Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № e-2(036)-1464/2025 21.05.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Mahmud Orxan Əlövsət oğlunun, İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyətinin (bundan sonra- İddiaçı BOKT MMC) Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı BOKT MMC Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 640.48 manat əsas, 351.43 manat faiz, 49.88 manat cərimə olmaqla, cəmi 1041.79 (bir min qırx bir manat yetmiş doqquz qəpik) manat borcun və 30.42 (otuz manat qırx iki qəpik) manat dövlət rüsumunun tutularaq İddiaçı BOKT MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı BOKT MMC ilə Cavabdeh arasında 08 dekabr 2021-ci il tarixli, 1612/41 nömrəli Kredit Müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, cavabdeh - Cavabdeh ev təmiri üçün 36 (otuz altı) ay müddətinə, illik 28% (iyirmi səkkiz) olmaqla, 18040 (on səkkiz min qırx) AZN məbləğdə kredit verimişdir. 08 dekabr 2021-ci il tarixli, 1612/41 nömrəli Kredit Müqaviləsi üzrə öhdəliyin təminatı qismində, iddiaçı - İddiaçı BOKT MMC ilə cavabdeh – Cavabdeh arasında 08 dekabr 2021-ci il tarixli, 1612/41 nömrəli girov müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, Cavabdeh ona məxsus olan 319.8 qram qızıl-zinət əşyalarını Girov saxlayanın (iddiaçının) xeyrinə girov qoymuşdur Bildirmişdir ki, Cavabdeh uzun müddət kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirə bilmədiyi üçün xx.xx.2021-ci il tarixdə ərizə ilə BOKT-a müraciət edərək ona məxsus girov qoyulmuş 319.8 qr dəyərində qızıllarının satılıb kredit borcuna yönləndirilməsinə köməklik edilməsini xahiş etmişdir. İddiaçı - İddiaçı BOKT MMC Müqavilə üzrə öhdəliklərin təmin edilməsi üçün 08 dekabr 2021-ci il tarixli, 1612/41 nömrəli girov müqaviləsinin 4-cü maddəsinə əsasən girov predmetinin satılaraq kredit borcuna yönləndirmiş, qızıllar xx.xx.2022-ci il tarixli satış aktı əsasında satılmış və əldə olunan məbləğ hesaba mədaxil edilmişdir. Lakin buna baxmayaraq kredit müqaviləsi üzrə borc öhdəliyi tam bağlanmamışdır. Cavabdeh - Cavabdeh uzun müddətdir ki, kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmir. İddiaçı - "xxxx" MMC tərəfindən cavabdehə dəfələrlə yazılı və şifahi müraciət edilməsinə baxmayaraq, müqavilə üzrə öhdəliklər hələ də icra etmir, kredit borcu ödənilmir. İddiaçı tərəfindən tərtib edilmiş maliyyə arayışına əsasən, cavabdeh – Cavabdeh 08 dekabr 2021ci il tarixli, 1612/41 nömrəli kredit müqaviləsi üzrə kredit borcu - kredit üzrə əsas borcun məbləği 640,48 manat, faiz borcunun məbləği 351,43 manat, cərimə məbləği 49,88 manat olmaqla,cəmi 1.041,79 manat təşkil edir. İddiaçı tərəfindən cavabdehə kredit öhdəliyinin icra edilməsinə dair bildiriş məktubu ünvanlanmışdır (bildiriş məktubu və onların cavabdehə çatdırılmasına dair qəbz ərizəyə əlavə edilir). Buna baxmayaraq cavabdeh hələ də öz öhdəliklərini icra etməmişdir. Beləliklə, iddiaçının müvafiq tələblər üzrə məhkəməyə müraciət etməkdən başqa çıxış yolu qalmamışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.1-ci maddəsinə əsasən, pul vəsaiti alınması haqqındakı iddialarda iddianın qiyməti alınan məbləğlə müəyyən edilir. Belə olan halda, məhkəmə iddia ərizəsi üzrə tələb olunan məbləğin beş min manatdan az olduğunu nəzərə alaraq, hazırki mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. İş üzrə cavabdeh qanunvericilikdə nəzərdə tutulmuş qaydada bildiriş göndərilsə də, o, əsaslandırılmış etirazını, öz dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Cavabdehlər bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə ərizənin dəlillərini nəzərə alaraq iş üzrə təqdim olunmuş digər sübutları yoxlayıb hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin olunmalıdır. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İddiaçı BOKT MMC ilə Cavabdeh arasında bağlanmış 08 dekabr 2021-ci il tarixli, 1612/41 saylı kredit müqaviləsinə əsasən bank cavabdehə 36 ay müddətinə, illik 28 faiz dərəcəsi ilə 18040 manat məbləğində kredit vermişdir. 08 dekabr 2021-ci il tarixli, 1612/41 nömrəli Kredit Müqaviləsi üzrə öhdəliyin təminatı qismində, iddiaçı - İddiaçı BOKT MMC ilə cavabdeh – Cavabdeh arasında 08 dekabr 2021-ci il tarixli, 1612/41 nömrəli girov müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, Cavabdeh ona məxsus olan 319.8 qram qızıl-zinət əşyalarını Girov saxlayanın (iddiaçının) xeyrinə girov qoymuşdur. Cavabdeh uzun müddət kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirə bilmədiyi üçün xx.xx.2021-ci il tarixdə ərizə ilə BOKT-a müraciət edərək ona məxsus girov qoyulmuş 319.8 qr dəyərində qızıllarının satılıb kredit borcuna yönləndirilməsinə köməklik edilməsini xahiş etmişdir. İddiaçı - İddiaçı BOKT MMC Müqavilə üzrə öhdəliklərin təmin edilməsi üçün 08 dekabr 2021-ci il tarixli, 1612/41 nömrəli girov müqaviləsinin 4-cü maddəsinə əsasən girov predmetinin satılaraq kredit borcuna yönləndirmiş, qızıllar xx.xx.2022-ci il tarixli satış aktı əsasında satılmış və əldə olunan məbləğ hesaba mədaxil edilmişdir. Lakin buna baxmayaraq kredit müqaviləsi üzrə borc öhdəliyi tam bağlanmamışdır. Cavabdeh - Cavabdeh uzun müddətdir ki, kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. (MM-739.2.) Göstərilən normaları hazırki iş üzrə tətbiq edərək məhkəmə qeyd edir ki, Cavabdeh 08 dekabr 2021-ci il tarixli, 1612/41 nömrəli kredit müqaviləsi üzrə üzərinə götürülmüş öhdəlikləri icra etmədiyinə görə, yəni müqavilə şərtlərinə əsasən ödənişlərini vaxtında aparmadığı üçün öhdəliyin icrasını gecikdirmişdir və bu səbəbdən Bank qarşısında məsuliyyət-cavabdehlik daşıyır. Belə olan halda Bankın məhkəmə qaydasında Cavabdeh kredit müqaviləsi üzrə 640.48 manat əsas, 351.43 manat faiz, 49.88 manat cərimə olmaqla, cəmi 1041.79 (bir min qırx bir manat yetmiş doqquz qəpik) manat borcun ödənilməsini tələb etməsi tam əsaslıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh 640.48 manat əsas, 351.43 manat faiz, 49.88 manat cərimə olmaqla, cəmi 1041.79 (bir min qırx bir manat yetmiş doqquz qəpik) manat məbləğində borc və 30.42 (otuz manat qırx iki qəpik) manat məbləğində dövlət rüsumu İddiaçı BOKT MMC-nin xeyrinə tutulmalıdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 640.48 manat əsas, 351.43 manat faiz, 49.88 manat cərimə olmaqla, cəmi 1041.79 (bir min qırx bir manat yetmiş doqquz qəpik) manat məbləğində borc və 30.42 (otuz manat qırx iki qəpik) manat məbləğində dövlət rüsumu İddiaçı BOKT MMC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Mahmud
Məhkəmə qərarları › İş №e-2(036)-1464/2025
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(036)-1464/2025
21.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver