Məhkəmə qərarları › İş №e-2(036)-2382/2023

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(036)-2382/2023

12.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № e-2(036)-2382/2023 12.12.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Əsədli Xuraman Emin qızının katibliyi ilə, iddiaçı LPO İddiaçı ASC-nin cavabdehlər, Cavabdeh1 və qeyrisinə qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbi barədə iddiasına dair mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı LPO İddiaçı ASC cavabdehlər, Cavabdeh1 və qeyrisinə qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edib iddiaçı LPO İddiaçı ASC-nin xeyrinə cavabdehlər, Cavabdeh1 və Cavabdeh2 1287.31 ABŞ dolları əsas borc, 622.01 ABŞ dolları faiz borcu, 3622.31 ABŞ dolları cərimə, 191.70 ABŞ dolları kredit müqaviləsinin müddəti bitdikdən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış borc və ödənilmiş dövlət rüsumuna görə 117.30 manat tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşdə olan kreditor LPO İddiaçı ASC ilə borcalan Cavabdeh1 arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 02 saylı müqaviləyə əsasən xx.xx.2014-cü il tarixli 30002341 saylı kredit müqaviləsinə dəyişiklərin edilməsi barədə aşağıdakı razılığa gəlmişlər; Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (bundan sonra “restrukturizasiya edilmiş kredit”) 5991.26 (BEŞ MİN DOQQUZ YÜZ DOXSAN BİR ABŞ DOLLARİ İYİRMİ ALTİ SENT) USD təşkil edir; Ödəniş qrafiki üzrə Borcalan tərəfindən manatla ödənişlər kreditor tərəfindən 1 USD=1.40 AZM məzənnəsi əsas götürülməklə qəbul edilir. Ödəniş qrafiki üzrə ödəniş edildiyi tarixə müvafiq xarici valyuta üzrə Mərkəzi Bankın mövcud məzənnəsi qeyd olunan məzənnədən aşağı düşərsə, Borcalan tərəfindən ödənişlər həmin tarixə Mərkəzi Bankın mövcud məzənnəsi əsas götürülməklə ödənilir; Borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığının tərkibi 2679.07 (İKİ MİN ALTİ YÜZ YETMİŞ DOQQUZ ABŞ DOLLARİ YEDDİ SENT) USD əsas borc, 2240.56 (İKİ MİN İKİ YÜZ QİRX ABŞ DOLLARİ ƏLLİ ALTİ SENT) USD faiz borcu və 1071.63 (BİR MİN YETMİŞ BİR ABŞ DOLLARİ ALTMİŞ ÜÇ SENT) USD cərimə borcu təşkil edir. Müqaviləyə əlavə edilmiş Ödəniş cədvəlinin surətinə əsasən Borcalan Cavabdeh1 ona verilən 2679.07 ABŞ dolları məbləğində krediti 343.24 ABŞ dolları faizlə birlikdə xx.xx.2017-ci il tarixdən başlayaraq xx.xx.2020-ci il tarixədək hissə-hissə ödəyib qurtarmağı öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2017-ci il tarixli Zaminlik müqaviləsinə əsasən Cavabdeh2 Cavabdeh1 ilə LPO İddiaçı ASC-nin arasında bağlanmış xx.xx.2014-cü il tarixli 30002341 saylı kredit müqaviləsi üzrə Borcalanın öhdəliklərinin icra edilməsi üçün öz üzərilərinə borcalanla eyni ölçüdə öhdəlik götürmüşdür. AR Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 461.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. AR Mərkəzi Bankı İH-nin 22 iyul 2000-ci il tarixli 12 nömrəli protokol Qərarının 2.2-ci bəndində göstərilmişdir ki, kredit təşkilatları əsas məbləğləri və faizləri “yaxşı təmin edilmiş” və “ yığılma prosesində olan” kreditlər (hər iki şərt birgə yerinə yetirilirsə) istisna edilməklə, kreditlərin qaytarılma müddətindən aslı olmayaraq faizlərin, yaxud əsas məbləğin ödənişi kredit müqaviləsi üzrə nəzərdə tutulmuş vaxtdan 90 gün və daha çox gecikdirilirsə “faizləri hesablanmayan kreditlər” statusu verərək faizlərin hesablanmasını dayandırır. Məhkəmə tədqiq olunmuş sübutlara yuxarıda qeyd olunan hüquq normalarına əsasən qiymət verərək hesab edir ki, Kreditor LPO "xxxx" ASC xx.xx.2017-ci il tarixli, 02 saylı kredit müqaviləsi üzrə əsas kredit məbləğinin və hesablanmış faizlərin cədvələ əsasən ödənilməsi üçün vaxtından ağlabatan tədbirlər görməmiş və müqavilədə nəzərdə tutulduğundan artıq müddətə faiz hesablayaraq borclunun məsuliyyət ölçüsünü artırmışdır. Ona görə də iddia tələbi kredit müddəti bitdikdən sonra hesablanmış faizin tutulması hissəsində təmin edilməməli, cavabdehlər, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1287.31 ABŞ dolları əsas borc, 622.01 ABŞ dolları faiz borcu, 100 ABŞ dolları cərimə borcu, ümumilikdə, 2009.32 ABŞ dolları məbləğində borc və dövlət rüsumuna görə 117.30 manat tutulmalıdır. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddia tələbi qismən təmin olunsun. Cavabdehlər, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada ödəniş vaxtı məzənnədə milli valyuta ilə 1287.31 (bir min iki yüz səksən yeddi dollar otuz bir sent) ABŞ dolları əsas borc, 622.01 (altı yüz iyirmi iki dollar bir sent) ABŞ faiz borcu, 100 (bir yüz) ABŞ dolları cərimə və ödənilmiş dövlət rüsumuna görə 117.30 (bir yüz on yeddi manat otuz qəpik) manat tutulub iddiaçı LPO İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar