Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № e-2(036)-2014/2024 07.10.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Mahmud Orxan Əlövsət oğlu, İddiaçı "Bank VTB (Azərbaycan)" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "Bank VTB (Azərbaycan)" ASC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh "Bank VTB (Azərbaycan)" ASC-nin xeyrinə 2218.57 manat əsas borcu, 70.36 manat faiz borcu, 48.40 manat dəbbə borcu olmaqla ümumilikdə 2337.33 manat məbləğində borcun, 43.37 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı "Bank VTB (Azərbaycan)" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli 364380-CNS-42637 saylı “Nağd pul kreditinin şərtlərinə dair ərizəsi “ əsasında oferta aksept qaydalarına uyğun olaraq bağlanmış müqavilə üzrə 36 ay müddətinə illik 26 faiz dərəcəsi ilə 3000 AZN məbləğində pul mədaxil edilmişdir. Kredit (“Bank Xidmətlərinin göstərilməsi haqında müqavilənin ümumi şərtləri”nin 7.22.2-ci bəndinə əsasən kredit alanın cari hesabından kart hesabına köçürülməklə ina verilmişdir. X1 5.7.15-ci bəndinə əsasən borc verən bu müqavilə üzrə kreditin limitini heç bir əlavə sənədləşmə aparılmadan birtərəfli qaydada artırmaq hüququna malikdir. Tərəflər arasında bağlanmış Ümumi Oferta müqaviləsinə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə borcalana kredit xətti ayırır və ssuda hesabı açır, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq dövri оlaraq ödəməli оlduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 11 mart 2024-cü il tarixə " Bank VTB (Azərbaycan)" ASC -nə 2218.57 manat əsas; 70.36 manat faiz; 48.40 manat cərimə; cəmi 2337.33 manat borcu yaranmışdır.Cavabdeh tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli nağd pul kreditinin əsas şərtlərinə dair müştəri ərizəsindən müəyyən edilir ki, “Bank Xidmətlərinin Göstərilməsi Haqqında müqavilənin Ümumi Şərləri” ilə tanış olmuş və həmin şərtləri qəbul etmişdir.Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) cavabdeh tərəfindən borcun qaytarılması təmin edilməmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.1-ci maddəsinə əsasən, pul vəsaiti alınması haqqındakı iddialarda iddianın qiyməti alınan məbləğlə müəyyən edilir. Belə olan halda, məhkəmə iddia ərizəsi üzrə tələb olunan məbləğin beş min manatdan az olduğunu nəzərə alaraq, hazırki mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. İş üzrə cavabdeh qanunvericilikdə nəzərdə tutulmuş qaydada bildiriş göndərilsə də, o, əsaslandırılmış etirazını, öz dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə ərizənin dəlillərini nəzərə alaraq iş üzrə təqdim olunmuş digər sübutları yoxlayıb hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin olunmalıdır. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, "Bank VTB (Azərbaycan)" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli 364380-CNS- 42637 saylı kredit müqaviləsinə əsasən “Bank VTB (Azərbaycan) “ASC-dən illik 36 ay müddətinə illik 26 faiz dərəcəsi ilə 3000 AZN kredit götürmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırmış və 11 mart 2024-cü il tarixinə 2218.57 (iki min iki on səkkiz manat əlli yeddi qəpik) manat əsas borc, 70.36 (yetmiş manat otuz altı qəpik) manat faiz borcu,48.40 (qırx səkkiz manat qırx qəpik) manat dəbbə borcu olmaqla, cəmi 2337.33 (iki min üç yüz otuz yeddi manat otuz üç qəpik) manat məbləğində borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. (MM-739.2.) Mülki Məcəllənin 43.372-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 43.375-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Mülki Məcəllənin 43.378.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Mülki Məcəllənin 43.379.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər Müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Göstərilən normaları hazırki iş üzrə tətbiq edərək məhkəmə qeyd edir ki, Cavabdeh xx.xx.2023-cü il tarixli 364380-CNS-42637 saylı kredit müqaviləsi üzrə üzərinə götürülmüş öhdəliyi icra etmədiyinə görə, yəni müqavilə şərtlərinə əsasən ödənişləri vaxtında aparmadığı üçün öhdəliyin icrasını gecikdirmişdir və bu səbəbdən Bank VTB (Azərbaycan) ASC qarşısında məsuliyyət-cavabdehlik daşıyır. Belə olan halda iddiaçı Bank VTB (Azərbaycan) ASC-nin məhkəmə qaydasında Cavabdeh 2218.57 (iki min iki yüz on səkkiz manat əlli yeddi qəpik) manat əsas borc, 70.36 (yetmiş manat otuz altı qəpik) manat faiz borcu,48.40 (qırx səkkiz manat qırx qəpik) manat dəbbə borcu olmaqla, cəmi 2337.33 (iki min üç yüz otuz yeddi manat otuz üç qəpik) manat məbləğində borcun ödənilməsini tələb etməsi tam əsaslıdır. Odur ki, Cavabdeh 2218.57 (iki min iki yüz on səkkiz manat əlli yeddi qəpik) manat əsas borc, 70.36 (yetmiş manat otuz altı qəpik) manat faiz borcu,48.40 (qırx səkkiz manat qırx qəpik) manat dəbbə borcu olmaqla, cəmi 2337.33 (iki min üç yüz otuz yeddi manat otuz üç qəpik) manat məbləğində borc tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh iddiaçı Bank VTB (Azərbaycan) ASC-nin xeyrinə xx.xx.2023-cü il tarixli 364380-CNS- 42637 saylı kredit müqaviləsi üzrə 2218.57 (iki min iki yüz on səkkiz manat əlli yeddi qəpik) manat əsas borc, 70.36 (yetmiş manat otuz altı qəpik) manat faiz borcu,48.40 (qırx səkkiz manat qırx qəpik) manat dəbbə borcu olmaqla, cəmi 2337.33 (iki min üç yüz otuz yeddi manat otuz üç qəpik) manat məbləğində borc və ödənilmiş dövlət rüsumuna görə 43.37 (qırx üç manat otuz yeddi qəpik) manat məbləğində pul vəsaiti tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-230, 222, 227, 284-1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh iddiaçı Bank VTB (Azərbaycan) ASC-nin xeyrinə xx.xx.2023-cü il tarixli 364380-CNS-42637 saylı kredit müqaviləsi üzrə 2218.57 (iki min iki yüz on səkkiz manat əlli yeddi qəpik) manat əsas borc, 70.36 (yetmiş manat otuz altı qəpik) manat faiz borcu,48.40 (qırx səkkiz manat qırx qəpik) manat dəbbə borcu olmaqla, cəmi 2337.33 (iki min üç yüz otuz yeddi manat otuz üç qəpik) manat məbləğində borc və ödənilmiş dövlət rüsumuna görə 43.37 (qırx üç manat otuz yeddi qəpik) manat məbləğində pul vəsaiti tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Mahmud
Məhkəmə qərarları › İş №e-2(036)-2014/2024
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(036)-2014/2024
07.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver