Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № e-2(036)-1402/2022 25.04.2022 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlu İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbi barədə iddiasına dair mülki işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ASC Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edib Cavabdeh İddiaçı ASC-nin xeyrinə 18.06.2021-ci il tarixli RGTK3768077A167 saylı kredit müqaviləsinə əsasən 2292.11 manat əsas borc, 342.55 manat faiz borcu, 16.01.2020-ci il tarixli BRED1753668A167 saylı kredit kart müqaviləsinin əsasən 743.98 manat əsas borc, 140.02 manat faiz borcu və dövlət rüsumu kimi dövlət büdcəsinə ödənilmiş 55.18 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşdə olan kreditor İddiaçı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 18.06.2021-ci il tarixli RGTK3768077A167 saylı kredit müqaviləsinin surətinə əsasən müqavilə tərəfləri borcalana illik 20 faizlə 16 ay müddətinə 2292.11 manat məbləğində kredit verməsi barədə razılığa gəlmişlər. İşdə olan kreditor İddiaçı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 16.01.2020-ci il tarixli BRED1753668A167 saylı kredit kartına dair müqaviləsinin surətinə əsasən müqavilə tərəfləri borcalana illik 25.00 faizlə 59 ay müddətinə 1250.00 manat məbləğində kredit verilməsi barədə razılığa gəlmişlər. İşdə olan 18.06.2021-ci il tarixli Kassa məxaric orderinin surətinə əsasən həmin gün İddiaçı ASC-nin İmişli filialından Cavabdeh 2292.11 manat pul nağd olaraq verilmişdir. İşdə olan ödəniş cədvəlinə əsasən Cavabdeh İddiaçı ASC-dən aldığı 2292.11 manat kredit məbləğini cəmi 338.96 manat faizlə birlikdə ayda 164.39 manat ödəməklə 19.07.2021-ci il tarixdən 18.10.2022-ci il tarixədək tam şəkildə ödəyib qutarmağı öhdəsinə götürmüşdür. İşdən görünür ki, Cavabdeh 18.06.2021-ci il tarixli RGTK3768077A167 saylı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş və həmin müqavilə üzrə 2292.11 manat əsas borc, 338.96 manat faiz borcu hesablanmışdır; Cavabdeh 16.01.2020-ci il tarixli BRED1753668A167 saylı kredit kartı müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş və həmin müqavilə üzrə 743.98 manat əsas borc, 140.02 manat faiz borcu hesablanmışdır. AR Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə, və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə tədqiq olunmuş sübutlara yuxarıda qeyd olunan hüquq normalarına əsasən qiymət verərək hesab edir ki, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 18.06.2021-ci il tarixli RGTK3768077A167 saylı kredit müqaviləsinə əsasən 2292.11 manat əsas borc, 342.55 faiz borcu, 16.01.2020-ci il tarixli BRED1753668A167 saylı kredit kartı müqaviləsinə əsasən 743.98 manat əsas borc, 140.02 manat faiz borcu və ödənilmiş dövlət rüsumuna görə 55.18 manat tutulmalıdır . Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: İddia tələbi təmin olunsun. Cavabdeh 18.06.2021-ci il tarixli RGTK3768077A167 saylı kredit müqaviləsinə əsasən 2292.11 (iki min iki yüz doxsan iki manat, on bir qəpik) manat əsas borc, 342.55 (üç yüz qırx iki manat, əlli beş qəpik) manat faiz borcu; 16.01.2020-ci il tarixli BRED1753668A167 saylı kredit kart müqaviləsinə əsasən 743.98 (yeddi yüz qırx üç manat, doxsan səkkiz qəpik) manat əsas borc, 140.02 (yüz qırx manat, iki qəpik) manat faiz borcu və ödənilmiş dövlət rüsumuna görə 55.18 (əlli beş manat, on səkkiz qəpik) manat tutulub İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.
Məhkəmə qərarları › İş №e-2(036)-1402/2022
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(036)-1402/2022
25.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver