin gün İddiaçı ASC-nin İmişli filialından Cavabdeh Zahir oğluna 3750.00 manat pul nağd olaraq verilmişdir. İşdə olan ödəniş cədvəlinə əsasən Cavabdeh Zahir oğlu İddiaçı ASC-dən aldığı 3750.00 manat kredit məbləğini cəmi 2511.45 manat faizlə birlikdə ayda 130.35 manat ödəməklə 08.07.2020-ci il tarixdən 10.06.2024-cü il tarixədək tam şəkildə ödəyib qutarmağı öhdəsinə götürmüşdür. İşdən görünür ki, Cavabdeh Zahir oğlu 08.06.2020-ci il tarixli GTKR2119212A167 saylı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş və həmin müqavilə üzrə 3159.27 manat əsas borc, 681.38 manat faiz borcu hesablanmışdır; Cavabdeh Zahir oğlu 01.04.2019-cu il tarixli **********01944167 saylı kredit kartı müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş və həmin müqavilə üzrə 54.47 manat əsas borc, 11.38 manat faiz borcu hesablanmışdır. AR Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə, və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə tədqiq olunmuş sübutlara yuxarıda qeyd olunan hüquq normalarına əsasən qiymət verərək hesab edir ki, Cavabdeh Zahir oğlundan İddiaçı ASC-nin xeyrinə 08.06.2020-ci il tarixli GTKR2119212A167 saylı kredit müqaviləsinə əsasən 3159.27 manat əsas borc, 681.38 faiz borcu, 01.04.2019-cu il tarixli **********01944167 saylı kredit kartı müqaviləsinə əsasən 54.47 manat əsas borc, 11.38 manat faiz borcu və ödənilmiş dövlət rüsumuna görə 63.42 manat tutulmalıdır . Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: İddia tələbi təmin olunsun. Cavabdeh Zahir oğlundan 08.06.2020-ci il tarixli GTKR2119212A167 saylı kredit müqaviləsinə əsasən 3159.27 (üç min yüz əlli doqquz manat, iyirmi yeddi qəpik) manat əsas borc, 681.38 (altı yüz səksən bir manat, otuz səkkiz qəpik) manat faiz borcu; 01.04.2019-cu il tarixli **********01944167 saylı kredit kart müqaviləsinə əsasən 54.47 (əlli dörd manat, qırx yeddi qəpik) manat əsas borc, 11.38 (on bir manat, otuz səkkiz qəpik) manat faiz borcu və ödənilmiş dövlət rüsumuna görə 63.42 (altmış üç manat, qırx iki qəpik) manat tutulub İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.
Məhkəmə qərarları › İş №e-2(036)-1390/2022
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(036)-1390/2022
25.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver