Məhkəmə qərarları › İş №e-2(036)-2371/2022

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(036)-2371/2022

31.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № e-2(036)-2371/2022 31.10.2022 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi və Məmmədli Nadir Cabir oğlunun katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ASC Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edib Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2019-cu il tarixli **********01944208 saylı kredit kart müqaviləsinin əsasən 68.25 manat əsas borc, 17.95 manat faiz borcu, xx.xx.2021-ci il tarixli GTKR3733450A120 saylı kredit müqaviləsinin əsasən 10140.09 manat əsas borc, 1691.95 manat faiz borcu və dövlət rüsumu kimi dövlət büdcəsinə ödənilmiş 125.75 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşdə olan kreditor İddiaçı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli **********01944208 saylı kredit kartına dair müqaviləsinin surətinə əsasən müqavilə tərəfləri borcalana illik 25.0 faizlə 36 ay müddətinə 300.00 manat məbləğində kredit verməsi barədə razılığa gəlmişlər. İşdə olan kreditor İddiaçı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli GTKR3733450A120 saylı kredit müqaviləsinin surətinə əsasən müqavilə tərəfləri borcalana illik 28.00 faizlə 48 ay müddətinə 10600.00 manat məbləğində kredit verilməsi barədə razılığa gəlmişlər. İşdə olan xx.xx.2021-ci il tarixli Kassa məxaric orderinin surətinə əsasən həmin gün İddiaçı ASC-nin Sabunçu filialından Cavabdeh 10600.00 manat pul nağd olaraq verilmişdir. İşdə olan ödəniş cədvəlinə əsasən Cavabdeh İddiaçı ASC-dən aldığı 10600.00 manat kredit məbləğini cəmi 7146.12 manat faizlə birlikdə ayda 369.43 manat ödəməklə xx.xx.2021-ci il tarixdən xx.xx.2025-ci il tarixədək tam şəkildə ödəyib qutarmağı öhdəsinə götürmüşdür. İşdən görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixli **********01944208 saylı kredit kartı müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş və həmin müqavilə üzrə 68.25 manat əsas borc, 17.95 manat faiz borcu hesablanmışdır; Cavabdeh xx.xx.2021-ci il tarixli GTKR3733450A120 saylı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş və həmin müqavilə üzrə 10140.09 manat əsas borc, 1691.95 manat faiz borcu hesablanmışdır. AR Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə, və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə tədqiq olunmuş sübutlara yuxarıda qeyd olunan hüquq normalarına əsasən qiymət verərək hesab edir ki, Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2019-cu il tarixli **********01944208 saylı kredit kartı müqaviləsinə əsasən 68.25 manat əsas borc, 17.95 manat faiz borcu, xx.xx.2021ci il tarixli GTKR3733450A120 saylı kredit xətti müqaviləsinə əsasən 10140.09 manat əsas borc, 1691.95 manat faiz borcu və ödənilmiş dövlət rüsumuna görə 125.75 manat tutulmalıdır . Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: İddia tələbi təmin olunsun. Cavabdeh xx.xx.2019-cu il tarixli **********01944208 saylı kredit kart müqaviləsinə əsasən 68.25 (altmış səkkiz manat iyirmi beş qəpik) manat əsas borc, 17.95 (on yeddi manat doxsan beş qəpik) manat faiz borcu; xx.xx.2021-ci il tarixli GTKR3733450A120 saylı kredit müqaviləsinə əsasən 10140.09 (on min yüz qırx) manat əsas borc, 1691.95 (min altı yüz doxsan bir manat doxsan beş qəpik) manat faiz borcu və ödənilmiş dövlət rüsumuna görə 125.75 (yüz iyirmi beş manat yetmiş beş qəpik) manat tutulub İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar