Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № e-2(036)-208/2024 22.02.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi və Əsədli Xuraman Emin qızının katibliyi ilə, iddiaçı "xxxx" BOKT ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" BOKT ASC Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edib Cavabdeh iddiaçı "xxxx" BOKT ASC-nin xeyrinə 4133.51 manat əsas borc, 1083.18 manat faiz borcu, cəmi 5216.69 manat və dövlət rüsumu kimi dövlət büdcəsinə ödənilmiş 72 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşdə olan kreditor "xxxx" BOKT ASC ilə borcalan Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli MR0016732-2022 saylı kredit müqaviləsinin surətinə əsasən müqavilə tərəfləri borcalana illik 39 faizlə 12 ay müddətinə 10607,0 manat məbləğində kredit verməsi barədə razılığa gəlmişlər. Müqavilənin 7.2-ci bəndinə əsasən borc alan tərəfindən kredit xətti üzrə əsas borcun tam məbləğinin və ya onun bir hissəsinin qaytarılması müddətləri pozulduqda, borc alan borc verənə gecikdirilmiş əsas borc məbləğinə gecikdirmənin hər günü üçün kredit xəttinin gecikdirilmiş əsas borc məbləğinin 1 (bir) faizi miqdarında cərimə ödəyir. Gecikdirilmiş kreditə görə gecikmənin ilk 3 gününə cərimə hesablanmır. Cərimə kreditin hər ödəniş üzrə gecikdirilmiş əsas borc məbləğinə 30 gün ərzində hesablanır. İşdə olan xx.xx.2022-ci il tarixli MR0016732-2022 saylı kredit müqaviləsinə əlavəyə əsasən Cavabdeh "xxxx" BOKT ASC-dən aldığı 10607,0 manat kredit məbləğini cəmi 2399,81 manat faizlə birlikdə ayda 1083,90 manat ödəməklə xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək tam şəkildə ödəyib qutarmağı öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2023-cü il tarixli BŞ-1446/2023 saylı arayışa əsasən Cavabdeh xx.xx.2022-ci il tarixli MR0016732-2022 saylı kredit müqaviləsi üzrə "xxxx" BOKT ASC-dən aldığı 10607,0 manat kredit məbləğindən 6473,49 manat əsas borc, 2966,15 manat faiz borcu və 1970,36 manat cərimə borcu olmaqla, cəmi 11410 manat ödəniş etmişdir. AR Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə, və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər bu Məcəllədə və ya müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, "xxxx" BOKT ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli MR0016732-2022 saylı kredit müqaviləsi üzrə borclunun öhdəliyinin icra müddəti xx.xx.2023-cü il tarixdə başa çatdığından həmin tarixədək ödənilməli olan cəmi 13006,81 manat borc öhdəliyindən 11410,0 (6473,49+2966,15+1970,36) manat ödənildiyi üçün cəmi 1596,81 (13006,81- 11410,0) manat məbləğində qalıq borc yaranmışdır. Kreditor "xxxx" BOKT ASC müqavilədə nəzərdə tutulandan artıq müddətə faiz hesablamaqla və əsassız olaraq tənasübsüz surətdə cərimə tətbiq etməklə borclunun məsuliyyət ölçüsünü artırmaqda haqlı olmamışdır. Ona görə də, iddia tələbi qismən təmin olunaraq Cavabdeh cəmi 1596,81 manat əsas borc tutulub iddiaçı "xxxx" BOKT ASC-nin xeyrinə ödənilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddia tələbi qismən təmin olunsun. Cavabdeh 1596,81 (bir min beş yüz doxsan altı manat səksən bir qəpik) əsas borc və ödənilmiş dövlət rüsumuna görə 36 (otuz altı) manat tutulub iddiaçı "xxxx" BOKT ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.
Məhkəmə qərarları › İş №e-2(036)-208/2024
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(036)-208/2024
22.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver