Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № e-2(036)-1512/2025 24.06.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Mahmud Orxan Əlövsət sədrliyi, Məhkəmə iclas katibi X5 qızının katibliyi, İddiaçı X2-Bank Kredit Təşkilatının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı X2-Bank Kredit Təşkilatının (bundan sonra - İddiaçı MM QBKT) cavabdehlər Cavabdeh1 Əlizamin oğlu və Cavabdeh2 Əlizamin oğluna qarşı “borc” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Təsviri hissə: İddiaçı MM QBKT-nin cavabdehlər Cavabdeh1 Əlizamin oğlu və Cavabdeh2 Əlizamin oğluna qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 Əlizamin oğlu və Cavabdeh2 Əlizamin oğlundan İddiaçı MMM QBKT-nin xeyrinə 589.17 manat əsas, 10.60 manat faiz, 0.00 manat cərimə borcu olmaqla, cəmi 599.77 manat məbləğində vəsaitin və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianın dəlilləri: İddiaçı MMM QBKT ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, **********0192 saylı, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında Giziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqında” Fərmanın 6-cı maddəsinə uyğun olaraq Güzəştli Kredit (Restrukturizasiya) Müqaviləsinin 1.1-ci bəndinə əsasən, Kredit Alanın vaxtı keçmiş əsas kredit borcunun bu müqavilə imzalanan tarixə 631.19 AZN (altı yüz otuz bir manat, on doqquz qəpik) qalıq məbləği illik 1% faiz dərəcəsi olmaqla və 1 (bir) il güzəşt müddəti müəyyən edilməklə 5 (beş) il müddətinə vaxtı keçmiş kredit borcunun ödənilməsinə yönəldilmişdir. Həmin kredit müqaviləsinə Əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun bir il güzəşt müddətində hər ay 0.54 AZN, dörd il müddətində isə hər ay 13.42 AZN olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Həmçinin, kredit müqaviləsinə əsasən yaranmış öhdəliklərin icrasına təminat olaraq eyni tarixli, **********0192 - 621539 saylı Zaminlik müqaviləsi ilə Cavabdeh1 zamin qismində sözü gedən kredit müqavilələrinin tərəfi olmuşdur. Zaminlik müqaviləsinin 1.1-ci maddəsinə əsasən, Zamin, Kredit Alan tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl edilmədiyi hallarda əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri Kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürür Kredit müqaviləsinin 1.8-ci bəndinə əsasən, Kredit Alan Müqaviləni imzalamaqla Kredit verənə vaxtı keçmiş əsas kredit borcu üzrə bu Müqaviləni imzalanan tarixə bu Müqavilənin 1.1-ci bəndində göstərilən məbləğdə borcunun olduğunu mübahisəsiz qaydada qəbul etdiyini və hazırki Müqavilə ilə ona ayrılan kredit məbləğinin birbaşa həmin borcun bağlanmasına yönəldilməsinə razılığını təsdiq edir. Kredit müqaviləsinin 1.9-cu bəndinə əsasən, Kredit Verən bu müqaviləni imzalamaqla Kredit Alanın vaxtı keçmiş əsas kredit borcu üzrə bu Müqavilə imzalanan tarixə faiz və cərimə üzrə borclarını əvəzsiz olaraq sildiyini və Borc Alanın bu Müqavilənin 1.1-ci bəndində göstərilən məbləğdə əsas kredit borcunun olduğunu təsdiq edir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəBindən nəzərdə tutulmuşdur. Lakin, cavabdeh, Ağayev Yavər Əlizaman oğlu üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Beləliklə, xx.xx.2025 ci il tarixinə olan Maliyyə arayışına əsasən Ağayev Yavər Əlizaman oğlunun kredit müqaviləsi üzrə borcun məbləği əsas borc üzrə 589.17 AZN, faiz borcu üzrə 10.60 AZN, cərimə borcuna görə 0.00 AZN olmaqla cəmi 599.77 (beş yez doxsan doqquz manat, yetmiş yeddi qəpik) AZN təşkil edir. Məhkəmə iclasında iştirak edən İddiaçı X2-Bank Kredit Təşkilatının nümayəndəsi X3 iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdehlər Cavabdeh1 Əlizamin oğlu və Cavabdeh2 Əlizamin oğlu məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə oların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, belə hesab edir ki, iddia əsaslı olduğuna görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı MMM QBKT ilə Cavabdeh2 Əlizamin oğlu arasında bağlanmış xx.xx.2019-cu il tarixli **********0192 saylı kredit (restrukturizasiya) müqaviləsinə əsasən ona 60 ay müddətinə illik 1.00 faiz dərəcəsi ilə 631.19 manat məbləğində kredit vermişdir. İşə əlavə edilmiş İddiaçı MMM QBKT tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, İddiaçı MMM QBKT-nin müştərisi olan Cavabdeh2 Əlizamin oğlunun xx.xx.2019-cu il tarixli **********0192 saylı kredit (restrukturizasiya) müqaviləsi üzrə İddiaçı MMM QBKT-yə 589.17 manat əsas, 10.60 manat faiz və 0.00 manat cərimə borcu olmaqla, cəmi 599.77 manat borcu yaranmışdır. İş materiallarında olan İddiaçı MM QBKT ilə Cavabdeh1 Əlizamin oğlu arasında bağlanmış xx.xx.2019-cu il tarixli **********0192-621539 nömrəli zaminlik müqaviləsindən görünür ki, zamin xx.xx.2019-cu il tarixli **********0192 saylı Kredit Müqaviləsi üzrə Borcalanla birgə kreditor qarşısında kredit (restrukturizasiya) müqaviləsinə dair borcalanın daşıdığı öhdəliklər üzrə məsuliyyət daşıyır. İş materiallarında Azərbaycan Respublikası Vətəndaşının AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh2 Əlizamin oğlu xx.xx.1976-cı il tarixdə anadan olmuşdur. İş materiallarında Azərbaycan Respublikası Vətəndaşının AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh1 Əlizamin oğlu xx.xx.1973-cü il tarixdə anadan olmuşdur. Əsaslandırıcı hissə: İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İddiaçı MMM QBKT ilə Cavabdeh1 Əlizamin oğlu və Cavabdeh2 Əlizamin oğlu arasında bağlanmış xx.xx.2019-cu il tarixli **********0192 saylı kredit (restrukturizasiya) müqaviləsinə əsasən ona 60 ay müddətinə illik 1.00 faiz dərəcəsi ilə 631.19 manat məbləğində kredit verilmişdir. Kredit (restrukturizasiya) müqaviləsinə əsasən cavabdehlər müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışlar. Nəticədə cavabdehlərin xx.xx.2019-cu il tarixli **********0192 saylı kredit (restrukturizasiya) müqaviləsi üzrə İddiaçı MMM QBKT-yə 589.17 manat əsas, 10.60 manat faiz və 0.00 manat cərimə borcu olmaqla, cəmi 599.77 manat məbləğində borcu yaranmışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit (restrukturizasiya) müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. (MM-739.2.) Məhkəmə hesab edir ki, cavabdehlər müqavilə əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilələr əsasında kredit məbləğini və həmin müqavilələr ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdehlər müqavilə əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş olsa da, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı əsas borcun, ona hesablanmış faizlərin ödənilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, cavabdehlər Cavabdeh1 Əlizamin oğlu və Cavabdeh2 Əlizamin oğlundan İddiaçı MMM QBKT-nin xeyrinə xx.xx.2019-cu il tarixli **********0192 saylı kredit (restrukturizasiya) müqaviləsinə əsasən 589.17 manat əsas, 10.60 manat faiz, 0.00 manat cərimə borcu olmaqla, cəmi 599.77 manat məbləğində borc və 30 manat ödənilmiş dövlət rüsumu tutulmalıdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 Əlizamin oğlu və Cavabdeh2 Əlizamin oğlundan İddiaçı MMM QBKT-nin xeyrinə xx.xx.2019-cu il tarixli **********0192 saylı kredit (restrukturizasiya) müqaviləsinə əsasən 589.17 manat əsas, 10.60 manat faiz, 0.00 manat cərimə borcu olmaqla, cəmi 599.77 manat məbləğində borc və 30 (otuz yeddi manat yetmiş üç qəpik) manat ödənilmiş dövlət rüsumu tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə (elektron məhkəmə sistemi vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Orxan Mahmud
Məhkəmə qərarları › İş №e-2(036)-1512/2025
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(036)-1512/2025
24.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver