Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № e-2(036)-1867/2022 24.08.2022 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi və Məmmədli Nadir Cabir oğlunun katibliyi ilə, İddiaçı ASC-nin cavabdehlər, Cavabdeh2 və qeyrisinə qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ASC cavabdehlər, Cavabdeh2 və qeyrisinə qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edib cavabdehlər, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə xx.xx.2019-cu il tarixli BRED0928055A188 saylı kredit kart müqaviləsinin əsasən 1997.00 manat əsas borc, 434.12 manat faiz borcu, xx.xx.2019-cu il tarixli GTKR0928050A188 saylı kredit müqaviləsinin əsasən 3089.03 manat əsas borc, 635.38 manat faiz borcu və dövlət rüsumu kimi dövlət büdcəsinə ödənilmiş 81.55 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşdə olan kreditor İddiaçı ASC ilə borcalan Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli BRED0928055A188 saylı kredit kartına dair müqaviləsinin surətinə əsasən müqavilə tərəfləri borcalana illik 25.0 faizlə 48 ay müddətinə 2000.00 manat məbləğində kredit verməsi barədə razılığa gəlmişlər. İşdə olan kreditor İddiaçı ASC ilə borcalan Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli GTKR0928050A188 saylı kredit müqaviləsinin surətinə əsasən müqavilə tərəfləri borcalana illik 27.84 faizlə 48 ay müddətinə 4750.00 manat məbləğində kredit verilməsi barədə razılığa gəlmişlər. İşdə olan xx.xx.2019-cu il tarixli Kassa məxaric orderinin surətinə əsasən həmin gün İddiaçı ASC-nin Cəbrayıl filialından Cavabdeh2 və qeyrisinə 4750.00 manat pul nağd olaraq verilmişdir. İşdə olan xx.xx.2019-cu il tarixli Z-BRED0928055A188 nömrəli Zaminlik müqaviləsinə əsasən Cavabdeh1 Cavabdeh2 ilə İddiaçı ASC-nin arasında bağlanmış xx.xx.2019-cu il tarixli BRED0928055A188 saylı kredit müqaviləsi üzrə Borcalanın öhdəliklərinin icra edilməsi üçün öz üzərilərinə borcalanla eyni ölçüdə öhdəlik götürmüşdür. İşdə olan ödəniş cədvəlinə əsasən Cavabdeh2 İddiaçı ASC-dən aldığı 4750.00 manat kredit məbləğini cəmi 3181.31 manat faizlə birlikdə ayda 165.11 manat ödəməklə xx.xx.2019-cu il tarixdən xx.xx.2023-cü il tarixədək tam şəkildə ödəyib qutarmağı öhdəsinə götürmüşdür. İşdən görünür ki, Cavabdeh2 xx.xx.2019-cu il tarixli BRED0928055A188 saylı kredit kartı müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş və həmin müqavilə üzrə 1997.00 manat əsas borc, 434.12 manat faiz borcu hesablanmışdır; Cavabdeh2 xx.xx.2019-cu il tarixli GTKR0928050A188 saylı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş və həmin müqavilə üzrə 3089.03 manat əsas borc, 635.38 manat faiz borcu hesablanmışdır. AR Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə, və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə tədqiq olunmuş sübutlara yuxarıda qeyd olunan hüquq normalarına əsasən qiymət verərək hesab edir ki, cavabdehlər, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə xx.xx.2019-cu il tarixli BRED0928055A188 saylı kredit kartı müqaviləsinə əsasən 1997.00 manat əsas borc, 434.12 manat faiz borcu, xx.xx.2019-cu il tarixli GTKR0928050A188 saylı kredit xətti müqaviləsinə əsasən 3089.03 manat əsas borc, 635.38 manat faiz borcu və ödənilmiş dövlət rüsumuna görə 81.55 manat tutulmalıdır . Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: İddia tələbi təmin olunsun. Cavabdehlər, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada xx.xx.2019-cu il tarixli BRED0928055A188 saylı kredit kart müqaviləsinə əsasən 1997.00 (min doqquz yüz doxsan yeddi) manat əsas borc, 434.12 (dörd yüz otuz dörd manat on iki qəpik) manat faiz borcu; xx.xx.2019-cu il tarixli GTKR0928050A188 saylı kredit müqaviləsinə əsasən 3089.03 (üç min səksən doqquz manat üç qəpik) manat əsas borc, 635.38 (altı yüz otuz beş manat otuz səkkiz qəpik) manat faiz borcu və ödənilmiş dövlət rüsumuna görə 81.55 (səksən bir manat əlli beş qəpik) manat tutulub İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.
Məhkəmə qərarları › İş №e-2(036)-1867/2022
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(036)-1867/2022
24.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver