Məhkəmə qərarları › İş №e-2(036)-2601/2022

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(036)-2601/2022

14.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № e-2(036)-2601/2022 14.10.2022 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Məmmədli Nadir Cabir oğlunun katibliyi ilə iddiaçı LPO "xxxx" ASC-nin cavabdehlər, Cavabdeh3 və qeyrilərinə qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbi barədə iddiasına dair mülki işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı LPO "xxxx" ASC cavabdehlər, Cavabdeh3 və qeyrilərinə qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edib iddiaçı LPO "xxxx" ASC-nin xeyrinə cavabdehlər, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 1116.24 manat əsas borc, 664.67 manat faiz borcu, 2130.67 manat cərimə, 167.84 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış borc və ödənilmiş dövlət rüsumuna görə 60.80 manat tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşdə olan kreditor LPO "xxxx" ASC ilə borcalan Cavabdeh3 arasında bağlanmış xx.xx.2015-ci il tarixli ********* nömrəli kredit müqaviləsinə əsasən müqavilə tərəfləri borcalana illik 30 faizlə 24 ay müddətinə 5000 USD məbləğində kredit verməsi barədə razılığa gəlmişlər. İşdə olan xx.xx.2015-ci il tarixli ********* nömrəli Zaminlik müqaviləsinə əsasən Cavabdeh2 və Cavabdeh1 Cavabdeh3 ilə LPO "xxxx" ASC-nin arasında bağlanmış xx.xx.2015-ci il tarixli ********* nömrəli kredit müqaviləsi üzrə Borcalanın öhdəliklərinin icra edilməsi üçün öz üzərilərinə borcalanla eyni ölçüdə öhdəlik götürmüşdür. İşdən görünür ki, Cavabdeh3 xx.xx.2015-ci il tarixli ********* nömrəli kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, nəticədə sözü gedən kredit müqaviləsi üzrə ödənilməmiş 1116.24 manat əsas borc, 664.67 manat faiz borcu, 2130.67 manat cərimə, 167.84 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra əlavə faiz hesablanmışdır. AR Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir.Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir.Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” AR Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının 1-ci bəndində göstərilmişdir ki, fiziki şəxslərin banklara 10.000 ( on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi 2015-ci ilin fevral ayının 21-nə xarici valyutada mövcud olan əsas kredit borcuna münasibətdə- 1 ABŞ dollarına 0,25 manat ( 0,12 ABŞ dolları) kimi (1.1); 2015-ci ilin fevral ayının 22-dən həmin il dekabrın 21-dək bağlanmış kredit müqavilələri üzrə xarici valyutada mövcud olan əsas kredit borcuna münasibətdə-1 ABŞ dollarına 0,6 manat ( 0,35 ABŞ dolları) kimi qiymətləndirilməklə , bu Fərman qüvvəyə mindiyi günə AR MBnın elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilir. Fərmanın 5.1-ci bəndində göstərilmişdir ki, bu Fərmanın qüvvəyə mindiyi tarixə xarici valyutada əsas məbləği 10.000 ABŞ dollarınadək, milli valyutada isə 17.000 manatadək olan kreditlər üzrə fiziki şəxslərin keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə AR MBNP-nin müraciəti əsasında, banklara 382.000.000,0 manat məbləğinədək dövlət zəmani ilə təmin edilmiş güzəştli kredit verilməsi təmin edilir. Fərmanın 6.2-ci bəndində göstərilmişdir ki, fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görsünlər; Fərmanın 8.8-ci bəndində göstərilmişdir ki, güzəştli kredit dedikdə fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə onlara banklar tərəfindən illik faiz dərəcəsi 1 faiz, banklara isə AR MB tərəfindən illik faiz dərəcəsi 0,1 faiz olmaqla 5 il (1 il güzəşt müddəti ilə) müddətinə verilən kreditlər nəzərdə tutulur. Fərmanın 8.9-cu bəndində göstərilmişdir ki faizlərn silinməsi dedikdə vaxtı keçmiş kredit borcları üzrə hesablanmış faizlərin və və dəbbə pulunun silinməsi nəzərdə tutulur. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, xx.xx.2015-ci il tarixli müqavilə üzrə öhdəliyin icra müddəti xx.xx.2018-ci il tarixdə bitdiyindən Cavabdeh2 və Cavabdeh1 zaminliyinə xitam verilmişdir.Cavabdeh3 həmin kredit müqaviləsi üzrə yaranmış borcu restrukturizasiya olunduqundan ondan 1116.24 (min yüz on altı manat iyirmi dörd qəpik) manat əsas borc və ödənilmiş dövlət rüsumuna görə 60.80 (altmış manat səksən qəpik) manat iddiaçı LPO "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: İddia tələbi qismən təmin olunsun. Cavabdeh3 1116.24 (min yüz on altı manat iyirmi dörd qəpik) manat əsas borc və ödənilmiş dövlət rüsumuna görə 60.80 (altmış manat səksən qəpik) manat tutulub iddiaçı LPO "xxxx" ASCnin xeyrinə ödənilsin. Qətnamədən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar