Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № e-2(036)-147/2024 06.03.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi və Əsədli Xuraman Emin qızının katibliyi ilə, iddiaçı BOKT "xxxx" MMC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı BOKT "xxxx" MMC Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edib Cavabdeh iddiaçı BOKT "xxxx" MMC-nin xeyrinə 8221.06 manat əsas borc, 2400,55 manat faiz borcu, 116.71 manat cərimə borcu və 620.00 manat dəymiş zərər (əldən çıxmış fayda), cəmi 11358.32 manat və dövlət rüsumu kimi dövlət büdcəsinə ödənilmiş 125 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşdə olan kreditor "xxxx" MMC ilə borcalan Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli L-BK-0047954-F saylı kredit müqaviləsinin surətinə əsasən müqavilə tərəfləri borcalana illik 36 faizlə 15 ay müddətinə 11.400,0 (on bir min dörd yüz) manat məbləğində kredit verməsi barədə razılığa gəlmişlər. İşdə olan ödəniş qrafikinə əsasən Cavabdeh "xxxx" MMC-dən aldığı 11.400,0 manat kredit məbləğini cəmi 3039.94 manat faizlə birlikdə ayda 963 manat ödəməklə xx.xx.2019cu il tarixdən xx.xx.2020-ci il tarixədək tam şəkildə ödəyib qutarmağı öhdəsinə götürmüşdür. İşdən görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixli L-BK-0047954-F saylı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, nəticədə sözü gedən kredit müqaviləsi üzrə 8221.06 manat əsas borc, 2400,55 manat faiz borcu, 116.71 manat cərimə borcu və 620.00 manat dəymiş zərər hesablanmışdır. AR Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə, və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə tədqiq olunmuş sübutlara yuxarıda qeyd olunan hüquq normalarına əsasən qiymət verərək hesab edir ki, Cavabdeh iddiaçı BOKT "xxxx" MMC-nin xeyrinə 8221.06 manat əsas borc, 2400,55 manat faiz borcu, 116.71 manat cərimə borcu, 620.00 manat dəymiş zərər (əldən çıxmış fayda) və ödənilmiş dövlət rüsumuna görə 125 manat tutulmalıdır. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddia tələbi təmin olunsun. Cavabdeh 8221.06 (səkkiz min iki yüz iyirmi bir manat altı qəpik) manat əsas borc, 2400,55 (iki min dörd yüz manat əlli beş qəpik) manat faiz borcu, 116.71 (bir yüz on altı manat yetmiş bir qəpik) manat cərimə borcu, 620.00 (altı yüz iyirmi) manat dəymiş zərər (əldən çıxmış fayda) və 125 (bir yüz iyirmi beş) manat dövlət rüsumu tutulub iddiaçı BOKT "xxxx" MMC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.
Məhkəmə qərarları › İş №e-2(036)-147/2024
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(036)-147/2024
06.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver