Məhkəmə qərarları › İş №e-2(036)-2075/2023

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(036)-2075/2023

01.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № e-2(036)-2075/2023 01.11.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi və Əsədli Xuraman Emin qızının katibliyi ilə, iddiaçı "xxxx" KB ASC-nin cavabdehlər, Cavabdeh4 və qeyrilərinə qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbi barədə iddiasına dair mülki işə baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" KB ASC cavabdehlər, Cavabdeh4 və qeyrilərinə qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edib cavabdehlər, Cavabdeh4, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 284.29 manat əsas borc, 3.60 manat faiz borcu, cəmi 287.89 manat və ödənilmiş dövlət rüsumuna görə 30.40 manat tutularaq cəmiyyətin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh4 ərizə verib iddia müddətinin keçdiyinə əsaslanaraq iddia tələbinin rədd edilməsini xahiş etmişdir. İşdə olan kreditor "xxxx" KB ASC ilə borcalan X3 arasında bağlanmış xx.xx.2013-cü il tarixli 2543sİMS/13 saylı kredit xətti müqaviləsinin surətinə əsasən müqavilə tərəfləri borcalana istehlak məqsədləri üçün 36 ay müddətinə, yəni 24 ay kredit xəttini illik 30 faiz ödəmək şərtilə 300 manat məbləğində kredit verilməsi barədə razılığa gəlmişlər. İşdə olan AZ-İ 627203 nömrəli Ölüm haqqında şəhadətnamənin surətinə əsasən X3 xx.xx.2014-cü ildə ölmüşdür. İşdə olan İmişli Regional “Asan Xidmət” Mərkəzində notariat ofisi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 120 saylı məlumata əsasən xx.xx.2014-cü il tarixdə vəfat etmiş X2 qanun üzrə vərəsələrinin müraciətləri əsasında xx.xx.2016-cı il tarixdə vərəsəlik işi açılmış və xx.xx.2016-cı il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Cavabdeh4, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qanun üzrə vərəsəlik üzrə X1 miras qalmış torpaq sahəsindən pay almışdır. AR Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən . Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, kreditor "xxxx" KB ASC ilə borcalan X3 arasında bağlanmış xx.xx.2013-cü il tarixli 2543sİMS/13 saylı kredit müqaviləsi üzrə öhdəliyin icra müddəti bitdikdən sonrakı üç il müddətində iddia qaldırmayaraq tələb üzrə iddia müddətini ötürmüşdür. Ona görə də, İddiaçı "xxxx" KB ASC-nin cavabdehlər, Cavabdeh4, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı xx.xx.2013-cü il tarixli 2543sİMS/13 saylı kredit xətti müqaviləsi üzrə borcun tutulması tələbi barədə iddiası təmin edilməməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220,227,233,357 və 360-cı maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddia tələbi təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar