Məhkəmə qərarları › İş №e-2(036)-2169/2023

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(036)-2169/2023

20.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № e-2(036)-2169/2023 20.11.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi Qənbərovun Ülvi Oktay oğlunun sədrliyi və Əsədli Xuraman Emin qızının katibliyi və iddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı BOKT MMC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəlməsi tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı BOKT MMC Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəlməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edib İddiaçı BOKT MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 218/5 saylı kredit xətti (limit) müqaviləsinin ləğv edilməsini, Cavabdeh İddiaçı BOKT MMC-nin xeyrinə xx.xx.2021-ci il tarixli 218/5 saylı kredit xətti (limit) müqaviləsi üzrə 18.995,18 manat vaxtı çatmış əsas borc, 69,66 manat vaxtı çatmış faiz borcu, 42.571,70 manat gecikdirilmiş əsas borc, 27.121,6 manat gecikdirilmiş faiz borcu, cəmi 88.758,20 manat və 330 manat məbləğində dövlət rüsumu tutulması, tutmanın Cavabdeh mülkiyyətində olan İmişli şəhəri, M.Əsədov küçəsi 2-də yerləşən 250.000 (iki yüz əlli min) manat dəyərində ümumi sahəsi 215.6 kv.m olan 250.000 (iki yüz əlli min) manat dəyərində qeyri-yaşayış sahəsinə (Reyestr nömrəsi: **********11-05101-083002) yönəldilməsi və açıq hərracda satılaraq əldə edilən pul vəsaiti hesabına borcun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı BOKT MMC-nin nümayəndəsi Vəkil iddia tələbini müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılması xahiş etmişdir. Məhkəmə İddiaçı BOKT MMC-nin nümayəndəsi Vəkil dinləyib işin materiallarını tədqiq edərək aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. İşdə olan kreditor İddiaçı BOKT MMC ilə borcalan Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 218/5 saylı kredit xətti (limit) müqaviləsinin surətinə əsasən müqavilə tərəfləri borcalana illik 22 faizlə ( vaxtı keçmiş kreditə görə illik 44 faiz) 60 ay müddətinə 65000,0 (altmış beş min) manat məbləğində bərpa olunan kredit limiti ayrılması barədə razılığa gəlmişlər. İşdə olan kreditor İddiaçı BOKT MMC ilə borcalan Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 218/5 saylı kredit xətti (limit) müqaviləsi çərçivəsində 01 nömrəli razılaşmanın surətinə əsasən borcalana 12 ay güzəştlə illik 22 faizlə 36 ay müddətinə 65000,0 (altmış beş min) manat məbləğində kredit verilmişdir. İşdə olan ödəniş planına əsasən Cavabdeh İddiaçı BOKT MMC-dən aldığı 65000,0 manat kredit məbləğini xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək ayda 1191,67 manat ancaq faiz ödədikdən sonra xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay 3372,08 manat ödəyərək cəmi 30229,92 manat faizlə birlikdə xx.xx.2024-cü il tarixədək tam şəkildə ödəyib qutarmağı öhdəsinə götürmüşdür. İşdə оlаn xx.xx.2021-ci il tarixli 218/5 saylı Sonrakı ipоtеkа müqаviləsinin surətinə əsasən Cavabdeh mülkiyyətində olan İmişli şəhəri, M.Əsədov küçəsi 2, ünvanında yerləşən, 250.000 (iki yüz əlli min) manat dəyərində ümumi sahəsi 215.6 kv.m olan xüsusi mülkiyyətli qeyriyaşayış sahəsi (Reyestr nömrəsi: **********11-05101-083002) kredit verən İddiaçı BOKT MMC ilə borcalan Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 218/5 saylı kredit xətti (limit) müqaviləsi çərçivəsində bağlanmış kredit müqaviləsi üzrə verilmiş kredit məbləğinin, hesablanmış faiz və cərimələrin qaytarılmasının təmin еdilməsi üçün ipoteka ilə yüklü edilmişdir. İşdə olan **********70407000 nömrəli Hesabdan çıxarışa əsasən borcalan Cavabdeh ilə kredit verən İddiaçı BOKT MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli 218/5 saylı kredit xətti (limit) müqaviləsi üzrə xx.xx.2023-cü il tarixədək 2.610,0 manat əsas borc, 14.018,0 manat faiz olmaqla cəmi 16.638,0 manat ödənilmişdir. AR Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq puı və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən şəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə, və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 462.3-cü maddəsinə əsasən müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu mümkün zərərdən çox ola bilər. «İpоtеkа Hаqqındа» Аzərbаycаn Rеspublikаsının Qаnununun 33-cü mаddəsinə əsаsən bоrclu əsаs öhdəliyi icrа еtmədikdə və yа lаzımıncа icrа еtmədikdə ipоtеkа sахlаyаnın tələbinin ödənilməsi üчün ipоtеkа prеdmеtinə tutmа yönəldilə bilər. Həmin Qanunun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldikdə və o, satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə ( mənzilə) tutma yönəldikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, İddiaçı BOKT MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 218/5 saylı kredit xətti (limit) müqaviləsi ləğv edilməli, İddiaçı BOKT MMC-nin xeyrinə Cavabdeh 62.390,0 (65000-2.610,0) manat əsas borc, 16.211,92 manat faiz borcu, 330 manat dövlət rüsumu tutulmalı, tutma həmin kredit müqaviləsi üzrə ipoteka ilə yüklü edilmiş Cavabdeh mülkiyyətində olan İmişli şəhəri, M.Əsədov küçəsi 2, ünvanında yerləşən 215.6 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinə yönəldilərək əldə edilən pul vəsaiti hesabına borc ödənilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddia tələbi qismən təmin olunsun. İddiaçı BOKT MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 218/5 saylı kredit xətti (limit) müqaviləsi ləğv edilsin. Cavabdeh 62.390,0 (altmış iki min üç yüz doxsan) manat əsas borc, 16.211,92 (on altı min iki yüz on bir manat doxsan iki qəpik) manat faiz borcu, 330 (üç yüz otuz) manat dövlət rüsumu tutulub İddiaçı BOKT MMC-nin xeyrinə ödənilsin. Tutma ipoteka predmetinə yönəldilsin. İpoteka ilə yüklü edilmiş Cavabdeh məxsus oaln İmişli şəhəri, M.Əsədov küçəsi 2-də yerləşən ümumi sahəsi 215.6 kv.m olan qeyri-yaşayış sahəsi (Reyestr nömrəsi: **********11-05101- 083002 ) açıq hərracdan satılaraq satışdan əldə olunmuş vəsait borcun ödənilməsinə yönəldilsin. İpoteka predmetinin hərracdan ilkin satış qiyməti 250.000 (iki yüz əlli min) manat məbləğində müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar