Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № e-2(036)-1949/2023 01.08.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlu İddiaçı ASC-nin cavabdehlər, Cavabdeh2 və qeyrilərinə qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbi barədə iddiasına dair mülki işə baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı ASC-nin cavabdehlər, Cavabdeh2 və qeyrilərinə qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edib İddiaçı ASC-nin xeyrinə cavabdehlər, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada 1770.18 manat əsas borc, 5.50 manat faiz borcu, 9.04 manat cərimə borcu olmaqla, cəmi 1784.72 manat məbləğində borcun və 37.85 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşdə olan kreditor İddiaçı ASC ilə borcalan Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 038CASA192000001 saylı kredit müqaviləsinin surətinə əsasən müqavilə tərəfləri borcalana illik 1 faizlə 60 ay müddətinə 3931.28 manat məbləğində kredit verməsi barədə razılığa gəlmişlər. İşdə olan xx.xx.2019-cu il tarixli 038FİZAM13491105 nömrəli Zaminlik müqaviləsinin surətinə əsasən Novruzov X2 Adəm Sarı oğlu ilə İddiaçı ASC-nin arasında bağlanmış xx.xx.2019-cu il tarixli 038CASA192000001 saylı kredit müqaviləsi üzrə borcalanın öhdəliklərinin icra edilməsi üçün öz üzərinə borcalanla eyni ölçüdə öhdəlik götürmüşdür. İşdə olan xx.xx.2019-cu il tarixli 038FİZAM01583904 nömrəli Zaminlik müqaviləsinin surətinə əsasən Əliyev X1 Adəm Sarı oğlu ilə İddiaçı ASC-nin arasında bağlanmış xx.xx.2019-cu il tarixli 038CASA192000001 saylı kredit müqaviləsi üzrə borcalanın öhdəliklərinin icra edilməsi üçün öz üzərinə borcalanla eyni ölçüdə öhdəlik götürmüşdür. İşdən görünür ki, Cavabdeh2 xx.xx.2019-cu il tarixli 038CASA192000001 saylı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, nəticədə sözü gedən kredit müqaviləsi üzrə ödənilməmiş 1770.18 manat əsas borc, 5.50 manat faiz borcu və 9.04 manat cərimə borcu hesablanmışdır. AR Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə hesab edir ki, cavabdehlər, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 1770.18 manat əsas borc, 5.50 manat faiz borcu, 9.04 manat cərimə borcu və ödənilmiş dövlət rüsumuna görə 37.85 manat tutulmalıdır. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddia tələbi təmin olunsun. Cavabdehlər, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada 1770.18 (min yeddi yüz yetmiş manat on səkkiz qəpik) manat əsas borc, 5.50 (beş manat əlli qəpik) manat faiz, 9.04 (doqquz manat, dörd qəpik) manat cərimə borcu və ödənilmiş dövlət rüsumuna görə 37.85 (otuz yeddi manat, səksən beş qəpik) manat tutulub İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov
Məhkəmə qərarları › İş №e-2(036)-1949/2023
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(036)-1949/2023
01.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver