Məhkəmə qərarları › İş №e-2(036)-2019/2022

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(036)-2019/2022

01.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № e-2(036)-2019/2022 01.07.2022 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlu, iddiaçı «Finca Azerbaijan» MM QBKT-nin cavabdeh, Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbi barədə iddiasına dair mülki işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı «Finca Azerbaijan» MM QBKT-nin cavabdeh, Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edib iddiaçı «Finca Azerbaijan» MM QBKT-nin xeyrinə cavabdeh, Cavabdeh 1217.55 manat əsas borc, 21.68 manat faiz borcu, cəmi 1239.23 manat və 33 manat dövlət rüsumu tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşdə olan kreditor «Finca Azerbaijan» MM QBKT ilə borcalan Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli **********1867 saylı güzəştli kredit müqaviləsinin surətinə əsasən müqavilə tərəfləri borcalana illik 01 faizlə 60 ay müddətinə 1234.00 manat məbləğində kredit verməsi barədə razılığa gəlmişlər. İşdə olan Ödəniş Cədvəlinə əsasən Cavabdeh «Finca Azerbaijan» MM QBKT-dən aldığı 1234.00 manat kredit məbləğini cəmi 38.23 manat faizlə birlikdə ayda 26.24 manat ödəməklə xx.xx.2020-ci il tarixdən xx.xx.2024-cü il tarixədək tam şəkildə ödəyib qutarmağı öhdəsinə götürmüşdür. İşdən görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixli **********1867 saylı güzəştli kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, nəticədə sözü gedən kredit müqaviləsi üzrə ödənilməmiş qaydada 1217.55 manat əsas borc, 21.68 manat faiz borcu hesablanmışdır. AR Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə, və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə belə hesab edir ki, cavabdeh, Cavabdeh iddiaçı «Finca Azerbaijan» MM QBKT-nin xeyrinə 1217.55 manat əsas borc, 21.68 manat faiz borcu və ödənilmiş dövlət rüsumuna görə 33 manat tutulmalıdır. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: İddia tələbi təmin olunsun. Cavabdeh, Cavabdeh 1217.55 (bir min iki yüz on yeddi manat,əlli beş qəpik ) manat əsas borc 21.68 (iyirmi bir manat, altmış səkkiz) manat faiz borcu və ödənilmiş dövlət rüsumuna görə 33 (otuz üç ) manat tutulub iddiaçı «Finca Azerbaijan» MM QBKT-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsi ilə Şirvan Apelyasiya məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar