Azərbaycan Respublikası adından QƏRARDAD İmişli rayonu İş № e-2(036)-1838/2023 17.08.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Quliyev Telman Osman oğlunun sədrliyi, Şiralıyeva Günel Mirzə qızının katibliyi Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" (Azərbaycan) ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki işə İmişli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Bank VTB” (Azərbaycan) ASC) iddia ərizəsi ilə İmişli Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh banka ödənilməmiş xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən 4800,11 manat əsas borc, 642,48 manat faiz borcu, 304 manat məbləğində cərimə olmaqla, cəmi 5746,59 manat borcun və məhkəməyə müraciət etmək üçün ödənilmiş 77,47 manat dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki iş icraata qəbul edilmiş və məhkəmə hazırlıq iclası 17 avqust 2023-cü il tarixə təyin edilmişdir. İddiaçı "xxxx" (Azərbaycan) ASC-nin nümayəndəsi Nümayəndə ərizə ilə İmişli Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh qarşı kredit müqaviləsinə əsasən yaranmış borcun tutulması tələbinə dair iddia ərizəsinin baxılmamış saxlanılmasını, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması, məhkəməyə müracıət etmək üçün ödənilmiş 77,47 manat məbləğində dövlət rüsumunun "xxxx" (Azərbaycan) ASC-yə qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Cavabdeh həmin vəsatətə etiraz etmədi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Məhkəmə hesab edir ki, ərizə qanuni və əsaslı olduğu üçün təmin edilərək iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarılmalıdır. Mülki-Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. İş materialları ilə müəyyən olur ki, iddia tələbi üzrə xx.xx.2023-cü il tarixli, ********** nömrəli qəbz əsasında Azərbaycan Respublikası Mərkəzi Bankı- Hökümət ödəniş portalı vasitəsilə İmişli Rayon Məhkəməsinin ünvanına ödənilmiş 77,47 (yetmiş yeddi manat, qırx yeddi qəpik) manat dövlət rüsumu ödənilmişdir. Qanunvericiliyin tələbinə görə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarıldığı üçün həmin rüsum iddiaçıya qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı “"xxxx" (Azərbaycan) ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi baxılmamış saxlansın və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddia tələbi üzrə xx.xx.2023-cü il tarixli, ********** nömrəli qəbz əsasında Azərbaycan Respublikası Mərkəzi Bankı- Hökümət ödəniş portalı vasitəsilə İmişli Rayon Məhkəməsinin ünvanına ödənilmiş 77,47 (yetmiş yeddi manat, qırx yeddi qəpik) manat dövlət rüsumu Dövlət büdcəsindən iddiaçı Bank VTB” (Azərbaycan) ASC-yə qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində İmişli Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Telman Quliyev
Məhkəmə qərarları › İş №e-2(036)-1838/2023
İmişli Rayon Məhkəməsi Qərardad — İş №e-2(036)-1838/2023
17.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver