Azərbaycan Respublikası adından QƏRARDAD İmişli rayonu İş № e-2(036)-2369/2025 23.07.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Ağakişiyeva Lətafət Almazxan qızı, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraata baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixli güzəştli kredit müqaviləsi üzrə yaranmış 2355.41 manat əsas borcun, 4.19 manat faiz borcu və 43.59 manat məbləğində dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutulub onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsinin qaytarılmasına dair iddiaçının xx.xx.2025-ci il tarixli ərizəsini və iş materiallarında olan sənədləri nəzərdən keçirib hesab edir ki, Azərbaycan Respublikası MPM-in 152.1.9-cu maddəsinin tələbinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.9-cu maddəsinə əsasən, iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılsın. “X2” vasitəsilə ödənilmiş 43,59 (qırx üç manat əlli doqquz qəpik) manat məbləğində dövlət rüsumu (mədaxil qəbzinin nömrəsi **********, tarixi xx.xx.2025-ci il) X1 İdarəsi tərəfindən İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq İmişli Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Lətafət Ağakişiyeva
Məhkəmə qərarları › İş №e-2(036)-2369/2025
İmişli Rayon Məhkəməsi Qərardad — İş №e-2(036)-2369/2025
23.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver