Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № e-2(036)-1860/2022 23.06.2022 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlu, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “alqısatqı müqaviləsi üzrə borc tələbi barədə” kiçik iddiasına dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 20 iyul 2021-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 598 manat əsas borc, 89,7 manat cərimə borcu, 04 fevral 2021-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 152,8 manat əsas borc, 22,9 manat cərimə borcu, 15 iyun 2021ci il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 1004 manat əsas borc, 150 manat cərimə borcu, 26 may 2021-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 891,1 manat əsas borc, 133,6 manat cərimə borcu və 15 may 2021-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 322,1 manat əsas borc, 48,3 manat cərimə borcu olmaqla, ümumilikdə 3413,1 manat məbləğində borcun və 54,13 manat məbləğində dövlət rüsumunun tutulub "xxxx" MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin araşdırılan hallarından müəyyən olunur ki, Cavabdeh iddiaçı "xxxx" MMC ilə aralarında bağlanmış 20 iyul 2021-ci il tarixli, ********* saylı, 04 fevral 2021-ci il tarixli, ********* saylı, 15 iyun 2021-ci il tarixli, ********* saylı, 26 may 2021-ci il tarixli, ********* saylı və 15 may 2021-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqavilələri üzrə öhdəliklərini lazımi qaydada icra etməmiş, hazırda onun iddiaçının qarşısında ümumilikdə 3413,1 manat məbləğində icra edilməmiş borc öhdəlikləri vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 567-ci maddəsinə görə alqısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 222, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 20 iyul 2021-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 598 manat əsas borc, 89,7 manat cərimə borcu, 04 fevral 2021-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 152,8 manat əsas borc, 22,9 manat cərimə borcu, 15 iyun 2021-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 1004 manat əsas borc, 150 manat cərimə borcu, 26 may 2021-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 891,1 manat əsas borc, 133,6 manat cərimə borcu və 15 may 2021-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 322,1 manat əsas borc, 48,3 manat cərimə borcu olmaqla, cəmi 3413,1 (üç min dörd yüz on üç manat, on qəpik) manat məbləğində borc və 54,13 (əlli dörd manat, on üç qəpik) manat məbləğində dövlət rüsumu tutulub "xxxx" MMC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Qurban Hacıyev
Məhkəmə qərarları › İş №e-2(036)-1860/2022
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(036)-1860/2022
23.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver