Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № e-2(036)-2228/2023 04.09.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi hakim Qənbərov Ülvi Oktay oğlu iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbi barədə iddiasına dair mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı pul tələbi barədə iddia qaldıraraq xeyrinə xx.xx.2022ci il tarixli 04091290 saylı müqavilə üzrə 1324.02 manat əsas borc, 132.98 manat cərimə, xx.xx.2021-ci il tarixli ******* saylı müqavilə üzrə 663.32 manat əsas borc, 66.68 manat cərimə, xx.xx.2022-ci il tarixli 04091033 saylı müqavilə üzrə 333.06 manat əsas borc, 33.94 manat cərimə və 45.54 manat dövlət rüsumu tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli 04091290 nömrəli Müqavilənin surətinə əsasən Cavabdeh həmin tarixdə "xxxx" MMC-dən cəmi, 1402.02 manat dəyərində Samsung Galaxy A52 markalı telefon, X1 və Vinil şəffaf nisyə almışdır. İşdən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli 04091290 nömrəli Müqavilə üzrə aldığı əşyaların dəyərini qismən ödəyərək 1324.02 manat borclu qalmış və hesabına 132.98 manat cərimə hesablanmışdır. İşdə olan xx.xx.2021-ci il tarixli ******* nömrəli Müqavilənin surətinə əsasən Cavabdeh həmin tarixdə "xxxx" MMC-dən 853.02 manat dəyərində Samsung Galaxy A22 markalı telefon, X3 ekran qoruyucu nisyə almışdır. İşdən görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli ******* nömrəli Müqavilə üzrə aldığı əşyanın dəyərini qismən ödəyərək 663.32 manat borclu qalmış və hesabına 66.68 manat cərimə hesablanmışdır. İşdə olan xx.xx.2022-ci il tarixli 04091033 nömrəli Müqavilənin surətinə əsasən Cavabdeh həmin tarixdə "xxxx" MMC-dən 399.96 manat dəyərində X2 nisyə almışdır. İşdən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli 04091033 nömrəli Müqavilə üzrə aldığı əşyaların dəyərini qismən ödəyərək 333.06 manat borclu qalmış və hesabına 33.94 manat cərimə hesablanmışdır. AR Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə,..... həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə, və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər.Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, "xxxx" MMC-nin xeyrinə Cavabdeh xx.xx.2022-ci il tarixli 04091290 saylı müqavilə üzrə 1324.02 manat əsas borc, 30 manat cərimə, xx.xx.2021-ci il tarixli ******* saylı müqavilə üzrə 663.32 manat əsas borc, 20 manat cərimə, xx.xx.2022-ci il tarixli 04091033 saylı müqavilə üzrə 333.06 manat əsas borc, 10 manat cərimə və dövlət rüsumuna görə 45.54 manat tutulmalıdır. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216, 220, 227,233,357 və 360-cı maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli 04091290 saylı müqavilə üzrə 1324.02 (bir min üç yüz iyirmi dörd manat, iki qəpik) manat əsas borc, 30 (otuz) manat cərimə, xx.xx.2021-ci il tarixli ******* saylı müqavilə üzrə 663.32 (altı yüz altmış üç manat otuz iki qəpik) manat əsas borc, 20 (iyirmi) manat cərimə, xx.xx.2022-ci il tarixli 04091033 saylı müqavilə üzrə 333.06 (üç yüz otuz üç manat altı qəpik) manat əsas borc, 10 (on) manat cərimə və dövlət rüsumuna görə 45.54 (qırx beş manat əlli dörd qəpik) manat pul alınıb iddiaçı "xxxx" MMC-nin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov
Məhkəmə qərarları › İş №e-2(036)-2228/2023
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(036)-2228/2023
04.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver