Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № e-2(036)-1599/2025 23.05.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İddiaçı «X2 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyətinin cavabdеh Cavabdeh qarşı “borcun tutulması” barədə kiçik iddiaya dair mülki mübahisə (açar sözlər: kredit borcu) Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi ilə, İddiaçı «X2 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyətinin cavabdеh Cavabdeh qarşı cavabdehdən iddiaçının xeyrinə 284,81 manat əsas məbləğ üzrə borc, hesablanmış və ödənilməmiş 25,76 manat faiz borcu, 13,65 manat cərimə borcu, cəmi 324,22 manat məbləğində kredit borcu və dövlət büdcəsinə köçürülmüş 30 manat məbləğində dövlət rüsumunun tutulması tələbi barədə kiçik iddia üzrə sadələşdirilmiş qaydada verdiyi ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Mülki mübahisənin mahiyyəti
1. İddiaçı cavabdehə qarşı cavabdehdən iddiaçının xeyrinə 284,81 manat əsas məbləğ üzrə borc, hesablanmış və ödənilməmiş 25,76 manat faiz borcu, 13,65 manat cərimə borcu, cəmi 324,22 manat məbləğində kredit borcu və dövlət büdcəsinə köçürülmüş 30 manat məbləğində dövlət rüsumunun tutulması tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə «X2 Azərbaycan» QSC və Cavabdeh arasında fiziki şəxs müştərilər üçün müxtəlif bank xidmətlərini əhatə edən qarışıq müqaviləyə (fiziki şəxs müştərilər üçün müxtəlif bank xidmətlərinin göstərilməsi üzrə ümumi şərtlərə) dair Əlavə Razılaşma (Saziş) (Kredit kart üzrə) bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə görə, Bank tərəfindən borcalan Cavabdeh istehlak yönümlü 400 manat məbləğində, 59 (əlli doqquz) ay müddətinə kredit kart limiti (kredit xətti) açılmışdır. Bu razlaşmanı imzalamaqla Müştəri və Zamin bəyan və təqdiq etmişlər ki, “X2 Azərbaycan” QSC-nin https://www.yapikredi.com.az/az/senedler internet səhifəsində (keçidində) yerləşdirilmiş (mövcud olan) kredit kart-da daxil olmaqla Fiziki şəxs müştərilər üçün müxtəlif bank xidmətlərini (və/və ya məhsullarını) əhatə edən qarışıq müqaviləni (fiziki şəxs müştərilər üçün müxtəlif bank xidmətlərinin göstərilməsi üzrə ümumi şərtləri) (bundan sonra müqavilə və/və ya Ümumi şərtlər) diqqətlə oxudu(lar) və bütün müddəalarını başa düşdü(lər), qəbul və təsdiq edir(lər) ki müqavilənin və ya ümumi şərtlərin bütün şərtlərinin tələb və müddəalarının, həmçinin onların gələcəkdə Bank ilə yaranan müvafiq münasibətlərinə tətbiq və şamil edilməsinə də qeyd-şərtsiz razıdır(lar). «X2 Azərbaycan» QSC müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini tam icra etsə də, bоrcalan Cavabdeh kredit müqaviləsinin şərtlərini pоzaraq kreditin əsas məbləğini və оna hesablanmış faizlərin ödənilməsini kredit ayrılan vaхtdan mütəmadi оlaraq gecikdirmişdir. Borcalana dəfələrlə bu barədə şifahi və yazılı хəbərdarlıq edilməsinə baхmayaraq, öhdəliyi icra etməmiş və bu günədək bоrcu ödəməmişdir. Cavabdehin kredit müqaviləsinə əsasən «X2 Azərbaycan» QSC-yə оlan bоrcu, əsas məbləğ üzrə borc: 284,81 AZN, hesablanmış və ödənilməmiş faiz borcu: 25,76 AZN, cərimə borcu: 13,65 AZN, cəmi borc: 324,22 AZN manat təşkil edir. İş materiallarından göründüyü kimi 2023, 2024-cü illərdə kart limiti aktiv istifadə edilmişdir.
II. Tərəflərin mövqeləri:
3. Cavabdeh məhkəməyə iddia ərizəsinə etiraz təqdim etməmişdir.
III. Məhkəmə baxışının hədləri:
4. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. - 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir.
IV. Tətbiq edilən hüquq:
5. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 739.1-ci maddəsinə əsasən Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
6. İşin müəyyən və mübahisələndirilməyən halları ondan ibarətdir ki, tərəflər arasında xx.xx.2024-cü il tarixdə fiziki şəxs müştərilər üçün müxtəlif bank xidmətlərini əhatə edən qarışıq müqaviləyə (fiziki şəxs müştərilər üçün müxtəlif bank xidmətlərinin göstərilməsi üzrə ümumi şərtlərə) dair Əlavə Razılaşma (Saziş) (Kredit kart üzrə) bağlanmışdır. Həmin razılaşmaya əsasən “Bank” 59 ay müddətinə, 400 manat məbləğində “kart/əlavə kart sahibin”ə istehlak yönümlü kredit limiti açmışdır. xx.xx.2024-cü il tarixli Əlavə 1 şəxsi hesab sahibinin (müştərinin) imza nümunəsi vərəqəsinə əsasən kredit üzrə tətbiq edilən faizlərin illik dərəcəsi 25-26% müəyyən edilmişdir. Həmin müqavilə üzrə cavabdehin iddiaçıya 284,81 manat əsas, 25,76 manat faiz borcu vardır.
7. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
8. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri mövcuddur.
9. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 31 may 2018-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 739-cu maddəsinin mənasına görə, kreditor pulu kredit alana təqdim etməyi öhdəsinə götürür. Bu isə kredit müqavilələrinin, bir qayda olaraq, konsensual müqavilə olmasını göstərir.
10. X1 Məhkəməsi izah etmişdir ki, real müqavilələr üzrə hüquq və öhdəliklər müqavilə predmeti olan əmlakın (əşyanın) verilməsindən sonra əmələ gəlir. Məsələn, bağışlama müqaviləsi hədiyyə almış şəxsin hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Konsensual müqavilələr üzrə hüquq və öhdəliklər isə bu müqavilənin bağlandığı (imzalandığı) andan əmələ gəlir. Mülki qanunvericilikdə konsensual müqavilənin əsas əlamətlərindən biri “əmlakı təqdim etməyi öhdəsinə götürür”, “işləri görməyi öhdəsinə götürür” və s. bu kimi ifadələr ilə müəyyən olunur.
11. Beləliklə, Konstitusiya Məhkəməsinin Qərarından aydın olur ki, Mülki Məcəllənin 739-cu maddəsində nəzərdə tutulan borc müqaviləsi konsensual müqavilədir, həmin müqavilə tərtib olunub imzalandıqdan sonra bağlanmış hesab olunur və tərəflərin həmin müqavilədən irəli gələn öhdəlikləri, yəni borc verənin pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu borc alana keçirməyi öhdəliyi, borc alanın isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəliyi əmələ gəlir.
12. Məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış müqavilədən irəli gəlir. İş materiallarına əlavə olunmuş müqavilənin, maliyyə arayışının müqayisəli təhlilindən görünür ki, cavabdeh üzərinə düşən öhdəliyi tam icra etməmişdir. Belə olan halda isə bu, iddiaçıya kredit müqaviləsi və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.
13. Belə ki, hazırkı işin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2024-cü il tarixdə imzalanmış fiziki şəxs müştərilər üçün müxtəlif bank xidmətlərini əhatə edən qarışıq müqaviləyə (fiziki şəxs müştərilər üçün müxtəlif bank xidmətlərinin göstərilməsi üzrə ümumi şərtlərə) dair Əlavə Razılaşmaya (Saziş) (Kredit kart üzrə) əsasən iddiaçı tərəfindən cavabdehə 400 manat məbləğində kredit limiti açılmışdır. Müqavilələr üzrə borclu üzərinə düşən öhdəliyi tam icra etməmiş, nəticədə borcu yaranmışdır.
14. Məhkəmə hesab edir ki, iddia əsas və faiz borcun ödənilməsi hissəsində təmin edilməlidir.
15. Məhkəmə həmçinin hesab edir ki, cərimə pulunun tələb edilməsi hissəsində də, iddia əsaslıdır.
16. İlk növbədə qeyd edilməlidir ki, cərimə borcunun tələb edilməsi imkanı tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli Əlavə 1 Şəxsi hesab sahibinin (müştərinin) imza nümunəsi vərəqəsinə əsasən vaxtında ödənilməyən ödənişlər üçün 30% həddində gecikdirilmə faizi tutulacaqdır.
17. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır.
18. Məhkəmə hesab edir ki, iddia cərimə borcunun tələb edilməsi hissəsində əsaslı olduğundan 13,65 manat cərimə borcu cavabdehdən tutulmalıdır.
19. Yuxarıda qeyd olunan normaların tələblərini rəhbər tutaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, 284,81 manat borc, hesablanmış və ödənilməmiş 25,76 manat faiz borcu, 13,65 manat cərimə borcu, cəmi 324,22 manat məbləğində kredit borcu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
20. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
VI. Nəticə:
21. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdеh Cavabdeh 284,81 manat əsas borc, 25,76 manat faiz borcu, 13,65 manat cərimə borcu, cəmi 324,22 manat məbləğində kredit borcu və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq iddiaçı «X2 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir
Hakim: Zaur Pirverdiyev.