Məhkəmə qərarları › İş №e-2(036)-2623/2025

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(036)-2623/2025

27.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № e-2(036)-2623/2025 27.10.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayeva Gülsaba Xeyrulla qızının sədrliyi, Sarıyev Əhməd Siracəddin oğlunun katibliyi ilə, İddiaçı X17 İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı kredit borcunun qaytarılması tələbinə dair iddiası üzrə mülki işə İmişli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq,aşağıdakı qətnaməni qəbul etdi: İddiaçının tələbi: İddiaçı X17 İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı kredit borcunun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4ndan 1038.05 manat əsas borc, 12.84 manat faiz borcu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği üzrə 125.72 manat borc olmaqla, cəmi 1176.61 manat borcun və 31 manat məbləğində dövlət rüsumunun tutularaq X17 İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin iddia ərizəsində qeyd edilən halları: İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh X8 arasında bağlanmış xx.xx.2018-ci il tarixli 102MGTK8938388AA nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 48 (qırx səkkiz) ay müddətinə illik 27,84 faiz dərəcəsi ilə 1.426,00 (bir min dörd yüz iyirmi altı manat 00 qəpik ) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin müvafiq bəndinə əsasən kredit və faizlər ödənilmədikdə və yaxud qismən ödənildikdə borc alana bu barədə xəbərdarlıq göndərməklə öhdəliyin vaxtından əvvəl icra olunmasını tələb etmək barədə Bankın hüququ vardır. Kredit müqaviləsinin müvafiq bəndinə əsasən borc öhdəliyini lazımınca icra etmədikdə öhdəliyin icrasının vaxtında əvvəl tələb edilməsi barədə Borc verən Borc alanı xəbərdar etdikdən 3 (üç) iş günü müddətində borc öhdəliyini qeyri-şərtsiz icra etmək Borc alanın vəzifəsidir. AZ-İİ № 093355 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X8 02 avqust 2020-ci ildə vəfat etmiş, qanun üzrə vərəsəlik haqqında şəhadətnamədən görünür ki, Cavabdeh1, Cavabdeh4 Bəykişi oğlu, Cavabdeh2 Bəykişi qızı və Cavabdeh3, (İmişli rayonu Qızılkənd kəndi ünvanında yerləşən ümumi sahəsi 3.3587 ha torpaq sahəsi) miras əmlakdan 1/7 hissədə payalmışdır. Borcun ödənilməsi barədə cavabdehə dəfələrlə şifahi müraciət olunmasına, habelə 12-5/2-/M-21- 9101/2025 saylı 29 may 2025-ci il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2025-ci il tarixə X4 Banka 1.038,05 (bir min otuz səkkiz manat 05 qəpik) manat məbləğində əsas, 12,84 (on iki manat 84 qəpik) manat faiz borcu və AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirmiş vaxt üçün hesablanan faiz məbləği üzrə 125,72 (bir yüz iyirmi beş manat 72 qəpik) manat borc olmaqla ümumilikdə 1.176 (bir min yüz yetmiş altı manat 61 qəpik) manat məbləğində borcu yaranmışdır. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı X17 İddiaçı ASC-nin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 məhkəmə hazırlıq iclasında iştirak etmiş, vərəsəlik qaydasında onların mülkiyyət hüququnun tanındığı torpaq sahəsinin satıldığını bildirmişdir. Digər cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada məlumat göndərilsə də, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: İddiaçı ASC ilə borcalan X8 arasında bağlanmış xx.xx.2018-ci il tarixli 102MGTK8938388AA nömrəli krediti müqaviləsinə əsasən borcluya 48 ay müddətinə, illik 27.84% dərəcəsi ilə 1426 manat məbləğində kredit verilmişdir. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X4 vərəsələri Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4dur. Şəhadətnmaə verilən miras əmlak ƏMDK DƏDK və RPHŞ-nin 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə X5 verilmiş **********67 reyestr nömrəli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən İmişli rayonu, Qızılkənd kəndi ünvanında yerləşən ümumi sahəsi 3.3587 ha torpaq sahəsinin 1/7 hissəsindən ibarətdir. xx.xx.2025-ci il tarixli maliyyə arayışında xx.xx.2018-ci il tarixli 102MGTK8938388AA nömrəli kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixə 1038.05 manat əsas, 12.84 faiz, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği üzrə 125.72 manat borc olmaqla, cəmi 1176.61 manat borcunun mövcud olduğu göstərilmişdir. Məhkəmənin sorğusuna əsasən ƏMDX DƏDK və RPHŞ-nin 6 saylı Beyləqan Ərazi İdarəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli məktubda qeyd olunmuşdur ki, sözügedən müraciətdə qeyd edilən şəxslərin adına İmişli rayonu, Qızılkənd kəndində yerləşən 3.3587 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ (********** qeydiyyat nömrəli, **********67 reyestr nömrəli, xx.xx.2023-cü il qeydiyyat tarixli, ümumbirgə 7 nəfər) KOD:90700108, JN:466 nömrəli Dövlət Aktı, İmişli rayon İHB-nın Qızılkənd kənd İƏDÜ nümayəndəliyinin xx.xx.2023-cü il tarixli 5-53-12-24/230 nömrəli arayışı, Akt, “İmişli regional Asan Xidmət” mərkəzinin xx.xx.2023-cü il tarixli 8i-3634 reyestrli ərizəsi əsasında dövlət reyestrində qeydiyyata alınmışdır. Əlavə olaraq bildirirk ki, xx.xx.2023-cü il tarixli Quba regional “Asan Xidmət “mərkəzində notariat ofisinin xüsusi notariusu X3 təsdiq etdiyi 2V-558 nömrəli, xx.xx.2023-cü il tarixli İmişli regional “Asan Xidmət “ mərkəzində notariat ofisinin xüsusi notariusu X2 təsdiq etdiyi 2V-211 nömrəli və 2V-212 nömrəli Vərəsəlik Hüququ haqqında şəhadətnamə əsasında (**********67 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2023- cü il qeydiyyat tarixli, ümumbirgə 4 nəfər) X10, Cavabdeh4 Bəykişi oğlu, Cavabdeh2 Bəykişi qızı və Cavabdeh1 adına özgəninkiləşdirilmişdir. xx.xx.2023-cü il tarixli İmişli regional “Asan Xidmət“ mərkəzində notariat ofisinin xüsusui notariusu X2 təsdiq etdiyi 4Ə-293 nömrəli alqı-satqı müqaviləsi və xx.xx.2023-cü il tarixli İmişli regioanl “Asan Xidmət“ mərkəzində notariat ofisinin xüsusi notariusu X2 təsdiq etdiyi 8İ-6109 nömrəli ərizə əsasında X7 adına özgəninkiləşdirilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023-cü il tarixli çıxarışa əsasən 3.3587 ha torpaq sahəsi X6, X8, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 ümumi birgə mülkiyyətindədir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023-cü il tarixli çıxarışa əsasən 3.3587 ha torpaq sahəsi Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 ümumi birgə mülkiyyətindədir. xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən sahəsi Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 həmin torpaq sahəsini X1. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023-cü il tarixli çıxarışa əsasən 3.308 ha torpaq sahəsi X7 mülkiyyətindədir. İddiaçı ASC tərəfindən Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 ünvanlanan xx.xx.2025-ci il tarixli bildirişin surətindən görünür ki, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 kredit müqaviləsi üzrə borcun ödənilməsi təklif edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi: Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir Belə ki, işin mübahisəsiz halları ilə müəyyən olunur ki, İddiaçı ASC ilə borcalan X8 arasında bağlanmış xx.xx.2018-ci il tarixli 102MGTK8938388AA nömrəli krediti müqaviləsinə əsasən borcluya 48 ay müddətinə, illik 27.84% dərəcəsi ilə 1426 manat məbləğində kredit verilmişdir. Ölüm haqqında şəhadətnamə ilə müəyyən olunur ki, Muradova Elmira xx.xx.2020-ci il tarixdə vəfat etmiş, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən onun vərəsələri Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4dur. Məhkəmə qeyd edir ki, şəxsi xarakterli hüquq və vəzifələr miras qoyanın vərəsələrinə vərəsəlik qaydasında keçmir. Miras əmlakı təşkil edən maddi dəyərlərə malik olan hüquq (miras əmlaka daxil olan daşınmaz və daşınar əmlakın üzərindəki mülkiyyət və sair əşya hüquqları, tələb hüquqları) və öhdəliklər isə vərəsəlik qaydasında miras qoyanın vərəsələrinə keçir. Mülki Məcəllənin 1306.1-ci maddəsinə uyğun olaraq, vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. Mirasın formal və qeyri-formal üsulla qəbul edilməsindən asılı olmayaraq, mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Bu isə onu göstərir ki, miras qoyanın kreditoru mənafelərinin təmin edilməsi məqsədi ilə tələb hüququnu mirası faktiki qəbul etmiş vərəsələrə qarşı da irəli sürə bilər. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair 16 oktyabr 2020ci il tarixli qərarı.) Mülki Məcəllənin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Mülki qanunvericiliyə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, Mülki Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Cavabdehlər tərəfindən müqavilə üzrə borcun ödənilməsi təmin edilmədiyindən iddiaçı tərəfindən onlara bildiriş göndərilərək borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddia tələbi əsas borcun ödənilməsi hissəsində əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iddianın gecikdirilmiş vaxt üçün hesablanan faiz borcunun tutulması hissəsinə münasibətdə qeyd edir ki, xx.xx.2025-ci il tarixli maliyyə arayışında cavabdehlərin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği üzrə 125.72 manat borcunun mövcud olduğu göstərilmişdir. Məhkəmə iddia tələbinin həmin hissəsi ilə razılaşmır. Belə ki, həmin hissədə müqavilə müddətinin bitdiyi xx.xx.2022-ci il tarixdən maliyyə arayışının tərtib olunduğu xx.xx.2025-ci il tarixədək əsas borca hesablanmış 5 faiz məbləğində borc tələb edilir. İş materiallarında həmin borc məbləği ilə bağlı keçən müddət ərzində cavabdehlərə müraciət olunduğu, öhdəliklərin icrasından qəsdən yayınma halı müəyyən edilməmişdir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 xx.xx.2018-ci il tarixli 102MGTK8938388AA saylı kredit müqaviləsi üzrə 1038.05 manat əsas borc, 12.84 manat məbləğində faiz borcu olmaqla, cəmi 1050.89 (min əlli manat səksən doqquz qəpik) manat məbləğində borc iddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə tutulmalıdır.

Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia qismən təmin edildiyindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 31 manat rüsumunun 30.51 manatı cavabdehlərdən tutularaq iddiaçıya ödənilməli, qalan hissəsi isə iddiaçıya aid edilməlidir. Bundan başqa, MPM-in 107,115, 119.1 və 220.5-ci maddələrinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir və işə baxılması ilə əlaqədar məsrəflərə tərəflərin xəbərdar edilməsi və məhkəməyə çağırılmaları ilə əlaqədar xərclər, həmçinin məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər daxildir. Məhkəmə xərcləri işdə iştirak edən şəxsin bununla bağlı tələbinin və ya vəsatətinin olub-olmamasından asılı olmayaraq tələbin təmin olunan hissəsinə mütənasib olaraq tərəflər arasında bölüşdürülməlidir. Qanunun mənasına görə məhkəmə xərcinin həll edilməsi barədə məsələ hətta iddiaçı tərəfindən iddia tələbinin bir hissəsi kimi ifadə edilsə belə, prosessual qanunvericiliyə əsasən məhkəmənin xidməti vəzifəsinə görə həll edilməli olan məsələ olduğundan iddia tələbinin tərkibinə daxil olmur. Mülki iş üzrə cavabdehlərə məhkəmə iclasının vaxtı barədə xəbərdar edilmələri ilə bağlı xx.xx.2025, xx.xx.2025 və xx.xx.2025-ci il tarixə təyin edilmiş məhkəmə iclasları ilə bağlı sifarişli poçt göndərişləri göndərilmişdir ki, həmin göndərişlərin dəyəri 19.8 manat təşkil edir. Məhkəmə hesab edir ki, iddia qismən təmin olunduğundan 19.8 manatdan ibarət həmin məhkəmə xərci cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 1038.05 manat əsas borc, 12.84 manat məbləğində faiz borcu olmaqla, cəmi 1050.89 (min əlli manat səksən doqquz qəpik) manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun 30.51 (otuz manat əlli bir qəpik) manat hissəsi iddiaçı X17 “«Muğanbank” ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə tutulsun. 19.8 (on doqquz manat 80 qəpik) manatdan ibarət məhkəmə xərci cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Gülsaba Ağayeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar