Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № e-2(036)-1541/2023 24.07.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi və Əsədli Xuraman Emin qızının katibliyi, İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbi barədə iddiasına dair mülki işə baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edib İddiaçı ASC-nin xeyrinə Cavabdeh 7373.60 manat əsas borc, 268.18 manat faiz borcu, 398.18 manat cərimə, cəmi 8039.96 manat və dövlət rüsumu kimi dövlət büdcəsinə ödənilmiş 100.40 manat tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşdə olan kreditor İddiaçı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli NRNPU-08233/2 saylı Kredit müqaviləsinə əsasən müqavilə tərəfləri borcalana illik 14 faizlə 36 ay müddətinə 10000 (on min) manat məbləğində kredit verməsi barədə razılığa gəlmişlər. İşdə olan Ödəniş Cədvəlinə əsasən Cavabdeh İddiaçı ASC-dən aldığı 10000 (on min) manat kredit məbləğini cəmi 2304.00 manat faizlə birlikdə ayda 341.80 manat ödəməklə xx.xx.2022-ci il tarixdən xx.xx.2025-ci il tarixədək tam şəkildə ödəyib qutarmağı öhdəsinə götürmüşdür. İşdən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli NRNPU-08233/2 saylı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, nəticədə sözü gedən kredit müqaviləsi üzrə ödənilməmiş qaydada 7373.60 manat əsas borc, 268.18 manat faiz borc, 398.18 manat cərimə hesablanmışdır. AR Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə, və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.3-cü maddəsinə əsasən müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu mümkün zərərdən çox ola bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. AR Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də məhkəmə belə hesab edir ki, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 7373.60 manat əsas borc, 268.18 manat faiz borcu, ödənilmiş dövlət rüsumuna görə 100.40 manat tutulmalı, cərimə (dəbbə) pulunun miqdarı isə əsas borcun məbləğinə mütənasib olaraq azaldılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: İddia tələbi qismən təmin olunsun. Cavabdeh 7373.60 (yeddi min üç yüz yetmiş üç manat altmış qəpik) manat əsas borc, 268.18 (iki yüz altmış səkkiz manat on səkkiz qəpik) manat faiz borcu, 30.00 (otuz) manat cərimə və ödənilmiş dövlət rüsumuna görə 100.40 (bir yüz manat, qırx qəpik) manat tutulub İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim:Ülvi Qənbərov.
Məhkəmə qərarları › İş №e-2(036)-1541/2023
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(036)-1541/2023
24.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver