Azərbaycan Respublikası adından QƏRARDAD İmişli rayonu İş № e-2(036)-2116/2023 12.07.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Qənbərov Ülvi Oktay oğlu iddiaçı "xxxx" QSC-nin cavabdeh X3 qarşı daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair müqavilənin ləğv edilməsi tələbi barədə iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" QSC-nin cavabdeh X3 qarşı daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair müqavilənin ləğv edilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Masallı şəhəri,Digah küçəsində yerləşən 0,15 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 124,0 kv/m olan fərdi yaşayış evinin alqı-satqısı haqqında "xxxx" QSC ilə X6 arasında Bakı şəhəri 53 saylı notariat ofisində bağlanmış xx.xx.2021-ci il tarixli ******* saylı müqavilənin ləğv edilməsi və daşınmaz əmlak obyektinin boşaldılaraq Banka təhvil verilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İşdən görünür ki, cavabdeh X1 şəhəri,Digah küçəsi ev 55-də daimi qeydiyyata alınmışdır. AR MPM-nin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 36.5-ci maddəsinə əsasən iddiaçının yanında yetkinlik yaşına çatmayan uşaqlar olduqda və ya iddiaçı səhhətinə görə cavabdehin yaşadığı yerə getməyə çətinlik çəkdikdə nikahın pozulması haqqındakı iddialara iddiaçının yaşadığı yerə görə verilə bilər. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyilsə, hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Məhkəmə hesab edir ki, cavabdeh X2 rayonunda rəsmi qaydada qeydiyyatda olmadığından oğlu iddiaçı "xxxx" QSC-nin cavabdeh X3 qarşı daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair müqavilənin ləğv edilməsi tələbi barədə iddia iddia ərizəsi geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 263,264, 267 və 268-cı maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: İddiaçı "xxxx" QSC-nin cavabdeh X3 qarşı daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair müqavilənin ləğv edilməsi tələbi barədə iddia ərizəsi geri qaytarılsın. Qərardaddan 10 ( on) gün müddətində İmişli Rayon məhkəməsinə şikayət verilə bilər. Hakim: Ülvi Qənbərov
Məhkəmə qərarları › İş №e-2(036)-2116/2023
İmişli Rayon Məhkəməsi Qərardad — İş №e-2(036)-2116/2023
12.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver