Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № e-2(036)-1394/2022 25.04.2022 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlu İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbi barədə iddiasına dair mülki işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ASC Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edib Cavabdeh İddiaçı ASC-nin xeyrinə 02.04.2020-ci il tarixli GTKR1860507A167 saylı kredit müqaviləsinin əsasən 1027.27 manat əsas borc, 205.34 manat faiz borcu, 02.04.2020-ci il tarixli BRED1860509A167 saylı kredit kart müqaviləsinə əsasən 26.98 manat əsas borc, 6.54 manat faiz borcu və dövlət rüsumu kimi dövlət büdcəsinə ödənilmiş 32.66 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşdə olan kreditor İddiaçı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 02.04.2020-ci il tarixli GTKR1860507A167 saylı kredit müqaviləsinin surətinə əsasən müqavilə tərəfləri borcalana illik 25.3 faizlə 35 ay müddətinə 1500.00 manat məbləğində kredit verməsi barədə razılığa gəlmişlər. İşdə olan kreditor İddiaçı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 02.04.2020-ci il tarixli BRED1860509A167 saylı kredit kartına dair müqaviləsinin surətinə əsasən müqavilə tərəfləri borcalana illik 25.00 faizlə 56 ay müddətinə 100.00 manat məbləğində kredit verilməsi barədə razılığa gəlmişlər. İşdə olan 02.04.2020-ci il tarixli Kassa məxaric orderinin surətinə əsasən həmin gün İddiaçı ASC-nin İmişli filialından Cavabdeh 1500.00 manat pul nağd olaraq verilmişdir. İşdə olan ödəniş cədvəlinə əsasən Cavabdeh İddiaçı ASC-dən aldığı 1500.00 manat kredit məbləğini cəmi 637.19 manat faizlə birlikdə ayda 61.03 manat ödəməklə 04.05.2020-ci il tarixdən 02.03.2023-cü il tarixədək tam şəkildə ödəyib qutarmağı öhdəsinə götürmüşdür. İşdən görünür ki, Cavabdeh 02.04.2020-ci il tarixli GTKR1860507A167 saylı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş və həmin müqavilə üzrə 1027.27 manat əsas borc, 205.34 manat faiz borcu hesablanmışdır; Cavabdeh 02.04.2020-ci il tarixli BRED1860509A167 saylı kredit kartı müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş və həmin müqavilə üzrə 26.98 manat əsas borc, 6.54 manat faiz borcu hesablanmışdır. AR Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə, və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə tədqiq olunmuş sübutlara yuxarıda qeyd olunan hüquq normalarına əsasən qiymət verərək hesab edir ki, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 02.04.2020-ci il tarixli GTKR1860507A167 saylı kredit müqaviləsinə əsasən 1027.27 manat əsas borc, 205.34 faiz borcu, 02.04.2020-ci il tarixli BRED1860509A167 saylı kredit kartı müqaviləsinə əsasən 26.98 manat əsas borc, 6.54 manat faiz borcu və ödənilmiş dövlət rüsumuna görə 32.66 manat tutulmalıdır . Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: İddia tələbi təmin olunsun. Cavabdeh 02.04.2020-ci il tarixli GTKR1860507A167 saylı kredit müqaviləsinə əsasən 1027.27 (bir min iyirmi yeddi manat, iyirmi yeddi qəpik) manat əsas borc, 205.34 (iki yüz beş manat, otuz dörd qəpik) manat faiz borcu; 02.04.2020-ci il tarixli BRED1860509A167 saylı kredit kart müqaviləsinə əsasən 26.98 (iyirmi altı manat, doxsan səkkiz qəpik) manat əsas borc, 6.54 (altı manat,əlli dörd qəpik) manat faiz borcu və ödənilmiş dövlət rüsumuna görə 32.66 (otuz iki manat, altmiş altı qəpik) manat tutulub İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.
Məhkəmə qərarları › İş №e-2(036)-1394/2022
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(036)-1394/2022
25.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver