Məhkəmə qərarları › İş №e-2(036)-1876/2023

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(036)-1876/2023

10.07.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № e-2(036)-1876/2023 10.07.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi hakim Qənbərov Ülvi Oktay oğlu İddiaçı MMC-nin Cavabdeh dəymiş zərərin ödənilməsi tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı MMC Cavabdeh dəymiş zərərin ödənilməsi tələbi barədə iddia qaldıraraq Cavabdeh 2305.55 manat və 60.00 manat mediasiya ödənişi tutularaq cəmiyyətin hesabına keçirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşdə olan xx.xx.2017-ci il tarixli Əmək müqaviləsinin surətinə əsasən Cavabdeh həmin tarixdən İddiaçı MMC –də satıcı, kassir vəzifəsinə qəbul edilmişdir. İşdə olan İddiaçı MMC üzrə verilmiş xx.xx.2017-ci il tarixli 310-K saylı əmrdən çıxarışa əsasən Cavabdeh İddiaçı MMC –də satıcı, kassir vəzifəsinə qəbul edilmişdir. İşdə olan xx.xx.2017-ci il tarixli X1 haqqında müqavilənin surətinə əsasən Cavabdeh İddiaçı MMC tərəfindən ona etibar edilmiş maddi sərvətlərin qorunub saxlanmasını tam məsuliyyəti ilə üzərinə götürmüşdür. İşdə olan İddiaçı MMC üzrə verilmiş xx.xx.2017-ci il tarixli 537-K saylı əmrdən çıxarışa əsasən Cavabdeh İddiaçı MMC –də administrator vəzifəsinə qəbul edilmişdir. İşdə olan xx.xx.2017-ci il tarixli X1 haqqında müqavilənin surətinə əsasən Cavabdeh İddiaçı MMC tərəfindən ona etibar edilmiş maddi sərvətlərin qorunub saxlanmasını tam məsuliiyyəti ilə üzərinə götürmüşdür. İşdə olan İddiaçı MMC üzrə verilmiş xx.xx.2022-ci il tarixli 242-K saylı əmrdən çıxarışa əsasən Cavabdeh ilə bağlanmış əmək müqaviləsinə AR ƏM-nin 68-ci maddəsinin ikinci hissəsinin “ a” bəndinə əsasən ( öz xahişi ilə) xitam verilmişdir. İşdə olan İddiaçı MMC tərəfindən təsdiq olunmuş xx.xx.2022-ci il tarixli imtina Aktının surətinə əsasən İddiaçı MMC-nin OBA Əhmədli 1 mağazasında aparılmış inventarizasiya nəticəsində 4391.42 manat məbləğində əskikgəlmə aşkar edilmiş, həmin mağaza üzrə maddi məsul şəxs Cavabdeh inventarizasiyanın aparılmasında iştirak etmiş, lakin araşdırmanın nəticələri ilə tanış olmamışdır və heç bir əsaslı səbəb bildirmədən ilkin və yekun sənədləri imzalamaqdan və əksikgəlmələrin yaranması səbəbləri barədə izahat verməkdən imtina etmişdir. İşdə olan İddiaçı MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışda göstərilmişdir ki, xx.xx.2022-ci il tarixdə aparılmış yoxlama nəticəsində İddiaçı MMC-nin OBA Əhmədli 1 mağazasında 4391,42 manat məbləğində əskikgəlmə aşkar edilmişdir. Sonrakı dövrdə müvafiq güzəştlər tətbiq edildikdən sonra qalıq borc 2305,55 manat məbləğində qalmışdır. АR MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmədə tədqiq olunmuş sübutlara əsasən xx.xx.2022-ci il tarixdə aparılmış yoxlama nəticəsində İddiaçı MMC-nin OBA-Əhmədli 1 mağazasında aşkar edilmiş 2305.55 manat məbləğində əskikgəlmənin Cavabdeh təqsirli hərəkətləri nəticəsində əmələ gəlməsi müəyyən edilməmişdir. AR Əmək Məcəlləsinin 201-ci maddəsinin 1-ci bəndinə əsasən işçi əmək funksiyasını yerinə yetirərkən təbii fəlakət — sel, daşqın, uçqun, quraqlıq, yanğın və digər qarşısıalınmaz qüvvə, normal təsərrüfat, istehsalat, texnologiya riski, işçinin təqsiri olmadan maşın-mexanizmlərin, avadanlıqların, cihazların və başqa istehsal vasitələrinin və alətlərin sınması, korlanması, habelə son zərurət və ya zəruri müdafiə nəticəsində işəgötürənə vurulan ziyana görə o, maddi məsuliyyət daşımır. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, İddiaçı MMC xx.xx.2022-ci il tarixdə aparılmış yoxlama nəticəsində İddiaçı MMC-nin OBA-Əhmədli 1 mağazasında aşkar edilmiş əskikgəlmə nəticəsində cəmiyyətə dəymiş zərərin əvəzini Cavabdeh tələb etməkdə haqlı deyil. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: İddia tələbi təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar