Məhkəmə qərarları › İş №e-2(036)-2309/2023

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(036)-2309/2023

12.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № e-2(036)-2309/2023 12.09.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlu İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbi barədə iddiasına dair mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh kredit müqaviləsi üzrə borcun tutulması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edib Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2020-ci il tarixli GTKR5020232A167 saylı kredit müqaviləsinə əsasən 2275.46 manat əsas borc, 173.63 manat faiz borcu, xx.xx.2021-ci il tarixli BRED4316064A167 saylı kredit müqaviləsinə əsasən 135.04 manat əsas borc, 30.52 manat faiz borcu və dövlət rüsumu kimi dövlət büdcəsinə ödənilmiş 46.15 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşdə olan kreditor İddiaçı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli GTKR5020232A167 saylı kredit müqaviləsinin surətinə əsasən müqavilə tərəfləri borcalana illik 19 faizlə 35 ay müddətinə 3030 manat məbləğində kredit verməsi barədə razılığa gəlmişlər. İşdə olan kreditor İddiaçı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli BRED4316064A167 saylı kredit kartına dair müqaviləsinin surətinə əsasən müqavilə tərəfləri borcalana illik 25 faizlə kredit verilməsi barədə razılığa gəlmişlər. İşdən görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixli GTKR5020232A167 saylı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş və həmin müqavilə üzrə 2275.46 manat əsas borc, 173.63 manat faiz borcu hesablanmışdır; Cavabdeh xx.xx.2021-ci il tarixli BRED4316064A167 saylı kredit kartı müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş və həmin müqavilə üzrə 135.04 manat əsas borc, 30.52 manat faiz borcu hesablanmışdır. AR Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə, və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə tədqiq olunmuş sübutlara yuxarıda qeyd olunan hüquq normalarına əsasən qiymət verərək hesab edir ki, Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2020-ci il tarixli GTKR5020232A167 saylı kredit müqaviləsinə əsasən 2275.46 manat əsas borc, 173.63 manat faiz borcu, xx.xx.2021-ci il tarixli BRED4316064A167 saylı kredit kartı müqaviləsinə əsasən 135.04 manat əsas borc, 30.52 manat faiz borcu və ödənilmiş dövlət rüsumuna görə 46.15 manat tutulmalıdır . Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddia tələbi təmin olunsun. Cavabdeh xx.xx.2020-ci il tarixli GTKR5020232A167 saylı kredit müqaviləsinə əsasən 2275.46 (iki min iki yüz yetmiş beş manat qırx altı qəpik) manat əsas borc, 173.63 (bir yüz yetmiş üç manat altmış üç qəpik) manat faiz borcu; xx.xx.2021-ci il tarixli BRED4316064A167 saylı kredit kart müqaviləsinə əsasən 135.04 (bir yüz otuz beş manat dörd qəpik) manat əsas borc, 30.52 (otuz manat əlli iki qəpik) manat faiz borcu və ödənilmiş dövlət rüsumuna görə 46.15 (qırx altı manat on beş qəpik) manat tutulub İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar