Məhkəmə qərarları › İş №e-2(036)-2104/2024

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(036)-2104/2024

21.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № e-2(036)-2104/2024 21.10.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Mahmud Orxan Əlövsət oğlunun sədrliyi ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər X3, Cavabdeh2, Cavabdeh3 Tapdıq qızı və Cavabdeh4 qarşı “borcun tutulması” barədə ərizəsinə kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia ərizəsinin və ona etirazın dəlilləri: İddia ərizəsinin dəlilləri İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh2, Cavabdeh3 Tapdıq qızı ,X3 və Cavabdeh4 qarşı “borcun tutulması” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh2, Cavabdeh3 Tapdıq qızından, X1 və Cavabdeh4 kredit müqaviləsinə əsasən, tam kart kredit borcu üzrə, banka ödənilməmiş - 240.08 manat borc, 16.57 manat faiz borcu olmaqla, cəmi 256.65 (iki yüz əlli altı manat altmış beş qəpik) manat borc, dövlət büdcəsinə köçürülmüş 30 (otuz) manat dövlət rüsumunun və 0.40 (qırx qəpik) xidmət haqqının "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC-nin “İmişli” filialı ilə X7 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, BPM**********10 №-li kredit müqaviləsinə əsasən 36 ay müddətinə, illik 24 faiz dərəcəsi hesablanmaqla,300 manat məbləğində kart kredit limiti verilmişdir. X2 11 may 2023-cü il tarixdə vəfat etmişdir. İmişli Regional “ASAN xidmət” mərkəzində notariat ofisinin məktubu ilə müəyyən edilmişdir ki, mərhum X4 adına xx.xx.2023-cü il tarixdə vərəsəlik işi açılmış və Cavabdeh2, Cavabdeh3 Tapdıq qızı, X3 və Cavabdeh4 qızna xx.xx.2024-cü il tarixdə “Vərəsəlik hüququ haqqında şəhadətnamə” verilmişdir. Miras əmlak “Bank of Baku” tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli NRF-127/23 nömrəli arayışa əsasən 2861.10 manat dəyərində zinət əşyalarından və "xxxx" MMC-nin 248 K nömrəli əmrinə əsasən 1323 manat məbləğində puldan ibarətdir. Maliyyə arayışına əsasən, X3, Cavabdeh2, Cavabdeh3 Tapdıq qızı, X3 və Cavabdeh4 BPM**********10 № li xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən , tam kart kredit borcu üzrə Banka ödənilməmiş - 240.08 manat borc və 16.57 manat faiz borcu olmaqla, cəmi 256.65 (iki yüz əlli altı manat altmış beş qəpik) manat kredit borcu qalmışdır. Cavabdeh mərhum X5 vərəsələri kimi müəyyən olunmalarına baxmayaraq "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdirlər. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək yerinə yetirməmişdirlər. Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri: Cavabdehlər qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə iddiaya dair əsaslandırılmış etirazını və ona əlavə edilmiş sənədləri göndərməsi barədə məlumatlandırılmışdır. Cavabdehin əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. İşin faktiki halları: İş materialları ilə müəyyən edilir ki, xx.xx.2021-ci ildə "xxxx" ASC və X7 arasında kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə görə, bank tərəfindən borcalan X6 300 manat məbləğində pul ayrılmışdır və o, 36 ay müddətində kreditin əsas məbləği, ona illik 24 faiz dərəcəsi hesablanmaqla, 300 manat məbləğində kart krediti limiti olmaqla hesablanmış faizləri razılaşdırılmış qaydada ödəniş cədvəlinə əsasən geri ödəməli olmuşdur. X2 11 may 2023-cü il tarixdə vəfat etmişdir. İmişli Regional “ASAN xidmət” mərkəzində notariat ofisinin məktubu ilə müəyyən edilmişdir ki, mərhum X4 adına xx.xx.2023-cü il tarixdə vərəsəlik işi açılmış və Cavabdeh2, Cavabdeh3 Tapdıq qızı, X3 və Cavabdeh4 qızna xx.xx.2024-cü il tarixdə “Vərəsəlik hüququ haqqında şəhadətnamə” verilmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 6.2-ci maddəsinə görə, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. 1306.1-ci maddəsinə görə, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. 1146-cı maddəsinə görə, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1255-ci maddəsinə görə, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı: Borclunun ölümü ilə onun öhdəliklərinin aradan qalxmasının və bununla da bağlanmış müqavilələrin hüquqi təminatdan məhrum olmasının qarşısının alınmasına xidmət edən institutlardan biri vərəsəlik institutudur. Vərəsəlik hüququ ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə vərəsələrə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Mülki Məcəllənin 1151-ci maddəsinə müvafiq olaraq, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Yəni mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 284-1-ci maddəsinə görə, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə iddia ərizəsinin dəlillərini, ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia ərizəsi əsaslıdır. Borc müqaviləsinə verilən anlayışdan görünür ki, həmin müqavilə, tərəflərin bu barədə razılığa gəldikləri (yazılı bağlandıqda tərəflərin onu imzaladığı) andan bağlanmış sayılır. Müqavilə üzrə borc verənin öhdəliyi razılaşdırılmış borc predmetinin (kredit müqaviləsi üzrə pul vəsaitinin) borc alanın mülkiyyətinə verməkdən ibarətdir və onun bu öhdəliyi müqavilə bağlandığı andan yaranır. Borc alanın aldığını eyni ilə qaytarmaq öhdəliyi isə borc prdmetini (kredit müqaviləsi üzrə pul vəsaitini) aldıqdan sonra yaranmış olur. İşin mübahisəsiz halıdır ki, iddiaçı bank ilə mərhum X7 arasında kredit (borc) müqaviləsi bağlanmış, iddiaçı müqavilədə nəzərdə tutulmuş pul vəsaitini müqavilənin digər tərəfi olan mərhum X6 verməklə öhdəliyini icra etmişdir. Lakin sonuncu aldığı pul vəsaitini müqavilənin əlavəsi olan ödəniş qrafikinə uyğun ödəməmiş, bununla da öhdəliyini icra etməmişdir. Məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh2, Cavabdeh3 Tapdıq qızı, X3 və Cavabdeh4nun qanun üzrə vərəsələri olduğundan kredit müqaviləsi üzrə öhdəliklərə görə məsuliyyət daşıyırlar. Odur ki, iddiaçı cavabdehlərdən əsas borcu tələb etməkdə haqlıdır. Məhkəmə həmçinin iddianın 30.40 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Odur ki, cavabdehlərdən 30.40 manat dövlət rüsumu alınıb iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh3 Tapdıq qızı, X3 (qanuni nümayəndəsi Cavabdeh2 vasitəsi ilə) və Cavabdeh4 (qanuni nümayəndəsi Cavabdeh2 vasitəsi ilə) BPM**********10 nömrəli, xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən tam kart kredit üzrə banka ödənilməmiş 240.08 (iki yüz qırx manat səkkiz qəpik) manat əsas borc, 16.57 (on altı manat əlli yeddi qəpik) faiz borcu olmaqla, cəmi 256.65 (iki yüz əlli altı manat altmış beş qəpik) manat məbləğində pul vəsaiti, ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və 0.40 (qırx qəpik) xidmət haqqı tutularaq "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Mahmud

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar