Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № e-2(036)-3320/2025 08.01.2026 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Qarazadə Ənvər Samiq oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə , İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddia ərizəsinin dəlilləri: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 23-MCR-1- 193-22/1 və 23-MCR-1-193-22/2 saylı kredit müqavilələri üzrə "xxxx" ASC-yə ödənilmiş 18 243.19 (on səkkiz min iki yüz qırx üç manat, on doqquz qəpik) manat, 02 may 2024-cü il tarixli borc müqaviləsinə əsasən verilmiş 28 000 (iyirmi səkkiz min) manat, hüquqi yardım üçün vəkilə ödənilmiş 500 (beş yüz) manat məbləğində müqavilə haqqı və 231 (iki yüz otuz bir) manat dövlət rüsumu olmaqla, ümumilikdə 46 974.19 (qırx altı min doqquz yüz yetmiş dörd manat, on doqquz qəpik) manat pul vəsaitinin Cavabdeh tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh arasında uzun müddətli dostluq münasibətləri və qarşılıqlı etimad mövcud olduğundan, o, müxtəlif vaxtlarda cavabdehə borc pul vəsaiti vermişdir. Belə ki, o, "xxxx" ASC-nin 11 saylı filialından 25 fevral 2022-ci il tarixdə 5 000 (beş min) manat, 18 may 2022-ci il tarixdə isə 10 000 (on min) manat olmaqla, ümumilikdə 15 000 (on beş min) manat məbləğində kredit vəsaitini öz adına rəsmiləşdirmiş və həmin vəsaiti Cavabdeh vermişdir. Kreditin verilməsi 23-MCR-1- 193-22/1 və 23-MCR-1-193-22/2 saylı kredit müqavilələri əsasında rəsmiləşdirilmişdir. Həmin kredit vəsaitindən faktiki olaraq cavabdehin istifadə etməsinə baxmayaraq, bank qarşısında bütün öhdəliklər onun adına rəsmiləşdirildiyindən, aylıq ödənişlər tam olaraq o, tərəfindən həyata keçirilmişdir. Nəticədə, kredit üzrə bank qarşısında tam ödənilmiş məbləğ 18 243 manat 19 qəpik təşkil etmişdir. Bundan əlavə, 02 may 2024-cü il tarixdə onun ilə Cavabdeh arasında notarial qaydada borc müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən, o, cavabdehə 28 000 (iyirmi səkkiz min) manat məbləğində pul borc vermişdir. Müqaviləyə uyğun olaraq, cavabdeh bu məbləği 6 (altı) ay müddətində, yəni 02 noyabr 2024-cü il tarixədək geri qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilə Bakı şəhəri, 18 saylı notariat ofisinin xüsusi notariusu X1 tərəfindən (reyestr № 3M-656) təsdiq edilmişdir. Lakin cavabdeh bu günə qədər nə borc məbləğini geri qaytarmış, nə də öhdəliyin icrasına dair hər hansı hüquqi əsaslı açıqlama vermişdir. Onun dəfələrlə etdiyi müraciətlərə baxmayaraq, cavabdeh yalnız vədlərlə kifayətlənmiş, borcun ödənilməsindən yayınmağa davam etmişdir. O, xx.xx.2025-ci il tarixdə cavabdehə pretenziya məktubu göndərərək mövcud borcun 10 (on) təqvim günü ərzində tam şəkildə ödənilməsini tələb etmiş, əks təqdirdə Azərbaycan Respublikası mülki qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında hüquqi tədbirlər görəcəyi barədə xəbərdarlıq etmişdir. Hesab edir ki, cavabdeh tərəfindən öhdəliklər kobud şəkildə pozulmuş, onun adına rəsmiləşdirilmiş və onun tərəfindən ödənilmiş kredit vəsaiti üzrə öhdəlik faktiki olaraq cavabdeh tərəfindən icra edilməli olduğu halda, icra edilməmişdir. Nəticə etibarilə, o, həm maddi zərərə uğramış həm də etimad göstərdiyi şəxs tərəfindən aldadılmışdır. Bundan başqa cavabdeh tərəfindən alınmış borc məbləği, eləcə də məhkəməyə müraciətlə bağlı çəkilmiş xərclər cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Tərəflərin izahatları: Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş Cavabdeh məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Lakin, məhkəmənin hazırlıq iclasında iştirak edən Cavabdeh iddiaçıya 30 000 manat məbləğində borcu olduğunu, 10 000 manat məbləğində hissəsini ödədiyini bildirmişdir. İşin faktiki halları: İş materiallarında olan xx.xx.2024-cü il tarixli borc müqaviləsindən görünür ki, borc verən İddiaçı borc alan Cavabdeh ilə aralarında razılığa gələrək xx.xx.2024-cü il tarix qədər qaytarmaq şərti ilə 28000 (iyirmi səkkiz min) manat məbləğində pulu almışdır. İş materiallarında olan Azərbaycan Respublikası Vəkillər Kollegiyası hüquqi yardımın göstərilməsi haqqında xx.xx.2025-ci il tarixli müqavilənin surətindən görünür ki, İddiaçı vəkili Nümayəndə ilə aralarında hüquqi yardımla əlaqədar olaraq müqavilə bağlanmış və İddiaçı tərəfindən 500 manat məbləğində pul köçürülmüşdür. İş materiallarında olan İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2025-ci il tarixli pretenziya məktubundan görünür ki, İddiaçı cavabdehə 10 təqvim günü ərzində 46243,19 manat borcu ödəməsinə dair xəbərdarlıq etmişdir. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətı̇ ilə İddiaçı arasında olan 23- MCR-1-193-22/1 və 23-MCR-1-193-22/2 saylı kredit müqavilələri əlavədən görünür ki, İddiaçı müvafiq olaraq 5000 və 10000 manat məbləğində kredit götürmüşdür. İş materiallarına əlavə edilmiş yaddaş qurğusunda - filəşkartda olan məhkəmə iclasında cavabdehin iştirakı ilə olan səs yazısından müəyyən olunur ki, Cavabdeh İddiaçı 38000 manat borcu olduğunu hər ikisinin telefon danışıq zamanı etiraf etmişdir. Məhkəmə iclasında cavabdeh həmin səs yazısının ona məxsus olmasını bildirmişdir. Beləliklə, məhkəmə iclasında işin həqiqi halları ilə müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı 38000 manat borcu olmuşdur. Sonradan bunun 28 000 manatlıq hissəsini notariat qaydada bağlanmış xx.xx.2024-cü il tarixli borc müqaviləsi ilə rəsmiləşdirmişlər. Hazırda iddiaçı xx.xx.2024-cü il tarixli borc müqaviləsi ilə yanaşı cavabdeh əlavə olaraq 18 243.19 manat məbləğində borc verdiyi iddia edərək, həmin məbləği də tələb edir. Göstərilən xüsusatlara əsasən, məhkəmə hesab edir ki, iddiaçının iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 739.1-ci maddəsinə əsasən Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 739.3. Borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin borc müqaviləsinin predmetinə sərəncam hüququnun yarandığı gün borcun verildiyi gün hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada verildikdə, borcun verildiyi gün borc məbləğinin borcalanın, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın (və ya onun göstərdiyi üçüncü şəxsin) hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcalanın və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun verildiyi gün hesab edilir. 742.1. Borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada qaytarıldıqda, borcun qaytarıldığı gün borc məbləğinin borcverənin, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcverənin və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun qaytarıldığı gün hesab edilir. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə əsasən İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.4-cü maddəsinə əsasən icra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır. İcraya qədər öhdəlik ləğv edildikdə, əgər icra müddəti təyin edilmişsə və onu ləğvetmə anından təqvim üzrə hesablamaq mümkündürsə, eyni qayda qüvvədə olur. 528-ci maddəsinə əsasən öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. 529.1-ci maddəsinə əsasən borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissəhissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. 529.6. Əgər kreditor borc sənədini qaytara bilmirsə, borclu öhdəliyə xitam verildiyi barədə rəsmən təsdiqlənmiş arayış verilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə də şamil edilir. Həmin Məcəllənin 1092.2-ci maddəsinə əsasən, əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Mülki Məcəllənin 386-cı maddəsinə əsasən öhdəliyin yaranması əsaslarından biri də əsassız varlanmadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb edə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İşə baxan məhkəmənin mövqeyi: Mülki Məcəllənin tələblərinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Cavabdeh iddiaçı ilə aralarında bağlanmış xx.xx.2024-cü il tarixli borc müqaviləsinə əsasən iddiaçıya 28 000 (iyirmi səkkiz min) manat məbləğində pul vəsaiti qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh qeyd edilən vəzifəsini icra etməyərək, öhdəliyini yerinə yetirməmişdir. Buna görə iddiaçı həmin müqavilə əsasında yaranan hüququndan istifadə edərək, 28 000 (iyirmi səkkiz min) manat məbləğində pul vəsaitini cavabdeh tələb etmək də haqlıdır. Bundan başqa, məhkəmə araşdırması zaman müəyyən edilmişdir ki, cavabdehin iddiaçı həqiqi borcu 38 000 manat təşkil edir. Belə ki, İş materiallarına əlavə edilmiş yaddaş qurğusunda - filəşkartda olan məhkəmə iclasında cavabdehin iştirakı ilə olan səs yazısından müəyyən olunur ki, Cavabdeh İddiaçı 38000 manat borcu olduğunu hər ikisinin telefon danışıq zamanı etiraf etmişdir. Məhkəmə iclasında cavabdeh həmin səs yazısının ona məxsus olmasını bildirmişdir. Belə olan halda məhkəmə hesab edir ki, qalan 10 000 manat məbləği ilə bağlı yazılı borc müqaviləsi mövcud olmadığından iddia tələbinin həmin hissəsinin hüquqi əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsi təşkil edir. Buna görə də, iddia tələbi xx.xx.2024-cü il tarixli borc müqaviləsində 28 000 (iyirmi səkkiz min) manat məbləğindən əlavə, tələb edilən 10 000 manat məbləği hissəsində də təmin edilməlidir. Məhkəmənin hazırlıq iclasında iştirak edən Cavabdeh iddiaçıya 30 000 manat məbləğində borcu olması və bunun 10 000 manat məbləğində hissəsini geri qaytarması ilə bağlı izahatına tənqidi yanaşır. Belə ki, cavabdeh tərəfindən qeyd edilən faktla bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir. Əksinə, səs yazısında olan səsin ona məxsus olması etiraf etməklə, oradakı ifadələri dolayısı ilə təsdiq etmişdir. Bununla, məhkəmə araşdırması zamanı cavabdehə iddiaçıya 38 000 manat məbləğində borcunun olması və onu qaytarmaması müəyyən edilmişdir. Odur ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh borc aldığı 38000 (otuz səkkiz min) manat pul vəsaiti iddiaçıya qaytarmalıdır. İddia tələbində göstərilən qalan borc məbləği ilə bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim edilmədiyi üçün təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarına əsasən: Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il tarixli Qərarına əsasən: Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı 231 (iki yüz otuz bir) manat dövlət rüsumu ödəmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, 204 (iki yüz dörd) manat hissəsi alınıb iddiaçıya ödənilməlidir. Həmçinin, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən cavabdehdən hüquqi yardım üçün vəkil ödənişi olaraq 500 (beş yüz) manat məbləğində pulun alınıb iddiaçıya ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 38000 (otuz səkkiz min) manat məbləğində pul, ödənilmiş dövlət rüsumunun 204 (iki yüz dörd) manat hissəsi və hüquqi yardım üçün vəkil ödənişi olaraq ödənilmiş 500 (beş yüz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Mahmud
Məhkəmə qərarları › İş №e-2(036)-3320/2025
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(036)-3320/2025
08.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver