Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № e-2(036)-2275/2024 21.11.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Mahmud Orxan Əlövsət oğlu, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh qarşı “subroqasiya qaydasında pulun tutulması” tələbinə dair ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “subroqasiya qaydasında pulun tutulması” tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət edərək, 250 (iki yüz əlli) manat sığorta ödənişi məbləğinin və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun Cavabdeh tutularaq "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixdə, saat 20:30 radələrində Bakı şəhəri Z.Bünyadov ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində, Cavabdeh idarə etdiyi “VAZ 21074” markalı, **-LP-*** dövlət qeydiyyat nişanlı avtomobil, X2 idarə etdiyi “Mercedes Benz E 350” markalı, **-PP-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə sonuncuya maddi ziyan dəymişdir. X2 idarə etdiyi “Mercedes Benz E 350” markalı, **-PP-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC tərəfindən xx.xx.2021-ci il tarixində sığortalanmış, tam sığorta təminatı almışdır. xx.xx.2021-ci il tarixli zərər aktından görünür ki, baş verən yol-nəqliyyat hadisəsi nəticəsində "xxxx" MMC-yə məxsus “Mercedes Benz E 350” markalı, **-PP-*** dövlət qeydiyyat nişanlı avtomobilə 350 manat məbləğində maddi zərər dəymişdir. "xxxx" ASC tərəfindən “Mercedes Benz E 350” markalı, **-PP-*** dövlət qeydiyyat nişanlı avtomobil tam sığorta olunduğundan, X3 Mülki Məcəllənin 931-ci maddəsinə əsasən, sığorta ödənişi həyata keçirilmişdir. Mülki Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. VAZ 21074” markalı, **-LP-*** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçı tərəfindən xx.xx.2020-ci il tarixindən xx.xx.2021-ci il tarixinə qədər PXA ********** saylı icbari sığorta şəhadətnaməsi ilə avtonəqliyyat sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalandığından, "xxxx" ASC-nin qeyd edilən nəqliyyat vasitəsini sığortalamış sığortaçı "xxxx" ASC-yə qarşı subroqasiya hüququ yaranmış, buna görə də xx.xx.2021-ci il tarixli ödəniş sənədindən göründüyü kimi, zərərin məbləği olaraq 250.00 manat iddiaçı tərəfindən "xxxx" ASC-nin bank hesabına ödənilmişdir. YNH-nin təfərrüatları barədə Bakı şəhəri DYPİ-nin arayışından və xx.xx.2021-ci il tarixli inzibati xəta haqqında protokoldan göründüyü kimi, Həmidov X4 Xətalar Məcəlləsinin 327.1-ci və 327.6-cı maddələri ilə təqsirli bilinmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.1-ci maddəsinə əsasən, pul vəsaiti alınması haqqındakı iddialarda iddianın qiyməti alınan məbləğlə müəyyən edilir. Belə olan halda, məhkəmə iddia ərizəsi üzrə tələb olunan məbləğin iki min manatdan az olduğunu nəzərə alaraq, hazırki mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. İş üzrə cavabdeh qanunvericilikdə nəzərdə tutulmuş qaydada bildiriş göndərilsə də, o, əsaslandırılmış etirazını, öz dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə ərizənin dəlillərini nəzərə alaraq iş üzrə təqdim olunmuş digər sübutları yoxlayıb hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin olunmalıdır. İşdə olan xx.xx.2020-ci il tarixli PXA********** nömrəli İcbari Sığorta müqaviləsinə dair məlumataə əsasən sığortaçı xx.xx.2020-xx.xx.2021 sığorta müddətində “Vaz 21074” markalı **-LP-*** dövlət nömrə nişanlı avtomobilin idarə olunması zamanı sığorta riskləri olduğu təqdirdə əmlaka dəyən zərərə görə 5000,0 manat və sağlamlığa vurulan zərərə görə 5000,0 manat məbləğində sığorta təminatı vermişdir. İşdə olan İnzibati xəta haqqında protokolun surətinə əsasən oğlu Cavabdeh idarə etdiyi Vaz 21074” markalı **-LP-*** dövlət qeydiyyat nişanlı avtomaşınla xx.xx.2021-ci il tarixdə, saat 20:30 radələrində Bakı şəhərində hərəkətdə olarkən yol hərəkəti qaydalarını pozaraq AR İXM-nin 327.1 və 327.6-cı maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İşdə olan PXA98941 nömrəli Sığorta Aktının surətinə əsasən PXA********** nömrəli Sığorta müqaviləsi ilə xx.xx.2020-xx.xx.2021 sığorta müddətində sığortaçı "xxxx" ASC-də sığortalanmış “Vaz 21074” markalı **-LP-*** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2021-ci il tarixdə, saat 20:30 radələrində Bakı şəhərində baş vermiş yol nəqliyyat hadisəsində toqquşmuş, X2 idarə etdiyi “Mercedes Benz E 350” markalı, **-PP-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsi nəticəsində dəymiş zərər 350,0 manat məbləğində müəyyən olunmuş, sığorta ödənişi 250,0 manat təşkil etmişdir. İşdə olan xx.xx.2021-ci il tarixli 8897 nömrəli Ödəniş tarşırığının surətinə əsasən Xalq Sığorta» ASC PXA98941 saylı Sığorta Aktına əsasən "xxxx" ASC-yə 250 manat ödəmişdir. İş materialları ilə müəyyən olunur ki, X1 məxsus “Vaz 21074” markalı **-LP-*** dövlət nömrə nişanlı avtomobil xx.xx.2020-ci ildən xx.xx.2021-ci ilədək "xxxx" ASC-də icbari sığorta növündə sığortalanmış, beləliklə tərəflər arasında öhdəliklər yaranmışdır. Cavabdeh xx.xx.2021-ci il tarixdə “Vaz 21074” markalı **-LP-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yol nəqliyyat hadisəsi baş vermiş və hadisə nəticəsində X2 idarə etdiyi “Mercedes Benz E 350” markalı, **-PP-*** dövlət qeydiyyat nişanlı avtomobillə ziyan dəymişdir. “Mercedes Benz E 350” markalı, **-PP-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC tərəfindən xx.xx.2021-ci il tarixində sığortalanmış, tam sığorta təminatı almışdır. xx.xx.2021-ci il tarixli zərər aktından görünür ki, baş verən yol-nəqliyyat hadisəsi nəticəsində "xxxx" MMC-yə məxsus “Mercedes Benz E 350” markalı, **-PP-*** dövlət qeydiyyat nişanlı avtomobilə 350 manat məbləğində maddi zərər dəymişdir. "xxxx" ASC tərəfindən “Mercedes Benz E 350” markalı, **-PP-*** dövlət qeydiyyat nişanlı avtomobil tam sığorta olunduğundan, X3 Mülki Məcəllənin 931-ci maddəsinə əsasən, sığorta ödənişi həyata keçirilmişdir. "xxxx" ASC-nin qeyd edilən nəqliyyat vasitəsini sığortalamış sığortaçı "xxxx" ASC-yə qarşı subroqasiya hüququ yaranmış, buna görə də xx.xx.2021-ci il tarixli ödəniş sənədindən göründüyü kimi, zərərin məbləği olaraq 250.00 manat "xxxx" ASC tərəfindən "xxxx" ASC-nin bank hesabına ödənilmişdir. Ona görə də, 250 (iki yüz əlli) manat pul Cavabdeh tutularaq "xxxx" ASC-yə ödənilməlidir Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. (MM-936.2) Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. (MM-936.5) Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. (MM-1114.1) Məhkəmə qeyd edir ki, “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 50.1-ci maddəsinə əsasən, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası mexaniki avtonəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində fiziki şəxslərin sağlamlığına, həmçinin fiziki və hüquqi şəxslərin əmlakına vurduğu zərərlərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. Həmin Qanunun 63.1-ci maddəsinə əsasən, Bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən X5 oğlunun mülkiyyətində olan “Vaz 21074” markalı **-LP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən Cavabdeh hadisə yerindən yayınması, onun mülki məsuliyyətinin icbari sığortası üzrə sığortaçı "xxxx" ASC tərəfindən faydalanan şəxs "xxxx" ASC-yə 250 manat məbləğində sığorta ödənişi ödənilməsini nəzərə alaraq belə hesab edir ki, iddiaçının cavabdehə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranmışdır. Belə olan halda, iddiaçı ödədiyi sığorta ödənişi məbləğini Cavabdeh geri tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan, iddia tələbi isə tam təmin olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh 250 (iki yüz əlli) manat sığorta ödənişi məbləği və 30 (otuz) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 280 (iki yüz səksən) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-230, 222, 229, 284-1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 250 (iki yüz əlli) manat sığorta ödənişi məbləği və 30 (otuz) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 280 (iki yüz səksən) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Mahmud
Məhkəmə qərarları › İş №e-2(036)-2275/2024
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(036)-2275/2024
21.11.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver