Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № e-2(036)-2865/2025 05.02.2026 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qarazadə Ənvər Samiq oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin - Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC-nin - Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 8700,98 (səkkiz min yeddi yüz manat doxsan səkkiz qəpik) manat yol-nəqliyyat hadisəsi nəticəsində verilmiş sığorta ödənişinin məbləği, 107 (bir yüz yeddi) manat dövlət rüsumu, ümumilikdə 8807,98 (səkkiz min səkkiz yüz yeddi manat doxsan səkkiz qəpik) manat tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, “Ford Custom 270S” markalı, **- JH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2024-cü il tarixində MİC240005 saylı müqavilə ilə "xxxx" ASC-də “avtonəqliyyat vasitələrinin tam sığortası” növü üzrə sığortalanmışdır. xx.xx.2024-cü il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh idarə etdiyi “Daimler Chrysler C230 CDİ” markalı, **-RM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Hacıqabul-Horadiz yolunun 9 km ərazisində hərəkət edən zaman yol nəqliyyat hadisəsi törətmiş, nəticədə “Ford Custom 270S” markalı, **-JH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə zərər vurmuşdur. Belə ki, yuxarıda qeyd olunan hadisə ilə bağlı tərtib olunmuş Qərarla “Daimler Chrysler C230 CDİ” markalı, **-RM-*** dövıət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Cavabdeh İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirkar şəxs olduğu müəyyən edilmişdir. Beləliklə, qeyd edilən yol-nəqliyyat hadisəsi nəticəsində “Ford Custom 270S” markalı, **-JH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 13700,98 (on üç min yeddi yüz manat, doxsan səkkiz qəpik) manat məbləğində maddi zərər dəymişdir. MİC240005 saylı sığorta şəhadətnaməsinə və AKS250435 saylı, sığorta ödənişi aktına əsasən "xxxx" ASC tərəfindən cəmi 13700,98 (on üç min yeddi yüz manat, doxsan səkkiz qəpik) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Cəmiyyətin əməkdaşları tərəfindən müvafiq sığorta hadisəsi araşdırılan zaman müəyyən edilmişdir ki, “Daimler Dövlət rüsumunun ödənilməsi haqqında məlumat ərizəni imzalayan şəxs haqqında məlumat, “Chrysler C230 CDİ” markalı, **-RM-*** dövlət qeydiyyat nişanlı avtomobilin “avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortası "xxxx" ASC-də olmuşdur. Odur ki, sığorta hadisəsi üzrə 5000 (beş min) manat məbləğində sığorta ödənişi "xxxx" ASC tərəfindən həyata keçirilmişdir. Bundan sonra, sığorta hadisəsi üzrə vurulmuş zərərə görə təqsirkar şəxsin üzərində qalan hissə 8700,98 (səkkiz min yeddi yüz manat doxsan səkkiz qəpik) manat təşkil etmişdir. Buna görə də “Daimler Chrysler C230 CDİ” markalı, **-RM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Cavabdeh bu iş üzrə cavabdeh qismində cəlb edilməlidir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddiaya etiraz edərək, dəymiş zərərin məbləği ilə razı olmadığını, yenidən qiymətləndirmə təyin olunmasını və əks halda iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğuna görə qismən təmin edilməlidir. Belə ki iş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin 30 iyun 2025-ci il tarixli sığorta ödənişi aktından görünür ki, “Ford Custom 270S” markalı, **-JH-*** dövlət nömrə nişanlı avtomobil sahibinə 8700,98 manat sığorta ödənişi ödənilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyat vasitələrinin tam sığortası üzrə sığorta şəhadətnaməsindən görünür ki, "xxxx" MMC-yə məxsus avtomobil xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək sığortalanmışdır. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli qüsur aktının surətindən görünür ki, “Ford Custom 270S” markalı, **-JH-*** dövlət nömrə nişanlı avtomobilə dəymiş zərərə görə ehtiyat hissələrinin və görülən işlərin dəyəri ümumilikdə 13700,98 manat təşkil edir. İş materiallarına əlavə edilmiş 02 iyul 2025-ci il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" QSC-nin hesabına "xxxx" ASC tərəfindən 1327,27 manat pul köçürülmüşdür. İş materiallarına əlavə edilmiş 02 iyul 2025-ci il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" QSC-nin hesabına "xxxx" ASC tərəfindən 7373,71 manat pul köçürülmüşdür. İş materiallarına əlavə edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli qərardan görünür ki, Cavabdeh 09 avqust 2024-cü il tarixdə idarə etdiyi “Daimler Chrysler C230 CDİ” markalı, **-RM-*** dövlət qeydiyyat nişanlı avtomobillə Hacıqabul-Horadiz yolunun 9 km ərazisində olarkən əks istiqamət hərəkət zolağına çıxmaqla ötmə qaydalarını pozduğu üçün barəsində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə protokol tərtib olunmaqla 100 manat məbləğində inzibati cərimə cəzası tətbiq edilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, “Ford Custom 270S” markalı, **-JH-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin xx.xx.2025-ci il tarixinə dəymiş zərərin dəyəri 12804 manat müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, “Ford Custom 270S” markalı, **-JH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2024-cü il tarixində MİC240005 saylı müqavilə ilə "xxxx" ASC-də “avtonəqliyyat vasitələrinin tam sığortası” növü üzrə sığortalanmışdır. xx.xx.2024-cü il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh idarə etdiyi “Daimler Chrysler C230 CDİ” markalı, **-RM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Hacıqabul-Horadiz yolunun 9 km ərazisində hərəkət edən zaman yol nəqliyyat hadisəsi törətmiş, nəticədə “Ford Custom 270S” markalı, **-JH- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə zərər vurmuşdur. Belə ki, yuxarıda qeyd olunan hadisə ilə bağlı tərtib olunmuş Qərarla “Daimler Chrysler C230 CDİ” markalı, **- RM-*** dövıət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Cavabdeh İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirkar şəxs olduğu müəyyən edilmişdir. Beləliklə, qeyd edilən yol-nəqliyyat hadisəsi nəticəsində “Ford Custom 270S” markalı, **-JH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 13700,98 (on üç min yeddi yüz manat, doxsan səkkiz qəpik) manat məbləğində maddi zərər dəymişdir. MİC240005 saylı sığorta şəhadətnaməsinə və AKS250435 saylı, sığorta ödənişi aktına əsasən "xxxx" ASC tərəfindən cəmi 13700,98 (on üç min yeddi yüz manat, doxsan səkkiz qəpik) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Cəmiyyətin əməkdaşları tərəfindən müvafiq sığorta hadisəsi araşdırılan zaman müəyyən edilmişdir ki, “Daimler Dövlət rüsumunun ödənilməsi haqqında məlumat ərizəni imzalayan şəxs haqqında məlumat, “Chrysler C230 CDİ” markalı, **-RM-*** dövlət qeydiyyat nişanlı avtomobilin “avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortası "xxxx" ASC-də olmuşdur. Odur ki, sığorta hadisəsi üzrə 5000 (beş min) manat məbləğində sığorta ödənişi "xxxx" ASC tərəfindən həyata keçirilmişdir. Bundan sonra, sığorta hadisəsi üzrə vurulmuş zərərə görə təqsirkar şəxsin üzərində qalan hissə 8700,98 (səkkiz min yeddi yüz manat doxsan səkkiz qəpik) manat təşkil etmişdir. Hazırda iddiaçı həmin məbləğdə pul vəsaitinin cavabdehən alınaraq ona ödənilməsini tələb edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. (MM-936.2) Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. (MM-936.5) Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə qeyd edir ki, xx.xx.2024-cü il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh idarə etdiyi “Daimler Chrysler C230 CDİ” markalı, **-RM-*** dövlət nömrə nişanlı avtomobillə Hacıqabul-Horadiz yolunun 9-cu km-liyi ərazisində hərəkət edən zaman yol nəqliyyat hadisəsi törətmiş, nəticədə “Ford Custom 270S” markalı, **-JH-*** dövlət nömrə nişanlı avtomobillə toqquşaraq yol-nəqliyyat hadisəsi törətməsində təqsirli bilinməsi işin mübahisəsiz halıdır. Hazırda iddiaçı tərəflə cavabdeh arasında dəymiş zərərin həcmi ilə bağlı razılıq əldə edilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Həmin Məcəllənin 206.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. Məhkəmə dəymiş zərərin həcminin müəyyən edilməsi ilə bağlı qeyd edir ki, iş materiallarında olan İmişli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(036)-2865/2025 saylı qərardadı əsasında təyin edilmiş "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, “Ford Custom 270S” markalı, **-JH-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin xx.xx.2025-ci il tarixinə dəymiş zərərin dəyəri 12804 manat müəyyən edilmişdir. Buna görə də, məhkəmə hesab edir ki, dəymiş ziyanın məbləği məhz müstəqil qiymətləndiricinin verdiyi qiymətləndirmə rəyinə əsasən müəyyən edilməlidir. Belə olan halda, məhkəmə hesab edir ki, sığorta hadisəsi üçün icbari sığorta üzrə ödənilmiş 5000 (beş min) manat məbləğində sığorta ödənişi, ümumi dəymiş ziyandan yəni, 12804 manatdan çıxılmalı, qalan 7804 manat məbləğində pul vəsaiti cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarına əsasən: Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il tarixli Qərarına əsasən: Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında («Delcourt Belçikaya qarşı» işi üzrə xx.xx.1970-ci il tarixli qərarı; «Piersack Belçikaya qarşı» iş üzrə xx.xx.1982-ci il tarixli qərarı; «X1rşı» işi üzrə xx.xx.1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir: «Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir». Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşə əlavə edilmiş sənədlərdən görünür ki, məhkəmə xərcləri iddiaçı tərəfindən ödənilmiş 107 (bir yüz yeddi) AZN dövlət rüsumundan və iş üzrə təyin edilmiş ekspertiza tədqiqatının dəyəri olan 400 (dörd yüz) manat məsrəfdən ibarətdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 7804 (yeddi min səkkiz yüz dörd) manat məbləğində pul vəsaiti və ödənilmiş 95.96 (doxsan beş manat doxsan altı qəpik) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-ə ödənilməli, "xxxx" MMC tərəfindən aparılmış tədqiqatının dəyəri 400 (dörd yüz) manat məbləğində pul vəsaitinin 358,76 manat hissəsi Cavabdeh, qalan 41.24 manat hissəsi isə iddiaçı "xxxx" ASC-dən tutularaq "xxxx" MMC-yə (Benefisiarın hesabı: AZ11PAHA35090AZNHC**********, Benefisiarın VÖEN-i **********, "xxxx" ASC, filialın kodu: 505141, VÖEN: **********, Müxbir hesab: AZ82NABZ********************, SWİFT kod: PAHAAZ22) ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 7804 (yeddi min səkkiz yüz dörd) manat məbləğində pul vəsaiti və ödənilmiş 95.96 (doxsan beş manat doxsan altı qəpik) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. "xxxx" MMC tərəfindən aparılmış tədqiqatının dəyəri 400 (dörd yüz) manat məbləğində pul vəsaitinin 358,76 manat hissəsi Cavabdeh, qalan 41.24 manat hissəsi isə iddiaçı "xxxx" ASC-dən tutularaq "xxxx" MMC-yə (Benefisiarın hesabı: AZ11PAHA35090AZNHC**********, Benefisiarın VÖEN-i **********, "xxxx" ASC, filialın kodu: 505141, VÖEN: **********, Müxbir hesab: AZ82NABZ********************, SWİFT kod: PAHAAZ22) ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə) İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Mahmud
Məhkəmə qərarları › İş №e-2(036)-2865/2025
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(036)-2865/2025
05.02.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver