Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № e-2(036)-1874/2024 24.10.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Orxan Mahmud Əlövsət oğlunun sədrliyi, Şiralıyeva Günel Mirzə qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra- İddiaçı ASC) cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı “borcun tutulması və ipoteka predmetinə tutmanın yönəldilməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin faktiki halları:
1. İddiaçı ASC ilə Cavabdeh4 arasında xx.xx.2021-ci il tarixdə 38171***-*******01L saylı Əsas kredit Limiti müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdehə 120 ay müddətinə, illik faiz dərəcəsi 30%-də artıq olmamaq şərtilə 100.000 manat məbləğində kredit limiti ayrılmışdır.
2. İddiaçı ASC ilə borcalan Cavabdeh4 arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit razılaşmasının surətinə əsasən müqavilə tərəfləri borcalana aylıq 20 faizlə 24 ay müddətinə 12000,0 (on iki min) manat məbləğində kredit verməsi barədə razılığa gəlmişlər.
3. İddiaçı ASC ilə borcalan Cavabdeh4 arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit razılaşmasının surətinə əsasən müqavilə tərəfləri borcalana aylıq 20 faizlə 24 ay müddətinə 21000,0 (iyirmi bir min) manat məbləğində kredit verməsi barədə razılığa gəlmişlər.
4. İddiaçı ASC ilə Cavabdeh2 arasında xx.xx.2022-ci il tarixli 38FİZAM132223302 saylı zaminlik müqaviləsi bağlanmış, o, Cavabdeh4 ilə bağlanmış kredit müqaviləsi üzrə zamin olmuşdur.
5. İddiaçı ASC ilə Cavabdeh3 arasında xx.xx.2022-ci il tarixli 38FİZAM137347801 saylı zaminlik müqaviləsi bağlanmış, o, Cavabdeh4 ilə bağlanmış kredit müqaviləsi üzrə zamin olmuşdur.
6. İddiaçı ASC ilə Cavabdeh1 arasında xx.xx.2022-ci il tarixli 38FİZAM132224302 saylı zaminlik müqaviləsi bağlanmış, o, Cavabdeh4 ilə bağlanmış kredit müqaviləsi üzrə zamin olmuşdur.
7. Eyni zamanda, İddiaçı ASC ilə Cavabdeh4 arasında xx.xx.2021-ci il tarixli 21038- /1322190 İ saylı ipoteka müqaviləsi bağlanmış, müqaviləyə əsasən İmişli rayon Yalavac kəndində yerləşən xüsusi mülkiyyətdə olan 0.20 ha sahədən ibarət torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləçən ümumi sahəsi 80.1 kv.m, yaşayış sahəsi 45.1 kv.m, yardımçı sahəsi 35.0 kv.m-dən ibarət 1 mərtəbəli, 2 otaqlı fərdi yaşayış evi kredit verən «İddiaçı ASC ilə borcalan Cavabdeh4 arasında bağlanmış kredit müqaviləsi çərçivəsində bağlanmışxx.xx.2021-ci il tarixdə 38171***-*******01L saylı Əsas kredit limiti razılaşması üzrə verilmiş kredit məbləğinin, hesablanmış faiz və cərimələrin qaytarılmasının təmin еdilməsi üçün ipoteka ilə yüklü edilmişdir. İddia ərizəsinin və ona etirazın dəlilləri:
İddia ərizəsinin dəlilləri
8. İddiaçı xx.xx.2022-ci il tarixli kredit razılaşması üzrə 5071.54 manat əsas, 426.92 manat faiz, 659.58 manat cərimə borcu olmaqla 6158.04 manat məbləğində borcun, xx.xx.2022-ci il tarixli kredit razılaşması üzrə 16475.14 əsas, 2282.12 manat faiz, 800.60 manat cərimə olmaqla, cəmi 19557.86 manat məbləğində borcun və iş üzrə ödənilmiş 167.15 manat dövlət rüsumunun müştərək qaydada cavabdehlərdən İddiaçı ASC-nin xeyrinə tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş İmişli rayon Yalavac kəndi ünvanında olan 0.20 ha sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 80.1 kv.m fərdi yaşayış evinə yönəlməsi, həmin mənzilin açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəldilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
9. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, İddiaçı ASC tərəfindən Cavabdeh4 xx.xx.2021ci il tarixli 38171***-*******01L saylı Əsas kredit limit müqaviləsinə əsasən 120 ay müddətinə illik 30% -dan artıq olmamaq şərtilə 100 000 AZN məbləğində kredit limiti ayrılmışdır. xx.xx.2021-ci il tarixli 38171***-*******01L saylı Əsas kredit limiti razılaşmasının ayrılmaz tərkb hissəsi olan xx.xx.2022-ci il tarixli razılaşmaya əsasən illik 20 % haqq ödəmək şərtilə xx.xx.2024-cü il tarixinədək 12000 manat məbləğində və xx.xx.2022-ci il tarixli razılaşmaya əsasən isə illik 20 % haqq ödəmək şərtilə xx.xx.2024-cü il tarixinədək 21000 manat məbləğlərində kredit verilmişdir. Əsas kredit limit müqaviləsinin təminatı kimi X2, Cavabdeh3, Cavabdeh1 və X4 ilə 38FİZAM132223302 saylı, 38FİZAM137347801 saylı, 38FİZAM********** saylı və 38FİZAM132219002 saylı xx.xx.2022-ci il tarixli zaminlik müqavilələri imzalanaraq Əsas kredit limit müqaviləsi üzrə öhdəlikləri öz üzərilərinə götürmüşlər. Əsas kredit limit müqaviləsi üzrə öhdəliklərin icrasının təmini kimi xx.xx.2021-ci il tarixli 21038-/1322190İ saylı sonrakı ipoteka müqaviləsi bağlanmış və X3, Cavabdeh1 , X1 məxsus olan İmişli rayonu, Yalavac kəndi ünvanında olan 0.20 ha torpaq sahəsi və onun üzərində yerləşən, ümumisahəsi 80.1 kv.m olan fərdi yaşayış evi İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir (reyestr №:**********92-10301, qeydiyyat №:**********, qeydiyyat tarixi : xx.xx.2021). İpoteka qoyan - X4 vəfat etdiyindən iddiaçı tərəfindən əmlakın kim və ya kimlər tərəfindən faktiki istifadə edilməsi ilə bağlı İmişli rayon İcra Hakimiyyətinə müraciət ünvanlanmış və sonuncunun xx.xx.2024-cü il tarixli cavab məktubuna əsasən fərdi yaşayış evi Cavabdeh1 tərəfindən faktiki olaraq istifadə edildiyi qeyd edilmişdir. Əsas kredit limit müqaviləsi üzrə öhdlklərini bank qarşısında tam icra etməyən Cavabdeh4 xx.xx.2024-cü il tarixə iddiaçıya xx.xx.2022-ci il tarixli razılaşma üzrə 5071.54 AZN əsas borc, 426.92 AZN faiz borcu, 659.58 AZN cərimə borcu olmaqla, cəmi 6158.04 AZN və xx.xx.2024-cü il tarixə iddiaçıya xx.xx.2022-ci il tarixli razılaşma üzrə 16475.14 AZN əsas borc ,2282.12 AZN faiz borcu, 800.60 AZN cərimə borcu olmaqla,cəmi 19557.86 AZN məbləğlərində borcu qalmaqdadır. Cavabdehlərə dəfələrlə bildirişlə müraciət etmələrinə baxmayaraq, kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbir görülməmş, kredit və ipoteka müqavilələrindən irəli gələn öhdəliklər lazımi qaydada icra edilməmişdir.
Tərəflərin mövqeləri:
10. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq işə onların iştirakı olmadan baxılmasını və qətnamə qəbul edilməsi xahiş etmişdir
11. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzürlü olması barədə məhkəməyə məlumat vermədiklərindən məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, digər cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Mülki işə tətbiq edilən hüquq:
12. Maddə 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.
13. Maddə 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir.
14. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
15. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 16 Maddə 445.7 Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. 17 Maddə 460.1. Öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. 18 Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 19 Maddə 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 20 Maddə 739.1. borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 21 Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
“İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu 19.xx.xx.2018-ci il tarixədək qüvvədə olan 33-cü maddə. Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər.
22. xx.xx.2018-ci il tarixədək qüvvədə olan 34.1-ci maddə. İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması; 34.1.2. əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtin yerinə yetirilməməsi.
23. xx.xx.2018-ci il tarixədək qüvvədə olan 39.3.3-cü maddə. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.
24. Maddə 59.1. Yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda, ona tutma yönəldildikdə və o satıldıqda bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir.
25. Maddə 59.3. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar.
26. xx.xx.2018-ci il tarixədək qüvvədə olan 59.4-cü maddə. Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
27. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
28. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
20. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
21. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
22. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
23. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
İşə baxan məhkəmənin mövqeyi:
24. Məhkəmə iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməldir.
25. İşin mübahisəsiz halları ilə müəyyən edilir ki, iddiaçı ilə Cavabdeh4 arasında xx.xx.2021-ci il tarixdə 38171***-*******01L saylı Əsas kredit Limiti müqaviləsi bağlanmışdır.
26. Borc müqaviləsinə verilən anlayışdan görünür ki, həmin müqavilə, tərəflərin bu barədə razılığa gəldikləri (yazılı bağlandıqda tərəflərin onu imzaladığı) andan bağlanmış sayılır. Müqavilə üzrə borc verənin öhdəliyi razılaşdırılmış borc predmetinin (kredit müqaviləsi üzrə pul vəsaitinin) borc alanın mülkiyyətinə verməkdən ibarətdir və onun bu öhdəliyi müqavilə bağlandığı andan yaranır. Borc alanın aldığını eyni ilə qaytarmaq öhədliyi isə borc prdmetini (kredit müqaviləsi üzrə pul vəsaitini) aldıqdan sonra yaranmış olur.
27. İşin mübahisəsiz halıdır ki, iddiaçı ilə Cavabdeh4 arasında kredit (borc) müqaviləsi bağlanmış, iddiaçı müqavilədə nəzərdə tutulmuş pul vəsaitini Samir Paşayevə verməklə öhdəliyini icra etmişdir. Lakin sonuncu aldığı pul vəsaitini müqavilənin əlavəsi olan ödəniş qrafikinə uyğun ödəməmiş, bununla da öhdəliyini tam icra etməmişdir.
28. Məhkəmə qeyd edir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış kredit müqaviləsi əsasında cavabdeh iddiaçıdan müqavilədə göstərilən pul vəsaitini almaqla həmin pulu müqavilədə göstərilən müddətdə, şərtlərlə və hesablanmış faizlə birlikdə və eyni məbləğdə qaytarılması ilə bağlı üzərinə öhdəlik götürmüşdür. Cavabdeh4 göstərilən müqavilə əsasında pul vəsaitini alaraq ondan istifadə etmiş, lakin pulu qaytarmaqla bağlı vəzifəsini yerinə yetirməmişdir. Odur ki, iddiaçının cavabdehdən xx.xx.2022-ci il tarixli kredit razılaşması üzrə 5071.54 manat əsas, 426.92 manat faiz, 659.58 manat cərimə borcu olmaqla 6158.04 manat məbləğində borcun, xx.xx.2022-ci il tarixli kredit razılaşması üzrə 16475.14 əsas, 2282.12 manat faiz, 800.60 manat cərimə olmaqla, cəmi 19557.86 manat məbləğində borcun ödənilməsini tələb etməsi tam əsaslıdır.
29. Məhkəmə eyni zamanda, iddia tələbinin digər cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 aid hissədə araşdıraraq hesab edir ki, iddia həmin hissədə də təmin edilməlidir. Belə ki, cəmiyyət kredit müqaviləsi üzrə Cavabdeh4 aldığı pul məbləğinin iddiaçıya qaytarmasına dair öhdəliyinin tam icra olunmasına görə zamin olduqları üçün, borcun ödənilməməsi üçün məsuliyyət daşıyırlar.
30. Məhkəmə, tələbin ipoteka qoyulmuş Mənzilə yönəldilməsinə, əmlakın açıq hərracdan satılması, hərracdan satış hesabına əldə edilmiş vəsaitin kredit müqaviləsi üzrə borca yönəldilməsi hissəsələrini də araşdıraraq belə qənaətə gəlir ki, iddia həmin hissələrdə də əsaslıdır. Cavabdeh4 iddiaçıya olan pul öhdəliyi ipoteka ilə təmin edildiyindən və borclu iddiaçı qarşısında olan pul öhdəliyini yalnız özünün cavabdeh olduğu səbəblərdən icra etmədiyindən, iddiaçı tələbin ipoteka ilə yüklü edilmiş göstərilən daşınmaz əmlaka yönəldilməsini, əmlakın açıq hərracdan satılmasını və satışdan əldə edilmiş vəsait hesabına borcun ödənilməsini tələb etməkdə haqlıdır.
31. Məhkəmə tələbin ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi qaydasını da müəyyən edərək, belə nəticəyə gəlir ki, iddiaçının tələbinin ipoteka qoyulmuş Mənzilin ipoteka ilə yüklü edilmiş həmin Mənzilin açıq hərracdan satış yolu ilə realizə edilməlidir. Mənzilinin likvid dəyəri isə 10.000 (on min) manat müəyyən edilməlidir.
32. Məhkəmə hesab edir ki, 167.15 manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya qaytarılmalıdır.
33. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏTETDİ:
İddia təmin edilsin. xx.xx.2022-ci il tarixli kredit razılaşması üzrə 5071.54 manat əsas, 426.92 manat faiz, 659.58 manat cərimə borcu olmaqla 6158.04 (altı min yüz əlli səkkiz manat dörd qəpik) manat məbləğində borcun, xx.xx.2022-ci il tarixli kredit razılaşması üzrə 16475.14 əsas, 2282.12 manat faiz, 800.60 manat cərimə olmaqla, cəmi 19557.86 (on doqquz min beş yüz əlli yeddi manat səksən altı qəpik) manat məbləğində borcun və və 167.15 (bir yüz altmış yeddi manat on beş qəpik) manat dövlət rüsumu Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada alınaraq İddiaçı ASC-yə ödənilsin. Tələb cavabdehlərə məxsus İmişli rayon Yalavac kəndində yerləşən xüsusi mülkiyyətdə olan 0.20 ha sahədən ibarət torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 80.1 kv.m, yaşayış sahəsi 45.1 kv.m, yardımçı sahəsi 35.0 kv.m-dən ibarət 1 mərtəbəli, 2 otaqlı fərdi yaşayış evinə yönəldilsin. İmişli rayon Yalavac kəndində yerləşən xüsusi mülkiyyətdə olan 0.20 ha sahədən ibarət torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 80.1 kv.m, yaşayış sahəsi 45.1 kv.m, yardımçı sahəsi 35.0 kv.m-dən ibarət 1 mərtəbəli, 2 otaqlı fərdi yaşayış evinin likvid dəyəri 10.000 (on min) manat olmaqla açıq hərracdan satılsın və həmin əmlakın satılmasından əldə edilən vəsait hesabına İddiaçı ASC-yə olan borc ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Xətai Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Orxan Mahmud