Məhkəmə qərarları › İş №e-2(036)-146/2025

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(036)-146/2025

07.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № e-2(036)-146/2025 07.10.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şahbazlı Musaxan Ağan oğlunun katibliyi ilə, İddiaçı Ləğv prosesində olan «Dəmirbank” ASC-nin (bundan sonra- LPO «Dəmirbank” ASC) Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə borc tələbinə” dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı LPO «Dəmirbank” ASC iddia ərizəsi ilə İmişli Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 3059.36 ABŞ dolları əsas borc, 894.13 ABŞ dolları faiz borcu, 2651.64 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli Plenum qərarına əsasən hesablanmış 430,08 ABŞ dolları faiz borcu olmaqla, cəmi 7035.21 ABŞ dolları məbləğində borcun və ödənilmiş 125.88 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın dəlilləri: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Xırdalan filialı ilə Cavabdeh2 arasında bağlanmış ********* nömrəli xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə şəxsi istehlak məqsədi ilə 36 ay müddətinə illik 26 % dərəcəsi ilə 6.300 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh2 kredit verilərkən Cavabdeh1 ilə Bank arasında ZM-480003768 nömrəli xx.xx.2015-ci il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.2-ci bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin və ya zaminlər kreditor qarşısında borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. Kredit və zaminlik müqavilələri üzrə bağlanmış xx.xx.2015-ci il tarixli, 01 saylı əlavə sazişə əsasən kreditin qalıq məbləği 6.227,78 ABŞ dolları hesablanmışdır. Kreditin müddəti xx.xx.2019-cu il tarixinədək uzadılmışdır. Kredit və zaminlik müqavilələri üzrə bağlanmış xx.xx.2017-ci il tarixli, 02 saylı əlavə sazişə əsasən kredit restrukturizasiya edilmişdir. Borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 6.807,26 ABŞ dolları hesablanmışdır. Restrukturizsiya edilmiş kreditin müddəti xx.xx.2021-ci il tarixədək uzadılmışdır. Kredit üzrə borcalan tərəfindən bu əlavə saziş imzalandığı tarixdən etibarən illik 10% ödənilməli idi. xx.xx.2024-cü il tarixə Cavabdeh2 kredit üzrə cəmi borcu 7.035,21 (yeddi min otuz beş dollar 21 sent) ABŞ dolları təşkil edir. Bundan 3.059,36 (üç min əlli doqquz dollar, 36 sent) ABŞ dolları əsas, 894,13 (səkkiz yüz doxsan dörd dollar, 13 sent) ABŞ dolları faiz, 2.651,64 (iki min altı yüz əlli bir dollar, 64 sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli Plenum qərarına əsasən hesablanmış 430,08 (dörd yüz otuz dollar, 08 sent) ABŞ dolları faiz borcu təşkil edir. Cavabdeh2 tərəfindən İmişli Rayon Məhkəməsinə ünvanlanmış ərizədən görünür ki, İddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh2 və Cavabdeh1 qarşı əsas borc 3.059,36 ABŞ dolları, 894,13 ABŞ dolları faiz borcu, 2.651,64 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli Plenum qərarına əsasən hesabllanmış 430,08 ABŞ dolları faiz borcu və iş üzrə ödənilmiş 125,88 manat dövlət rüsumunun müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində göstərilir ki, cavabdehlər Cavabdeh2 ilə LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Xırdalan filialı arasında bağlanmış xx.xx.2015-ci il tarixli ********* saylı kredit müqaviləsinə əsasən cavabdehə şəxsi istehlak məqsədi ilə 36 ay müddətinə illik 26 % dərəcəsi ilə 6.300 ABŞ Dolları məbləğində kredit verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir.Həmin Məcəllənin 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti də üç ildir. Həmin Məcəllənin 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında ələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi larədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində jərar çıxarması üçün əsasdır (maddə 375.2). Həmin Məcəllənin 376-cı maddəsinə görə əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. Həmin Məcəllənin 377-ci maddəsinə əsasən 377.1. iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə ıcdia müddətinin axımı icra üddət bitdikdə başlanır (maddə 377.2). İşin hallarından göründüyü kimi, iddiaçı xx.xx.2015-ci il tarixli ********* saylı edit müqaviləsinə əsasən cavabdehə 36 ay müddəbnə kredit verməklə, icra müddəti fevral 2018-ci il tarixdə başa çatmış və iddiaçı öz hüququnun pozulduğunu bilmişdir, bununla belə iddiaçı həmin müddətdə, ümumiyyətlə 6-7 il ərzində cavabdehlərə heç bir xəbərdarlıq etməmiş, məhkəməyə müraciət etməmiş, ancaq faiz hesablanmaqla məşğul olmuşdur. Ödənilmiş əsas borcu da faiz hesablanmışdır. Hazırda o iddia tələbini əsassız hesab edərək, iddia müddətinin tətbiq edilməsi barədə ərizə vermişdir. Ona görə də iddiadan imtina etmək barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2 tərəfindən İmişli Rayon Məhkəməsinə ünvanlanmış etiraz ərizəsindən görünür ki, İddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh2 və Cavabdeh1 qarşı əsas borc 3.059,36 ABŞ dolları, 894,13 ABŞ dolları faiz borcu, 2.651,64 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli Plenum qərarına əsasən hesabllanmış 430,08 ABŞ dolları faiz borcu və iş üzrə ödənilmiş 125,88 manat dövlət rüsumunun müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 154.1 -ci maddəsinə əsasən İşdə iştirak edən şəxs iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim edir. O iddiaçının tələbi ilə razı deyil və tələbə qarşı aşağıdakı etiraz və mülahizələrimi bildirmişdir. İddia ərizəsində göstərilir ki, cavabdehlər Cavabdeh2 ilə LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Xırdalan filialı arasında bağlanmış xx.xx.2015-ci il tarixli ********* saylı kredit müqaviləsinə əsasən cavabdehə şəxsi istehlak məqsədi ilə 36 ay müddətinə illik 26 % dərəcəsi ilə 6.300 ABŞ Dolları məbləğində kredit verilmişdir. Əvvəla, biz kreditin müəyyən hissəsim iddiaçıya ödəmişlər. Lakin iddia ərizəsindən də göründüyü kimi, iddiaçı ödədiyi pulun çox hissəsini əsas borca deyil, faizə çıxmışdır ki, bu da düzgün deyil. İkincisi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasər müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 373.3-cü maddəsinə əsasər vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti də üç ildir. Həmin Məcəllənin 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərar çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qəra çıxarması üçün əsasdır, (maddə 375.2). Həmin Məcəllənin 376-cı maddəsinə görə əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. Həmin Məcəllənin 377-ci maddəsinə əsasən 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəl bitdikdə başlanır (maddə 377.2) İşin hallarından göründüyü kimi, iddiaçı xx.xx.2015-ci il tarixli ********* saylı kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddəbnə kredit verməklə, icra müddəti 20 fevral 2018-ci il tarixdə başa çatmış və iddiaçı oz hüququnun pozulduğunu bilmişdiı Bununla belə iddiaçı həmin müddətdə, ümumiyyətlə 6-7 il ərzində cavabdehlərə heç bir xəbərdarlıq etməmiş, məhkəməyə müraciət etməmiş, ancaq faiz hesablamaqla məşğul olmuşdur. Ödənilmiş əsas borcu da faiz kimi hesablamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1,373.1,373.3, 551.1,551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarında göstərilir: Mülki Məcəllənin 372.1 -ci maddəsinə uyğun olaraq, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 385.1 -ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin Akreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.3cü və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-c maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 11 fevral tarixli Qərarında da göstərilmişdir ki, iddia müddəti öhdəliyin aradan qalxması üçün hüquqi əsas deyildir, iddia müddətinin keçməsi öz-özlüyündə kreditorun tələb hüququnu aradan qaldırmır. Odur k iddia müddəti keçmiş olsa da. tələb məhkəmədə baxılmağa qəbul edilir və məhkəmənin öz təşəbbüsü ilə deyil, yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır (Mülki Məcəllənin 375.1 və 375.2-cı maddələri) Konstitusiya Məhkəməsi Plenumunun 11 fevral 2022-ci il tarixli qərarında göstərilir: Qüvvədə olan qanunvericiliyə əsasən öhdəliklərin mövcud olması hər hansı bir müddətə məhdudlaşmır. Yəni müəyyən bir müddət üçün nəzərdə tutulmayan öhdəliklər hər hansı bir müddətin keçməsi səbəbilə aradan qalxmır. Bu səbəbdəndir ki, iddia müddəti keçmiş olsa da tələb məhkəmədə baxılmağa qəbul edilir və məhkəmənin öz təşəbüsü ilə deyil, yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır (Mülki Məcəllənin 375.1 və 375.2-ci maddələri). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 376-cı maddəsinə əsasən, həmin Məcəllənin 375.3-cü maddəsinin tətbiqi nəticəsində əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər üzrə də iddia müddəti keçmiş hesab edilir. Bundan əlavə, Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Prezidentin 28 fevral 2019-cu il tarixli Fərmanında belə şəxslərə kömək göstərilməsini tapşırır. İddiaçı tərəfindən Fərmanın tələbləri yerinə yetirilməmişdir. O, etirazında göstərdiklərinin nəzərə alınmasını və iddiadan imtina edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi X1 məhkəməyə ərizə ünvanlayaraq mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan «Dəmirbank” ASC və Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli ********* saylı kredit müqaviləsinə əsasən cavabdehə şəxsi istehlak məqsədi ilə illik 36 ay müddətinə illik 26 % dərəcəsi ilə 6.300 ABŞ dolları məbləğində kredit verilmişdir. xx.xx.2024-cü tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 ********* nömrəli xx.xx.2015-ci il tarixli Kredit müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixə yaranmış 3059.36 ABŞ dolları əsas borc, 894.13 ABŞ dolları faiz borcu, 2651.64 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli Plenum qərarına əsasən hesablanmış 430,08 ABŞ dolları faiz borcu olmaqla, cəmi 7035.21 ABŞ dolları təşkil edir. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 180004668/ZM nömrəli xx.xx.2015-ci tarixli zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh1 ********* nömrəli xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə borcalan Cavabdeh2 ilə birgə kreditor qarşısında kredit müqaviləsinə dair borcalanın daşıdığı öhdəliklər üzrə məsuliyyət daşıyır. İş materiallarında olan Cavabdeh2 tərəfindən İmişli Rayon Məhkəməsinə ünvanlanmış ərizədən görünür ki, iddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh2 və Cavabdeh1 qarşı əsas borc 3.059,36 ABŞ dolları, 894,13 ABŞ dolları faiz borcu, 2.651,64 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli Plenum qərarına əsasən hesabllanmış 430,08 ABŞ dolları faiz borcu və iş üzrə ödənilmiş 125,88 manat dövlət rüsumunun müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində göstərilir ki, cavabdehlər Cavabdeh2 ilə LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Xırdalan filialı arasında bağlanmış xx.xx.2015-ci il tarixli ********* saylı kredit müqaviləsinə əsasən cavabdehə şəxsi istehlak məqsədi ilə 36 ay müddətinə illik 26 % dərəcəsi ilə 6.300 ABŞ Dolları məbləğində kredit verilmişdir. İşin hallarından göründüyü kimi, iddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə xx.xx.2015-ci il tarixli ********* saylı kredit müqaviləsi aramızada bağlanmışdır onunla razıdır, lakin iddia ərizəsində göstərilən xx.xx.2017-ci il tarixli, 01 saylı Əlavə Sazişə əsasən Kredit Restrukturizasiyası ilə bağlı olan müqaviləni onun xəbəri olmadan özləri imzalamışlar ki, iddia müddəti ötməsin, məhkəməyə müraciət edə bilsinlər. O, bunlarla razı deyil. Hazırda o iddia tələbindəki xx.xx.2017-ci il tarixli, 01 saylı Əlavə Sazişi əsassız hesab etməklə, iş üzrə xətşünaslıq ekspertizası təyin olunması barədə ərizə vermişdir. İş materiallarında olan Cavabdeh2 tərəfindən İmişli Rayon Məhkəməsinə ünvanlanmış ərizədən görünür ki, İddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh2 və Cavabdeh1 qarşı əsas borc 3.059,36 ABŞ dolları, 894,13 ABŞ dolları faiz borcu, 2.651,64 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli Plenum qərarına əsasən hesabllanmış 430,08 ABŞ dolları faiz borcu və iş üzrə ödənilmiş 125,88 manat dövlət rüsumunun müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində göstərilir ki, cavabdehlər Cavabdeh2 ilə LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Xırdalan filialı arasında bağlanmış xx.xx.2015-ci il tarixli ********* saylı kredit müqaviləsinə əsasən cavabdehə şəxsi istehlak məqsədi ilə 36 ay müddətinə illik 26 % dərəcəsi ilə 6.300 ABŞ Dolları məbləğində kredit verilmişdir. O iddia tələbin əsassız hesab etməklə, iş üzrə mühasibatlıq ekspertizası təyin olunması barədə ərizə vermişdir. İş materiallarında olan İmişli Rayon Məhkəməsinin Cavabdeh2 ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, 2(036)-146/2025 nömrəli iş üzrə xx.xx.2025-ci il tarixdə ekspert vəsatəti daxil olmuş və Cavabdeh2 imza nümunələrinin ekspertiza mərkəzinə göndərilməsi xahiş olunmuşdur. Cavabdeh2 həmin imza nümunələrinin təqdim olunması üçün 10 iş günü müddətində saat 09:00-18:00-a qədər məhkəməyə gəlmək xahiş olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Məhkəmə Ekspertizası Mərkəzinə 2 aprel 2025-ci il tarixdə daxil olmuş 2(036)-146/2025 nömrəli iş üzrə təyin edilmiş məhkəmə-xətşünaslıq ekspertizasının aparılmasından imtina edilmişdir. 480003768 saylı 20 Fevral 2015-ci il tarixli Kredit Müqaviləsi üzrə 01 nömrəli Əlavə Sazişdən görünür ki, həmin müqaviləyə aşağıdakı dəyişiklik edilmişdir: 2.1 Müqavilənin aşağıda göstərilən bəndləri bu cür dəyişdirilir: Bu müqaviləyə əsasən Kreditorun Borcalana 6300 USD məbləğdə verdiyi kreditin qalıq məbləği 6227.78135 USD təşkil edir. ********* saylı 20 Fevral 2015-ci il tarixli Zaminlik Müqaviləsi üzrə 01 nömrəli Əlavə Sazişdən görünür ki, həmin müqaviləyə aşağıdakı dəyişiklik edilmişdir: 2.1 Müqavilənin aşağıda göstərilən bəndləri bu cür dəyişdirilir: Bu müqaviləyə əsasən Kreditorun Borcalana 6300 USD məbləğdə verdiyi kreditin qalıq məbləği 6227.78 USD təşkil edir. 2.2 Kreditin müddəti xx.xx.2019-cu il tarixədək təyin olunur. 480003768 saylı 20 Fevral 2015-ci il tarixli Kredit Müqaviləsi üzrə xx.xx.2017-ci il tarixli 02 nömrəli Əlavə Sazişdən görünür ki, 1. Kredit aşağıdakı şərtlərlə restruktizasiya edilir: Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (bundan sonra "restrukturizasiya edilmiş edilir") 6807.26 (altı min səkkiz yüz yeddi abş dolları iyirmi altı sent) USD təşkil edir. Ödəniş qrafiki üzrə Borcalan tərəfindən manatla ödənişlər Kreditor tərəfindən 1 USD = 1.4 AZN məzənnəsi əsas götürülməklə qəbul edilir. Ödəniş qrafiki üzrə ödəniş edildiyi tarixə müvafiq xarici valyuta üzrə Mərkəzi Bankın mövcud məzənnəsi qeyd olunan məzənnədən aşağı düşərsə, Borcalan tərəfindən ödənişlər həmin tarixə Mərkəzi Bankın mövcud məzənnəsi əsas götürülməklə ödənilir. Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığının tərkibini 4583.55 (dörd min beş yüz əksən üç abş dolları əlli beş sent) USD əsas borc. 1829.65 (bir min səkkiz yüz iyirmi doqquz abş dolları altmış beş sent) USD faiz borcu və 394.06 (üç yüz doxsan dörd abş dolları altı sent) USD cərimə borcu təşkil edir. Restrukturizasiya edilmiş kredit üzrə bu Əlavə Saziş qüvvəyə minənədək hesablanmış faiz və cərimə borcları ayrıca hesabda dondurulur. Borcalan tərəfindən öhdəliyi bu Sazişə əlavə edilmiş ödəniş qrafiki üzrə vaxtında və lazımınca icra edildikdə və qrafik üzrə borc tam ödənildikdən sonra növbəti hər 12 (on ay ərzində gecikmə günlərinin sayı 30 (otuz) gündən çox olmadıqda, dondurulmuş faiz və cərimə borcları müəyyən edilmiş müddətin sonunda Kreditor tərəfindən güzəşt edilir. Əgər ödəniş qraifiki üzrə növbəti hər 12 (on iki) ay ərzində gecikmə günlərinin sayı 30 (otuz) gündən artıq olarsa, hesablanmış və ya nesablanacaq faiz və cərimə məbləğləri müəyyən edilmiş müddətin sonunda güzəşt edilmir və kredit öhdəliyi üzrə ödənişlər ilkin olaraq cərimənin, sonra faizlərin, daha sonra isə əsas məbləğin rəniiməsinə yönəldilir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2021-ci il tarixədək təşkil edir. 480003768 saylı 20 Fevral 2015-ci il tarixli Zaminlik Müqaviləsi üzrə, xx.xx.2017-ci il tarixli 02 nömrəli Əlavə Sazişdən görünür ki, 1. Kredit aşağıdakı şərtlərlə restruktizasiya edilir: Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (bundan sonra "restrukturizasiya edilmiş edilir") 6807.26 (altı min səkkiz yüz yeddi abş dolları iyirmi altı sent) USD təşkil edir. Ödəniş qrafiki üzrə Borcalan tərəfindən manatla ödənişlər Kreditor tərəfindən 1 USD = 1.4 AZN məzənnəsi əsas götürülməklə qəbul edilir. Ödəniş qrafiki üzrə ödəniş edildiyi tarixə müvafiq xarici valyuta üzrə Mərkəzi Bankın mövcud məzənnəsi qeyd olunan məzənnədən aşağı düşərsə, Borcalan tərəfindən ödənişlər həmin tarixə Mərkəzi Bankın mövcud məzənnəsi əsas götürülməklə ödənilir. Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığının tərkibini 4583.55 (dörd min beş yüz əksən üç abş dolları əlli beş sent) USD əsas borc. 1829.65 (bir min səkkiz yüz iyirmi k5qquz abş dolları altmış beş sent) USD faiz borcu və 394.06 (üç yüz doxsan dörd abş dolları altı sent) USD cərimə borcu təşkil edir. Restrukturizasiya edilmiş kredit üzrə bu Əlavə Saziş qüvvəyə minənədək hesablanmış faiz və cərimə borcları ayrıca hesabda dondurulur. Borcalan tərəfindən öhdəliyi bu Sazişə əlavə edilmiş ödəniş qrafiki üzrə vaxtında və lazımınca icra edildikdə və qrafik üzrə borc tam ödənildikdən sonra növbəti hər 12 (on ay ərzində gecikmə günlərinin sayı 30 (otuz) gündən çox olmadıqda, dondurulmuş faiz və cərimə borcları müəyyən edilmiş müddətin sonunda Kreditor tərəfindən güzəşt edilir. Əgər ödəniş qraifiki üzrə növbəti hər 12 (on iki) ay ərzində gecikmə günlərinin sayı 30 (otuz) gündən artıq olarsa, hesablanmış və ya nesablanacaq faiz və cərimə məbləğləri müəyyən edilmiş müddətin sonunda güzəşt edilmir və kredit öhdəliyi üzrə ödənişlər ilkin olaraq cərimənin, sonra faizlərin, daha sonra isə əsas məbləğin rəniiməsinə yönəldilir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2021-ci il tarixədək təşkil edir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 9/2163 nömrəli ekspert rəyinə əsasən, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh2 banka ödənilmiş pul vəsaitlərinə dair bankda olan hesabdan çıxarış məlumatları, xx.xx.2015-ci il tarixli, ********* saylı kredit müqaviləsinin, xx.xx.2017-ci il tarixli, 02 saylı Əlavə Sazişin şərtləri nəzərə alınmaqla və müqavilə dövründə illik 10%-lə, müqavilə dövründən sonra illik 5%-ləfaiz hesablanmaqla Cavabdeh2 xx.xx.2024-cü il tarixə (sualda göstərilən tarix) banka olan əldən çıxmış fayda, faiz və əsas borcu 3.213,47 ABŞ dolları məbləğində müəyyən edilir. xx.xx.2024-cü il tarixə əsas borc üzrə 2.282,8 ABŞ dolları, faiz borcu üzrə 610,67 ABŞ dolları (10-%lə), əldən çıxmış fayda borcu üzrə 319,92 ABŞ dolları (5-%lə) müəyyən edilmişdir. İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, ********* saylı kredit müqaviləsi üzrə təqdim edilmiş sənədlərə əsasən Bank tərəfindən cərimə hesablanmamışdır. Əsaslandırıcı hissə: İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin İmişli filialı ilə Cavabdeh2 arasında bağlanmış ********* nömrəli xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə Şəxsi istehlak məqsədi ilə 36 ay müddətinə illik 26 % dərəcəsi ilə 6.300 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh2 kredit verilərkən Cavabdeh1 ilə Bank arasında ZM-480003768 nömrəli xx.xx.2015-ci il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Kredit və Zaminlik müqavilələri üzrə bağlanmış xx.xx.2015-ci il tarixli, 01 saylı Əlavə Sazişə əsasən Kreditin qalıq məbləği 6.227,78 ABŞ dolları hesablanmışdır. Kreditin müddəti xx.xx.2019-cu il tarixinədək uzadılmışdır. Kredit və Zaminlik müqavilələri üzrə bağlanmış xx.xx.2017-ci il tarixli, 02 saylı Əlavə Sazişə əsasən Kredit Restrukturizasiya edilmişdir. Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 6.807,26 ABŞ dolları hesablanmışdır. Restrukturizsiya edilmiş kreditin müddəti xx.xx.2021-ci il tarixədək uzadılmışdır. Kredit üzrə Borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 10% ödənilməli idi. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəlikləri lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. (MM-739.2.) Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda zaminlik müqaviləsinə xitam verilir. İmzalanmış Kredit və Zaminlik müqavilələri üzrə bağlanmış xx.xx.2017-ci il tarixli, 02 saylı Əlavə Sazişə əsasən Kredit Restrukturizasiya edilmişdir. Restrukturizsiya edilmiş kreditin müddəti xx.xx.2021-ci il tarixədək uzadılmışdır. Məhkəmə hesab edir ki, zaminlik müqaviləsinin şərtləri Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla tətbiq edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, xx.xx.2017-ci il tarixli, 02 saylı Əlavə Sazişə əsasən üzrə irəli gələn öhdəliklərin icrası üçün borclu Cavabdeh2 və zamin Cavabdeh1 birgə və eyni həcmdə məsuliyyət daşısalar da, iddiaçı zaminə qarşı əsas öhəliyin icrası vaxtı (xx.xx.2021-ci il) çatdığı gündən bir il ərzində - xx.xx.2022-ci il tarixədək iddia irəli sürmək hüququna malik olduğu halda, bu hüququndan istifadə etməmiş, əsas öhdəliyin icrası vaxtının çatdığı gündən müqavilənin icrası ilə bağlı zaminə qarşı heç bir tələb irəli sürməmişdir. Qeyd edilənlərin bilavasitə qanunun tələbindən, eləcə də tərəflər arasında bağlanmış müqavilə şərtlərindən irəli gəldiyini, qanunla və müqavilə şərtinə əsasən müəyyən edilmiş müddətlər ərzində kreditor tərəfindən zaminə qarşı tələb irəli sürülmədiyini nəzərə alaraq məhkəmə belə qənaətinə görə, zaminlik müqaviləsinə xitam verilmiş hesab edilir. Məhkəmə həmçinin qeyd edir ki, zaminliyə müddətin keçməsi əsası ilə xitam verilməsinin mümkünlüyünü təsbit edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsi iddia müddəti deyildir, buna görə də onun tətbiqi üçün tərəfin ərizə verməsi və ya müstəqil olaraq belə tələblə çıxış etməsi tələb olunmur. Göstərilənləri nəzərə alaraq məhkəmə iddia tələbinin kredit müqaviləsi üzrə yaranmış borcun zamin Cavabdeh1 tutulmasına dair hissəsi ilə razılaşmır və hesab edir ki, qanunvericiliklə müəyyən edilmiş müddətlər ərzində kreditor tərəfindən zaminə qarşı tələb irəli sürülmədiyindən zaminlik müqaviləsinə xitam verilmiş, zaminin hazırki tələb üzrə məsuliyyəti istisna edilir, bu səbəbdən iddia tələbi zamin Cavabdeh1 aid hissədə rədd edilməlidir. Məhkəmə hesab edir ki, Cavabdeh2 müqavilə əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilələr ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh müqavilə əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş olsa da, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı əsas borcun, ona hesablanmış faizlərin və cərimə borcunun ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə tərəfindən işin, tam və hər tərəfli araşdırılmasını təmin etmək məqsədilə Cavabdeh2 vəsatəti əsasında məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmişdir. Cavabdeh2 verdiyi vəsatəti onunla əsaslandırmışdır ki, xx.xx.2017-ci il tarixli, 01 saylı Əlavə Sazişə əsasən Kredit Restrukturizasiyası ilə bağlı olan müqaviləni onun xəbəri olmadan özləri imzalamışlar ki, iddia müddəti ötməsin, məhkəməyə müraciət edə bilsinlər. 2(036)-146/2025 nömrəli iş üzrə xx.xx.2025-ci il tarixdə ekspert vəsatəti daxil olmuş və Cavabdeh2 imza nümunələrinin ekspertiza mərkəzinə göndərilməsi xahiş olunmuşdur. İmişli Rayon Məhkəməsinin Cavabdeh2 ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubla heç bir məhkəmə iclasına gəlməyən Cavabdeh2 həmin imza nümunələrinin təqdim olunması üçün 10 iş günü müddətində saat 09:00-18:00-a qədər məhkəməyə gəlmək xahiş olunsa da, o həm məhkəmə iclaslarına, həm də göstərilən müddətdə İmişli Rayon Məhkəməsinin inzibati binasına gəlməmişdir və imza nümunələrini məhkəmə təqdim etməmişdir. Məhkəmə hesab edir ki, hazırki iş üzrə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.5-ci maddəsi tətbiq edilməlidir. Həmin normaya əsasən tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Belə olan halda məhkəmə hesab edir ki, məhkəmə tərəfindən görülmüş tədbirlərə baxmayaraq Cavabdeh2 tərəfindən imza nümunulərə məhkəməyə təqdim edilmədiyindən və buna görə də məhz onun vəsatəti əsasında məhkəmə tərəfindən təyin edilmiş məhkəmə-xətşünaslıq ekspertizasının keçirilməsi mümkün olmadığından onun vəsatətində göstərdiyi – xx.xx.2017-ci il tarixli, 01 saylı Əlavə Sazişin onun tərəfindən imzalanmaması faktı təsdiq edilə bilməz. Əksi sübut olunmadığı üçün məhkəmə həmin müqaviləni mötəbər sübut kimi qəbul edərək, mübahisəyə hüquqi qiymət vermişdir. Buna görə də, məhkəmə hesab edir ki, cavabdeh tərəfindən 3 illik iddia müddəti tətbiq etməklə iddianın rədd edilməsi əsassızdır. Belə ki, tərəflərin arasındakı hazırki iş üzrə öhdəliyini sonuncu icra müddəti xx.xx.2021-ci il il tarixi müəyyən edilmişdir. İddiaçı tərəfindən isə məhkəməyə xx.xx.2024-cü il tarixdə, yəni illik iddia müddəti ötürülmədən məhkəməyə müraciət edilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Republikası MPM-nin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Məhkəmə ekspert rəyinə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2025-ci il tarixli 9/2163 saylı rəyi ilə xx.xx.2024-cü il tarixə əsas borc üzrə 2.282,8 ABŞ dolları, faiz borcu üzrə 610,67 ABŞ dolları (10-%lə), əldən çıxmış fayda borcu üzrə 319,92 ABŞ dolları (5-%lə) müəyyən edilmişdir. Məhkəmə hazırki ekspert rəyi ilə razılaşır və onun faiz borcuna aid hissədə sübut növü kimi qəbul edir. Belə ki, ekspert rəyinin əsaslılığını şübhə altına ala bilən hər hansı bir sübut növü məhkəməyə təqdim edilməmişdir. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, iddiaçı dəbbə pulunun ödənilməsini tələb etmək hüququna malikdir, əsas borc və dəbbə pulunun nisbəti nəzərə alınmaqla, kredit müqaviləsinə əsasən 114.14 manat məbləğində dəbbə pulunun tutulması ağlabatan və ədalətlidir. Məhkəmə qanunvericiliyin tələblərini nəzərə alaraq qeyd edir ki, Cavabdeh2 ********* nömrəli, xx.xx.2015-ci il tarixli Kredit müqaviləsi və onun əlavəsi üzrə üzərinə götürülmüş öhdəlikləri icra etməmiş, yəni müqavilə şərtlərinə əsasən ödənişlərini vaxtında aparmadığı üçün öhdəliyin icrasını gecikdirmişdir və bu səbəbdən bank qarşısında məsuliyyətcavabdehlik daşıyır. Belə olan halda bankın məhkəmə qaydasında Cavabdeh2 2282.88 ABŞ dolları əsas, 610.67 ABŞ dolları faiz, 114.14 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli Plenum qərarına əsasən hesablanmış 319.92 ABŞ dolları faiz borcu olmaqla, cəmi 3327.61 ABŞ dolları borcun ödənilməsini tələb etməsi tam əsaslıdır. Məhkəmə qeyd edir ki, Məhkəmə Ekspertiza Mərkəzinin ekspertiza xərclərinə dair bildirişindən görünür ki, məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyəri 200 (iki yüz) manatdır. İddia qismən təmin edildiyindən iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manat pul vəsaitinin 94.5 (doxsan dörd manat əlli qəpik) manat hissəsi Cavabdeh2 və 105.5 (bir yüz beş manat əlli qəpik) manat hissəsi iddiaçı LPO «Dəmirbank” ASC-dən tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh2 iddiaçı LPO «Dəmirbank” ASC-nin xeyrinə 2282.88 (iki min iki yüz səksən iki ABŞ dolları səksən səkkiz sent) ABŞ dolları əsas, 610.67 (altı yüz on ABŞ dolları altmış yeddi sent) ABŞ dolları faiz, 114.14 (bir yüz on dörd ABŞ dolları on dörd sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli Plenum qərarına əsasən hesablanmış 319.92 (üç yüz on doqquz ABŞ dolları doxsan iki sent) ABŞ dolları faiz borcu olmaqla, cəmi 3327.61 (üç min üç yüz iyirmi yeddi ABŞ dolları altmış bir sent) ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində borc tutulmalıdır. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsinə qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunduğundan iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş 125.88 (bir yüz iyirmi beş manat səksən səkkiz qəpik) manat dövlət rüsumunun 59.11 (əlli doqquz manat on bir qəpik) manatı Cavabdeh2 müştərək qaydada alınaraq iddiaçı LPO «Dəmirbank” ASC-yə ödənilməli, qalan dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Mülki iş üzrə məhkəmə iclaslarının yeri və vaxtı bildirişlərin proses iştirakçılarına göndərilməsi üçün 8 ədəd poçt zərfi istifadə edilmişdir. Bir ədəd poçt zərfinin qiyməti 0,9 (doxsan qəpik) manat olduğu üçün işə baxılması ilə əlaqədar tərəflərin xəbərdar edilməsi və məhkəməyə çağırılmaları ilə əlaqədar məsrəflər 7.20 (yeddi manat iyirmi qəpik) manat təşkil edir. Buna görə də məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən Cavabdeh2 3.40 (üç manat qırx qəpik) manat, iddiaçı LPO «Dəmirbank” ASC-dən 3.80 (üç manat səksən qəpik) manat məhkəmə xərci tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməldir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 iddiaçı LPO «Dəmirbank” ASC-nin xeyrinə 2282.88 (iki min iki yüz səksən iki ABŞ dolları səksən səkkiz sent) ABŞ dolları əsas, 610.67 (altı yüz on ABŞ dolları altmış yeddi sent) ABŞ dolları faiz, 114.14 (bir yüz on dörd ABŞ dolları on dörd sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli Plenum qərarına əsasən hesablanmış 319.92 (üç yüz on doqquz ABŞ dolları doxsan iki sent) ABŞ dolları faiz borcu olmaqla, cəmi 3327.61 (üç min üç yüz iyirmi yeddi ABŞ dolları altmış bir sent) ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) borc və 59.11 (əlli doqquz manat on bir qəpik) manat ödənilmiş dövlət rüsumu tutulsun. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manat pul vəsaitinin 94.5 (doxsan dörd manat əlli qəpik) manat hissəsi Cavabdeh2 və 105.5 (bir yüz beş manat əlli qəpik) manat hissəsi iddiaçı LPO «Dəmirbank” ASC-dən tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Cavabdeh2 3.40 (üç manat qırx qəpik) manat, iddiaçı LPO «Dəmirbank” ASC-dən 3.80 (üç manat səksən qəpik) manat məhkəmə xərci tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə köçürülsün. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə (elektron məhkəmə sistemi vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Orxan Mahmud

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar