Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № e-2(036)-265/2025 20.02.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şiralıyeva Günel Mirzə qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Bank Olmayan Kredit X3 Cəmiyyətinin (bundan sonra- İddiaçı BOKT MMC) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Təsviri hissə: İddiaçı BOKT MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun ödənilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edib, "xxxx" BOKT MMC ilə Cavabdeh1 arasında bağlanmış 22 dekabr 2023-cü il tarixli 7005 nömrəli kredit müqaviləsi üzrə 2942.30 (iki min doqquz yüz qırx iki manat otuz qəpik) manat əsas borc, 467.30 (dörd yüz altmış yeddi manat otuz qəpik) manat faiz borcu, 23.36 (iyirmi üç manat otuz altı qəpik) manat cərimə borcu olmaqla, cəmi 3432.96 (üç min dörd yüz otuz iki manat doxsan altı qəpik) manat məbləğində kredit borcunun və iddia ərizəsinin məhkəməyə təqdim edilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 55 (əlli beş) manat məbləğdə dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı BOKT MMC-yə ödənilməsi; iddia tələbi üzrə tutmanın kredit öhdəliyinin təminatı üsulu kimi iddiaçı və cavabdeh arasında bağlanmış 22 dekabr 2023-cü il tarixli 7005 nömrəli girov müqaviləsi üzrə girov predmeti olan 34.4 qram çəkidə qızıl-zinət əşyalarına yönəldilməsi; Girov predmeti olan həmin qızıl-zinət əşyalarının açıq hərracda satılması və iddia tələbi üzrə borcun həmin satışdan əldə edilən pul vəsaiti hesabına İddiaçı BOKT MMC-yə ödənilməsi; Girov predmeti olan həmin qızıl-zinət əşyalarının satışından əldə edilən pul vəsaiti iddia tələbi üzrə borcun ödənilməsi üçün kifayət etmədiyi halda, qalıq borc məbləğinin ümumi icra qaydasında cavabdeh - Quliyeva Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianın dəlilləri: İddiaçı BOKT MMC ilə Cavabdeh1 arasında 22 dekabr 2023-cü il tarixli 7005 nömrəli Kredit Müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, Cavabdeh1 mikro istehlak məqsədi üçün 36 (otuz altı) ay müddətinə, illik 24% (iyirmi dörd faiz) olmaqla 3000 (üç min) manat məbləğdə kredit verilmişdir. 22 dekabr 2023-cü il tarixli 7005 nömrəli Kredit Müqaviləsi üzrə öhdəliyin təminatı qismində, İddiaçı BOKT MMC ilə Cavabdeh1 arasında 22 dekabr 2023-cü il tarixli 7005 nömrəli girov müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən, Cavabdeh1 ona məxsus olan 34.4 qram qızıl-zinət əşyalarını Girov saxlayanın (iddiaçının) xeyrinə girov qoymuşdur. 22 dekabr 2023-cü il tarixli 7005 nömrəli Kredit Müqaviləsi üzrə öhdəliyin icrasının təmini üsulu kimi iddiaçı - İddiaçı BOKT MMC ilə Cavabdeh2 arasında 22 dekabr 2023-cü il tarixli 7005 nömrəli zaminlik müqaviləsi bağlanmış və həmin Zaminlik müqaviləsinə əsasən, Cavabdeh2 22 dekabr 2023-cü il tarixli 7005 nömrəli Kredit Müqaviləsi üzrə öhdəliklərin icra edilməsi üçün əsas borclu ilə birgə məsuliyyət daşımaq barədə öhdəlik götürmüşdür. Həmçinin bildirmişlər ki, Cavabdeh1 uzun müddətdir ki, kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmir. İddiaçı BOKT MMC tərəfindən cavabdehlərə dəfələrlə yazılı və şifahi müraciət edilməsinə baxmayaraq, müqavilə üzrə öhdəliklər hələ də icra edilmir, kredit borcu ödənilmir. İddiaçı tərəfindən tərtib edilmiş maliyyə arayışına əsasən, Cavabdeh1 22 dekabr 2023-cü il tarixli 7005 nömrəli kredit müqaviləsi üzrə 2942.30 (iki min doqquz yüz qırx iki manat otuz qəpik) manat əsas borcu, 467.30 (dörd yüz altmış yeddi manat otuz qəpik) manat faiz borcu, 23.36 (iyirmi üç manat otuz altı qəpik) manat cərimə borcu olmaqla, cəmi 3432.96 (üç min dörd yüz otuz iki manat doxsan altı qəpik) manat məbləğində borc təşkil edir. İddiaçı tərəfindən cavabdehə kredit öhdəliyinin icra edilməsinə dair bildiriş məktubu ünvanlanmışdır (bildiriş məktubu və onların cavabdehə çatdırılmasına dair qəbz ərizəyə əlavə edilir). Buna baxmayaraq cavabdehlər hələ də öz öhdəliklərini icra etməyiblər. Beləliklə, iddiaçının müvafiq tələblər üzrə məhkəməyə müraciət etməkdən başqa çıxış yolu qalmamışdır. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək, təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasında iştirak etməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - "xxxx" BOKT MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 7005 nömrəli kredit müqaviləsindən görünür ki, Bank borclu Cavabdeh1 36 ay müddətinə, illik 24 faiz hesablanmaqla 3000 (üç min) manat məbləğində kredit vermişdir. - "xxxx" BOKT MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 7005 nömrəli girov müqaviləsindən görünür ki, Cavabdeh1 kredit müqaviləsinin təminatı olaraq çəkisi 34.40 qram olan qızıl girov qoymuşdur. Qızılın ümumi dəyəri 2097 manat qiymətləndirilmişdir. - "xxxx" BOKT MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 7005 nömrəli zaminlik müqaviləsindən görünür ki, zamin xx.xx.2023-cü il tarixli, 7005 nömrəli kredit müqaviləsi üzrə Borcalanla birgə kreditor qarşısında kredit müqaviləsinə dair borcalanın daşıdığı öhdəliklər üzrə məsuliyyət daşıyır. - İddiaçı BOKT MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışdan görünür ki, "xxxx" BOKT MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 7005 nömrəli Kredit Müqaviləsi üzrə Cavabdeh1 İddiaçı BOKT MMC-yə olan əsas borcun məbləği 2942.30 manat, faiz borcunun məbləği 467.30 manat, cərimə borcunun məbləği 23.36 manat təşkil edir. - "xxxx" BOKT MMC (hazırkı "xxxx" MMC) tərəfindən borclu Cavabdeh1 və zamin Cavabdeh2 ünvanlanmış pretenziyadan görünür ki, borclu Cavabdeh1 xx.xx.2023-cü il tarixli, 7005 saylı kredit müqaviləsi üzrə "xxxx" BOKT MMC-yə 2890.46 manat əsas, 323.85 manat faiz borcu olmaqla, cəmi 3214.31 manat borcu yaranmışdır. Həmin pretenziya məktubundan görünür ki, cavabdehlərə müqavilə üzrə bütün borc məbləğinin ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı BOKT MMC ilə Cavabdeh1 arasında 22 dekabr 2023-cü il tarixli 7005 nömrəli Kredit Müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, Cavabdeh1 mikro istehlak məqsədi üçün 36 (otuz altı) ay müddətinə, illik 24% (iyirmi dörd faiz) olmaqla 3000 (üç min) manat məbləğdə kredit verilmişdir. 22 dekabr 2023-cü il tarixli 7005 nömrəli Kredit Müqaviləsi üzrə öhdəliyin təminatı qismində, İddiaçı BOKT MMC ilə Cavabdeh1 arasında 22 dekabr 2023-cü il tarixli 7005 nömrəli girov müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən, Cavabdeh1 ona məxsus olan 34.4 qram qızıl-zinət əşyalarını Girov saxlayanın (iddiaçının) xeyrinə girov qoymuşdur. 22 dekabr 2023-cü il tarixli 7005 nömrəli Kredit Müqaviləsi üzrə öhdəliyin icrasının təmini üsulu kimi iddiaçı - İddiaçı BOKT MMC ilə Cavabdeh2 arasında 22 dekabr 2023-cü il tarixli 7005 nömrəli zaminlik müqaviləsi bağlanmış və həmin Zaminlik müqaviləsinə əsasən, Cavabdeh2 22 dekabr 2023-cü il tarixli 7005 nömrəli Kredit Müqaviləsi üzrə öhdəliklərin icra edilməsi üçün əsas borclu ilə birgə məsuliyyət daşımaq barədə öhdəlik götürmüşdür. Lakin, cavabdehlər tərəfindən 22 dekabr 2023-cü il tarixli 7005 saylı Kredit müqaviləsinin şərtləri pozulmuş, öhdəliklər icra edilməmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. (MM-739.2.) - 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barədə girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. - 295-ci maddəsinə əsasən, girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. - 298.2-ci maddəsinə əsasən, bu Məcəllənin 298.1-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra girov qoyulmuş əşyanın satışından əldə olunan vəsaitin qalan hissəsi girov qoyulmuş əşyanın satılmasından 10 (on) iş günü müddətində girov qoyana qaytarılır. - 298.3-cü maddəsinə əsasən, əgər girov qoyulmuş əşyanın satışından götürülən məbləğ girov saxlayanın tələbini ödəmək üçün yetərli deyildirsə, girov saxlayan çatışmayan məbləği, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əşyasından almaq hüququna malikdir. Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair qərarına əsasən:
1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır.
2. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinə əsasən, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında həmin Məcəllənin 423.2 və 424.3-cü maddələrinə uyğun olaraq tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. Bu müqavilənin ləğvinin xüsusi qaydası olmaqla, məhkəmə qərarının qüvvəyə minməsi ilə əlaqələndirilmişdir.
3. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır.
4. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır.
5. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. Göründüyü kimi, iddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyini icra etsə də, cavabdeh ödəməli olduğu kredit məbləğini banka ödəməkdən yayınmış və nəticədə onun maliyyə arayışına əsasən İddiaçı BOKT MMC-yə 2942.30 manat əsas, 467.30 manat faiz borcu, 23.36 manat cərimə borcu olmaqla, cəmi 3432.96 manat borcu, pretenziya məktubuna əsasən isə 22 dekabr 2023-cü il tarixli 7005 saylı kredit müqaviləsi üzrə İddiaçı BOKT MMC-yə 2890.46 manat əsas, 323.85 manat faiz borcu olmaqla, cəmi 3214.31 manat borcu yaranmışdır. Məhkəmə iş materiallarını araşdırıb, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli qərarındakı hüquqi mövqeyi (ikitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Mülki Məcəllənin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır.) nəzərə alaraq hesab edir ki, hazırki mülki iş üzrə 22 dekabr 2023-cü il tarixli 7005 saylı kredit müqaviləsinə əsasən əsas və faiz borcu cavabdehə ünvanlanmış pretenziya məktubundan (iradə ifadəsinin təsdiqindən) hesablanmalıdır. Məhkəmə hesab edir ki, iddiaçı dəbbə pulunun ödənilməsini tələb etmək hüququna malikdir və əsas borc və dəbbə pulunun nisbəti nəzərə alınmaqla, 22 dekabr 2023-cü il tarixli 7005 saylı kredit müqaviləsi üzrə 23.36 manat məbləğində dəbbə pulunun tutulması ağlabatan və ədalətlidir. Məhkəmə həmçinin hesab edir ki, Cavabdeh1 kredit müqaviləsi üzrə iddiaçıya olan borcu qaytarmamaqla iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də, digər Cavabdeh2 kredit müqaviləsi üzrə alınmış kreditə görə zamin olduğundan, pul öhdəliyi isə icra edilmədiyindən, o, iş üzrə Cavabdeh1 ilə bərabər iddiaçı qarşısında birgə məsuliyyət daşıyır. Bundan başqa məhkəmə həmçinin tələbin girov predmetinə yönəldilməsinə dair hissəsinə münasibət bildirərək qeyd edir ki, 22 dekabr 2023-cü il tarixli 7005 nömrəli girov müqaviləsində göstərilən qızıl-zinət əşyalarının ümumi dəyəri 2097 manat məbləğində müəyyən edilməlidir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya olan pul öhdəliyi girov ilə təmin edildiyindən və borclu iddiaçı qarşısında olan pul öhdəliyini özünün cavabdeh olduğu səbəblərdən icra etmədiyindən, iddiaçı kredit müqaviləsi üzrə tələbin girov ilə yüklü edilmiş göstərilən əmlaka yönəldilməsini və açıq hərracda satılmasını məhkəmə qaydasında tələb etməkdə haqlıdır. Məhkəmə eyni zamanda tələbin girov yüklü edilmiş əşyaya yönəldilməsi qaydasını müəyyən edərək qeyd edir ki, iddiaçının tələbinin girov göstərilən daşınar əmlaka yönəldilməsi yüklü edilmiş əşyaların açıq hərracdan satış yolu ilə realizə edilməlidir. Odur ki, kredit müqaviləsi üzrə borc tələbi kreditin təminatı kimi göstərilən daşınar əşyaya yönəldilməli və əşya açıq hərracdan satılmalıdır. Məhkəmə hesab edir ki, girov predmeti açıq hərracda satılmalı və həmin əşyaların satılmasından əldə edilən vəsaitdən borc ödənilməlidir. İş materialları ilə müəyyən edilmişdir ki, iddianın verilməsi ilə bağlı İddiaçı BOKT MMC tərəfindən 55 (əlli beş) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçı "xxxx" BOKT MMC (hazırkı İddiaçı BOKT MMC) ilə Cavabdeh1 arasında bağlanmış 22 dekabr 2023-cü il tarixli 7005 nömrəli kredit müqaviləsi üzrə 2890.46 manat əsas borc, 323.85 manat faiz borcu, 23.36 manat cərimə borcu olmaqla, cəmi 3237.67 (üç min iki yüz otuz yeddi manat altmış yeddi qəpik) manat məbləğində borc, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 52.37 (əlli iki manat otuz yeddi) manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı BOKT MMC-nin xeyrinə tutulmalı, tutma kredit öhdəliyinin təminatı üsulu kimi iddiaçı və cavabdeh arasında bağlanmış 22 dekabr 2023-cü il tarixli 7005 nömrəli girov müqaviləsi üzrə girov predmeti olan 34.40 qram çəkidə qızıl-zinət əşyalarına yönəldilməli, girov predmeti olan həmin qızıl-zinət əşyalarının ilkin satış qiyməti 2097 (iki min doxsan yeddi) manat məbləğində müəyyən edilməklə açıq hərracda satılmalı və iddia tələbi üzrə borcun həmin satışdan əldə edilən pul vəsaiti hesabına İddiaçı BOKT MMC-yə ödənilməlidir. Girov predmeti olan həmin qızıl-zinət əşyalarının satışından əldə edilən pul vəsaiti iddia tələbi üzrə borcun ödənilməsi üçün kifayət etmədiyi halda, qalıq borc məbləğinin ümumi icra qaydasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı BOKT MMC-nin xeyrinə ödənilməli, girov predmeti olan həmin qızıl-zinət əşyalarının satışından əldə edilən pul vəsaiti hesabına iddia tələbi üzrə borc ödənildikdən sonra artıq pul vəsaiti qalarsa, həmin pul vəsaiti Cavabdeh1 qaytarılmalıdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Nəticə:
Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ:
İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2890.46 manat əsas borc, 323.85 manat faiz borcu, 23.36 manat cərimə borcu olmaqla, cəmi 3237.67 (üç min iki yüz otuz yeddi manat altmış yeddi qəpik) manat məbləğində borc, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 52.37 (əlli iki manat otuz yeddi qəpik) manat məbləğində dövlət rüsumu İddiaçı BOKT MMC-nin xeyrinə tutulsun. Tələb üzrə tutma girov predmeti olan - Cavabdeh1 məxsus ümumi çəkisi 34.40 qram olan qızıl-zinət əşyalarına yönəldilsin. Ümumi çəkisi 34.40 qram olan qızıl-zinət əşyalarının ilkin satış qiyməti 2097 (iki min doxsan yeddi) manat məbləğində müəyyən olunmaqla açıq hərracdan satılsın və satışdan əldə ediləcək vəsait hesabına İddiaçı BOKT MMC-yə olan borc ödənilsin. Girov predmeti olan həmin qızıl-zinət əşyalarının satışından əldə edilən pul vəsaiti iddia tələbi üzrə borcun ödənilməsi üçün kifayət etmədiyi halda, qalıq borc məbləğinin ümumi icra qaydasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı BOKT MMC-nin xeyrinə ödənilsin. Girov predmeti olan həmin qızıl-zinət əşyalarının satışından əldə edilən pul vəsaiti hesabına iddia tələbi üzrə borc ödənildikdən sonra artıq pul vəsaiti qalarsa, həmin pul vəsaiti Cavabdeh1 qaytarılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Orxan Mahmud