Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № e-2(036)-2049/2023 11.08.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlu iddiaçı BOKT "xxxx" QSC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbi barədə iddiasına dair mülki işə baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı BOKT "xxxx" QSC Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edib Cavabdeh iddiaçı BOKT "xxxx" QSC-nin xeyrinə xx.xx.2022-ci il tarixli 453-EMB-0262-22 saylı müqaviləyə əsasən 216.00 manat əsas borc, 2.33 manat faiz borcu, xx.xx.2022-ci il tarixli 543-EMB-0201-22 saylı müqaviləyə əsasən 651.00 manat əsas borc, 36.63 manat faiz borcu və dövlət rüsumu kimi dövlət büdcəsinə ödənilmiş 30.40 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşdə olan kreditor BOKT "xxxx" QSC ilə borcalan Cavabdeh arasında bağlanmış xx.xx.2022ci il tarixli 453-EMB-0262-22 saylı kredit müqaviləsinin surətinə əsasən müqavilə tərəfləri borcalana illik 0 faizlə 19 ay müddətinə 251.00 manat məbləğində kredit verməsi barədə razılığa gəlmişlər. İşdə olan kreditor BOKT "xxxx" QSC ilə borcalan Cavabdeh arasında bağlanmış xx.xx.2022ci il tarixli 543-EMB-0201-22 saylı kredit müqaviləsinin surətinə əsasən müqavilə tərəfləri borcalana illik 0 faizlə 19 ay müddətinə 746.00 manat məbləğində kredit verilməsi barədə razılığa gəlmişlər. İşdən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli 453-EMB-0262-22 saylı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş və həmin müqavilə üzrə 216.00 manat əsas borc, 2.33 manat faiz borcu hesablanmışdır; Cavabdeh xx.xx.2022-ci il tarixli 543-EMB-0201-22 saylı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş və həmin müqavilə üzrə 651.00 manat əsas borc, 36.63 manat faiz borcu hesablanmışdır. AR Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə, və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə tədqiq olunmuş sübutlara yuxarıda qeyd olunan hüquq normalarına əsasən qiymət verərək hesab edir ki, Cavabdeh iddiaçı BOKT "xxxx" QSC-nin xeyrinə xx.xx.2022-ci il tarixli 453- EMB-0262-22 saylı müqaviləsi üzrə 216.00 manat əsas borc, 2.33 manat faiz borcu, xx.xx.2022-ci il tarixli 543-EMB-0201-22 saylı müqaviləsi üzrə 651.00 manat əsas borc, 36.63 manat faiz borcu və ödənilmiş dövlət rüsumuna görə 30.40 manat tutulmalıdır . Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddia tələbi təmin olunsun. Cavabdeh xx.xx.2022-ci il tarixli 453-EMB-0262-22 saylı kredit müqaviləsinə əsasən 216.00 (iki yüz on altı) manat əsas borc, 2.33 (iki manat otuz üç qəpik) manat faiz borcu; xx.xx.2022-ci il tarixli 543-EMB-0201-22 saylı kredit müqaviləsi üzrə 651.00 (altı yüz əlli bir) manat əsas borc, 36.63 (otuz altı manat altmış üç qəpik) manat faiz borcu və ödənilmiş dövlət rüsumuna görə 30.40 (otuz manat qırx qəpik) manat tutulub iddiaçı BOKT "xxxx" QSC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.
Məhkəmə qərarları › İş №e-2(036)-2049/2023
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(036)-2049/2023
11.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver