Azərbaycan Respublikası adından QƏRARDAD İmişli rayonu İş № e-2(036)-304/2025 13.02.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şiralıyeva Günel Mirzə qızının katibliyi ilə, İddiaçı "xxxx" Bank Olmayan Kredı̇ t Təşkı̇ lati Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətinin Cavabdeh Aqı̇ l oğluna qarşı “borc” tələbi barədə iddiası üzrə mülki işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Bank Olmayan Kredı̇ t Təşkı̇ lati Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətinin Cavabdeh Aqı̇ l oğluna qarşı “borc” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" Bank Olmayan Kredı̇ t Təşkı̇ lati MMC ilə Cavabdeh arasında bağlanmış 11 avqust 2023-cü il tarixli 3823/7 nömrəli kredit müqaviləsi üzrə 2047,28 (iki min qırx yeddi manat iyirmi səkkiz qəpik) manat əsas borc, 1016.86 (bir min on altı manat səksən altı qəpik) manat faiz borcu, 43.45 (qırx üç manat qırx beş qəpik) manat cərimə borcu olmaqla, cəmi 3107.59 (üç min bir yüz yeddi manat əlli doqquz qəpik) manat məbləğində kredit borcunun və iddia ərizəsinin məhkəməyə təqdim edilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 52 (əlli iki) manat dövət rüsumunun Cavabdeh tutularaq iddiaçı "xxxx" Bank Olmayan Kredı̇ t Təşkı̇ lati MMC ödənilməsi; iddia tələbi üzrə tutmanın kredit öhdəliyinin təminatı üsulu kimi iddiaçı və cavabdeh arasında bağlanmış 11 avqust 2023-cü il tarixli 3823/7 nömrəli girov müqavilə üzrə girov predmeti olan 34.9 qram çəkidə qızıl-zinət əşyalarına yönəldilməsi; girov predmeti olan həmin qızıl-zinət əşyalarının açıq hərracda satılması və iddia tələbi üzrə borcun həmin satışdan əldə edilən pul vəsaiti hesabına iddiaçıya ödənilməsi; girov predmeti olan həmin qızıl-zinət əşyalarının satışından əldə edilən pul vəsaiti iddia tələbi üzrə borcun ödənilməsi üçün kifayət etmədiyi halda, qalıq borc məbləğinin ümumi icra qaydasında cavabdeh - Cavabdeh tutularaq iddiaçı - "xxxx" Bank Olmayan Kredı̇ t Təşkı̇ lati MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Hazırda iddiaçı "xxxx" Bank Olmayan Kredı̇ t Təşkı̇ lati Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətinin nümayəndəsi X1 ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" Bank Olmayan Kredı̇ t Təşkı̇ lati Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətinin Cavabdeh Aqı̇ l oğluna qarşı iddia tələbinin baxılmamış saxlanmasını, iddia ərizəsinin, ona əlavə olunmuş sənədlərin geri qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçı iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etdiyindən, cavabdeh isə işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyindən, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, iddia ərizəsi baxılmamış saxlanılır. Eyni zamanda «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 5.1.2-ci maddəsinin tələbinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, ödənilmiş dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı "xxxx" Bank Olmayan Kredı̇ t Təşkı̇ lati Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətinin Cavabdeh Aqı̇ l oğluna qarşı “borc” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. 52 (əlli iki) manat məbləğində dövlət rüsumu iddiaçı "xxxx" Bank Olmayan Kredı̇ t Təşkı̇ lati Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətinə geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində İmişli Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Orxan Mahmud
Məhkəmə qərarları › İş №e-2(036)-304/2025
İmişli Rayon Məhkəməsi Qərardad — İş №e-2(036)-304/2025
13.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver