Məhkəmə qərarları › İş №e-2(036)-2063/2023

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(036)-2063/2023

16.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № e-2(036)-2063/2023 16.10.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi və Əsədli Xuraman Emin qızının katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış əsas borcun, ona hesablanmış faizlərin və cərimənin tutulması tələbi barədə iddiasına dair mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış əsas borcun, ona hesablanmış faizlərin və cərimənin tutulması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edib İddiaçı ASC-nin xeyrinə Cavabdeh 9435.55 manat əsas borc, 4597.93 manat faiz borcu, 3470.33 manat cərimə borcu, 2.00 manat overdraft əməliyyatı üzrə borcu, 0.54 manat cərimə borcu və ödənilmiş dövlət rüsumuna görə 143.00 manat tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşdə olan kreditor İddiaçı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 0084075AZN24132 nömrəli kredit müqaviləsinə əsasən müqavilə tərəfləri borcalana illik 29 faizlə 48 ay müddətinə 10000 manat məbləğində kredit verilməsi barədə razılığa gəlmişlər. İşdə olan Ödəniş Cədvəlinə əsasən Cavabdeh İddiaçı ASC-dən aldığı 10000 manat kredit məbləğini cəmi 6823.77 manat faizlə birlikdə ayda 350,50 manat ödəməklə xx.xx.2021-ci il tarixdən xx.xx.2025-ci il tarixədək tam şəkildə ödəyib qutarmağı öhdəsinə götürmüşdür. İşdən görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli, 0084075AZN24132 saylı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, nəticədə sözü gedən kredit müqaviləsi üzrə ödənilməmiş qaydada 9435.55 manat əsas borc, 4597.93 manat faiz borcu, 3470.33 manat cərimə borcu, 2.00 manat overdraft əməliyyatı üzrə borcu və 0.54 manat cərimə borcu hesablanmışdır. AR Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 408.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə, və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Cavabdeh İddiaçı ASCnin xeyrinə 9435.55 manat əsas borc, 4597.93 manat faiz borcu, 2.00 manat overdraft əməliyyatı üzrə borc, 0.54 manat cərimə borcu, dövlət rüsumuna görə 143.00 manat tutulmalı və cərimə borcu isə əsas borca mütənasib olaraq azaldılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216, 220, 227,233,357 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi qismən təmin olunsun. Cavabdeh 9435.55 (doqquz min dörd yüz otuz beş manat, əlli beş qəpik) manat əsas borc, 4597.93 (dörd min beş yüz doxsan yeddi manat, doxsan üç qəpik) manat faiz borcu, 300.00 (üç yüz) cərimə borcu, 2.00 (iki) manat overdraft əməliyyatı üzrə borc, 0.54 (əlli dörd qəpik) manat cərimə borcu və ödənilmiş dövlət rüsumuna görə 143.00 (bir yüz qırx üç) manat tutulub İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar