Məhkəmə qərarları › İş №e-2(036)-2106/2023

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(036)-2106/2023

21.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № e-2(036)-2106/2023 21.08.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlu, iddiaçı "xxxx" ASC-nin cavabdehlər, Cavabdeh1 və qeyrilərinə qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbi barədə iddiasına dair mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC cavabdehlər, Cavabdeh1 və qeyrilərinə qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edib iddiaçı "xxxx" ASC-nin xeyrinə cavabdehlər, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 müştərək qaydada 3815,91 manat əsas borc, 61,49 manat faiz borcu və ödənilmiş dövlət rüsumuna görə 59,17 manat tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşdə olan kreditor "xxxx" ASC ilə borcalan X2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli BPM**********95 saylı kredit müqaviləsinə əsasən müqavilə tərəfləri borcalana illik 24 faizlə 48 ay müddətinə 5000,0 manat məbləğində kredit verməsi barədə razılığa gəlmişlər. İşdə olan AZ-İ 627203 nömrəli Ölüm haqqında şəhadətnaməyə əsasən X2 xx.xx.2020-ci ildə ölmüşdür. İşdə olan İmişli Regional “Asan Xidmət” Mərkəzində notariat ofisi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 171 saylı məlumata əsasən Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 X1 miras qalmış pul məbləğindən pay almışdır. AR Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 408.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə, və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, cavabdehlər, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 müştərək qaydada "xxxx" ASC-nin xeyrinə 3815,91 manat əsas borc, 61,49 manat faiz borcu və ödənilmiş dövlət rüsumuna görə 59,17 manat tutulmalıdır. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216, 220, 227,233,357 və 360-cı maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddia tələbi təmin olunsun. Cavabdehlər, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 müştərək qaydada 3815,91 (üç min səkkiz yüz on beş manat doxsan bir qəpik) əsas borc, 61,49 (altmış bir manat, qırx doqquz qəpik) manat faiz borcu və ödənilmiş dövlət rüsumuna görə 59,17 (əlli doqquz manat, on yeddi qəpik) manat tutulub iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar