Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № e-2(036)-2337/2023 20.11.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Əsədli Xuraman Emin qızının katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəlməsi tələbi barədə iddiasına dair mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəlməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edib Cavabdeh İddiaçı ASC-nin xeyrinə 2879.73 manat əsas borc, 13.23 manat faiz borcu və 48.93 manat dövlət rüsumu tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş «Kio Rio» markalı, ağ rəngli, **-FJ- *** dövlət nömrə nişanlı minik avtomobilinə yönəldilməsi, avtomobilin açıq hərracdan satılaraq satışdan əldə olunmuş vəsaitin borcun ödənilməsinə yönəldilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşdə olan kreditor İddiaçı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 116838-1-8578/3 saylı nağd pul krediti müqaviləsinin surətinə əsasən Bank tərəfindən borcalana 60 ay müddətinə illik 1 faizllə cəmi 5701.96 manat məbləğində kredit verilmişdir. İşdə 18 dekabr 2019-cu il tarixli 1168xx-xx-12220 saylı “Daşınar əmlakın sonrakı ipoteka müqaviləsi (avtomobil)”-nin surətinə əsasən Cavabdeh məxsus olan 16434,0 ( on altı min dörd yüz otuz dörd) ABŞ dolları dəyərində «Kio Rio» markalı **-FJ-*** dövlət nömrə nişanlı minik avtomobil İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 116838-1- 8578/3 saylı nağd pul krediti müqaviləsi üzrə borcalanın öhdəliklərinin icrasına görə ipoteka ilə yüklü edilir. İşdə olan Ödəniş Cədvəlinə əsasən Cavabdeh İddiaçı ASC-dən aldığı 5701.96 manat kredit məbləğini cəmi 174.27 manat faizlə birlikdə ayda 121.23 manat ödəməklə xx.xx.2020-ci il tarixdən xx.xx.2024-cü il tarixədək tam şəkildə ödəyib qutarmağı öhdəsinə götürmüşdür. İşdə olan İpoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən verilmiş AA 101317 saylı çıxarışa əsasən Cavabdeh «Kio Rio» markalı, **- FJ-*** dövlət nömrə nişanlı avtomobil İddiaçı ASC-nin xeyrinə qeydiyyata alınmışdır. AR Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən şəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə, və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. «İpoteka Haqqında» Azərbaycan Respublikasının Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 2879.73 manat əsas borc, 13.23 manat faiz borcu, 48.93 manat dövlət rüsumu tutulmalı və tutma ipoteka ilə yüklü edilmiş «Kio Rio» markalı, ağ rəngli, **-FJ-*** dövlət nömrə nişanlı minik avtomobilinə yönəldilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220,227,233,357 və 360-cı maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddia tələbi təmin olunsun. Cavabdeh 2879.73 (iki min səkkiz yüz yetmiş doqquz manat yetmiş üç qəpik) manat əsas borc, 13.23 (on üç manat iyirmi üç qəpik) manat faiz borcu və ödənilmiş dövlət rüsumuna görə 48.93 (qırx səkkiz manat doxsan üç qəpik) manat tutulub İddiaçı ASC -nin xeyrinə ödənilsin. Tutma ipoteka predmetinə yönəldilsin. İpoteka ilə yüklü edilmiş «Kio Rio» markalı **-FJ-*** dövlət nömrə nişanlı minik avtomobili açıq hərracdan satılaraq satışdan əldə olunmuş vəsait kredit borcunun ödənilməsinə yönəldilsin. İpoteka predmetinin hərracdan ilkin satış qiyməti 16454,0 ( on altı min dörd yüz əlli dörd) ABŞ dollarının manat məzənnəsi məbləğində müəyyən edilsin. Qətnamədən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov
Məhkəmə qərarları › İş №e-2(036)-2337/2023
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(036)-2337/2023
20.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver