Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № e-2(036)-2379/2023 07.11.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi və Əsədli Xuraman Emin qızının katibliyi ilə, iddiaçı "xxxx" KB ASC-nin cavabdehlər, Cavabdeh1 və qeyrilərinə qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbi barədə iddiasına dair mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" KB ASC cavabdehlər, Cavabdeh1 və qeyrilərinə qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edib cavabdehlər, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 632.19 manat əsas borc, 17.08 manat faiz borcu, cəmi 649.27 manat və ödənilmiş dövlət rüsumuna görə 30.40 manat tutularaq cəmiyyətin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər, Cavabdeh1 və Cavabdeh2 ərizə verib iddia müddətinin keçdiyinə əsaslanaraq iddia tələbinin rədd edilməsini xahiş etmişlər. İşdə olan kreditor "xxxx" KB ASC ilə borcalan X3 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 45056sBANK/15 saylı kredit müqaviləsinin surətinə əsasən müqavilə tərəfləri borcalana illik 27 faiz ödəmək şərtilə 2060 manat məbləğində kredit verilməsi barədə razılığa gəlmişlər. İşdə olan AZ-İ 814313 nömrəli Ölüm haqqında şəhadətnamənin surətinə əsasən X3 xx.xx.2016-cı ildə ölmüşdür. İşdə olan İmişli Regional “Asan Xidmət” Mərkəzində notariat ofisi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 121 saylı məlumata əsasən xx.xx.2016-cı il tarixdə vəfat etmiş X2 qanun üzrə vərəsələrinin müraciətləri əsasında xx.xx.2017-ci il tarixdə vərəsəlik işi açılmış və xx.xx.2017-ci il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qanun üzrə vərəsəlik üzrə X1 miras qalmış torpaq sahəsindən pay almışdır. AR Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, kreditor "xxxx" KB ASC ilə borcalan X3 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 45056sBANK/15 saylı kredit müqaviləsi üzrə annuitet ödəmələrinin dayandırdığı vaxtdan sonrakı üç il müddətində iddia qaldırmayaraq tələb üzrə iddia müddətini ötürmüşdür. Ona görə də, iddiaçı "xxxx" KB ASC-nin cavabdehlər, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı xx.xx.2015-ci il tarixli 45056sBANK/15 saylı kredit müqaviləsi üzrə borcun tutulması tələbi barədə iddiası təmin edilməməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220,227,233,357 və 360-cı maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddia tələbi təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov
Məhkəmə qərarları › İş №e-2(036)-2379/2023
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(036)-2379/2023
07.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver