Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № e-2(036)-1484/2022 10.05.2022 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi hakim Qənbərov Ülvi Oktay oğlu iddiaçı “İRŞAD ELECTRONİCS» MMC-nin Cavabdeh qarşı pul tələbi barədə iddiasına dair mülki işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı “İRŞAD ELECTRONİCS» MMC Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edib Cavabdeh iddiaçı “İRŞAD ELECTRONİCS» MMC nin xeyrinə 08.04.2021-ci il tarixli ********* saylı alqı-satqı müqaviləsinə əsasən 479 manat əsas borc, 71.08 manat cərimə borcu, 07.06.2021-ci il tarixli ********* saylı alqı-satqı müqaviləsinin əsasən 414 manat əsas borc, 62.01 manat cərimə borcu,ümumilikdə 1026.09 manat borcun və dövlət rüsumu kimi dövlət büdcəsinə ödənilmiş 30.67 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşdə olan 08.04.2021-ci il tarixli ********* nömrəli və 07.06.2021-ci il tarixli ********* nömrəli Müqavilələrin surətinə əsasən Cavabdeh həmin tarixdə “İRŞAD ELECTRONİCS» MMC-dən 719.06 manat dəyərində “SAMSUNG A 525 “ markalı və “XİAOMİ REDMİ NOTE” markalı mobil telefonlar nisyə almışdır. İşdən görünür ki, Cavabdeh 08.04.2021-ci il tarixli ********* nömrəli alqı-satqı müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş və həmin müqavilə üzrə 479 manat əsas borc, 71.08 manat faiz borcu hesablanmışdır; Cavabdeh 07.06.2021-ci il tarixli ********* saylı alqı-satqı müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş və həmin müqavilə üzrə 414 manat əsas borc, 62.01 manat faiz borcu hesablanmışdır. AR Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə,..... həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər.Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə, və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər.Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, “İRŞAD ELECTRONİCS» MMC-nin xeyrinə 08.04.2021-ci il tarixli ********* saylı alqı-satqı müqaviləsinə əsasən 479 manat əsas borc, 07.06.2021-ci il tarixli ********* saylı alqı-satqı müqaviləsinə əsasən 414 manat əsas borc və ödənilmiş dövlət rüsumuna görə 30.67 manat tutulmalı və cərimə borcu isə əsas borca uyğun olaraq azaldılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216, 220, 227,233,357 və 360-cı maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 08.04.2021-ci il tarixli ********* saylı alqı-satqı müqaviləsinə əsasən 479 (dörd yüz yetmiş doqquz ) manat əsas borc, 10 (on) manat cərimə borcu, 07.06.2021-ci il tarixli ********* saylı alqı-satqı müqaviləsinə əsasən 414 (dörd yüz on dörd ) manat əsas borc, 10 (on) manat cərimə borcu, ümumilikdə 913 (doqquz yüz on üç ) manat və dövlət rüsumuna görə 30.67 (otuz manat, altmış yeddi qəpik) manat pul alınıb iddiaçı “İRŞAD ELECTRONİCS» MMC-nin hesabına keçirilsin. Qətnamədən 1 (bir) ay müddətində İmişli rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.
Məhkəmə qərarları › İş №e-2(036)-1484/2022
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(036)-1484/2022
10.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver