Məhkəmə qərarları › İş №e-2(036)-2176/2023

İmişli Rayon Məhkəməsi Qərardad — İş №e-2(036)-2176/2023

26.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İmişli rayonu İş № e-2(036)-2176/2023 26.10.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi və Əsədli Xuraman Emin qızının katibliyi ilə, İddiaçı BOKT MMC-nin cavabdehlər, Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borc tələbi barədə iddia ərizəsinə və ona əlavə olunmuş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı BOKT MMC cavabdehlər, Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borc tələbi barədə iddia qaldıraraq İddiaçı BOKT MMC ilə Cavabdeh1 arasında bağlanmış 06 oktyabr 2022-ci il tarixli, 1199/4 nömrəli kredit müqaviləsinin ləğv edilməsini, cavabdehlər, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 28.468,09 manat əsas borc, 35,42 faiz borcu, 1.531,91 manat gecikmiş borc, 4.418,53 manat gecikdirilmiş faiz borcu olmaqla,cəmi 34.453,95 (otuz dörd min dörd yüz əlli üç manat doxsan beş qəpik) manat kredit borcunun və 194 manat dövlət rüsumunun tutulması, tutmanın kredit öhdəliyinin təminatı kimi yüklülüyü Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində reyestr nömrəsi **********28-05101-093002, qeydiyyat nömrəsi ********** ilə xx.xx.2022-ci il tarixdə qeydiyyata alınan, xüsusi mülkiyyət hüququ ilə cavabdeh - X1 məxsus olan İmişli şəhəri, Heydər Əliyev prospekti, ev 150 ünvanında yerləşən 60.5 kv.mümumi sahədən ibarət 2 nömrəli mənzilə yönəldilməsi; İpoteka predmeti olan həmin daşınmaz əmlakın ilkin satış qiyməti 75.000 (yetmiş beş min) AZN məbləğdə müəyyən edilməklə açıq hərracda satılması və iddia tələbi üzrə borcun satışdan əldə edilən pul vəsaiti hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı BOKT MMC-nin nümayəndəsi X2 ərizə ilə İmişli Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər, Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması və ərizənin baxılmamış saxlanılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanılır. Məhkəmə hesab edir ki, tərəflərdən heç biri işin baxılmasını tələb etmədiyindən İddiaçı BOKT MMC-nin cavabdehlər, Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borc tələbi barədə iddia ərizəsi baxılmamış saxlanmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı BOKT MMC-nin cavabdehlər, Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində İmişli Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ülvi Qənbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar