Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № e-2(036)-34/2025 11.02.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şiralıyeva Günel Mirzə qızının katibliyi ilə, İddiaçı "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyətinin (bundan sonra - "xxxx" BOKT MMC) Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Təsviri hissə: İddiaçı "xxxx" BOKT MMC Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəlməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edib, "xxxx" BOKT MMC-nin xeyrinə Cavabdeh xx.xx.2022-ci il tarixli, 2022/4000 saylı kredit müqaviləsinə əsasən 19.518,99 manat əsas borc, 7.053,53 manat faiz borcu, 8.140,0 manat cərimə borcu olmaqla, ümumilikdə, 34.712,52 manat məbləğində borcun tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş Cavabdeh məxsus Abşeron rayonu, Masazır kəndi, Aşıq Alı küçəsində yerləşən 42 saylı fərdi yaşayış evinə yönəldilməsi, göstərilən daşınmaz əmlakın açıq hərracda satılması, satıldıqdan sonra ən geci bir ay ərzində boşaldılması, daşınmaz əmlakın açıq hərracda satılması nəticəsində əldə olunan vəsait hesabına 34.712,52 manat məbləğində borcun, vəkilin göstərdiyi hüquqi yardıma görə 690 manat xidmət haqqının, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 197 manat məbləğində dövlət rüsumunun, bildirişin qeydə alınması üçün ödənilmiş 51 manat rüsumun "xxxx" BOKT MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianın dəlilləri: iddiaçı "xxxx" BOKT MMC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixində 2022/4000 saylı Kredit müqaviləsi bağlanmışdır. xx.xx.2022-ci il tarixli 2022/4000 saylı Kredit müqaviləsinə əsasən, Cavabdeh illik 32% (otuz iki) faiz hesablanmaq şərti ilə, 36 (otuz altı) ay müddətinə 20.000 (iyirmi min) manat məbləğində kredit verilmişdir. xx.xx.2022-ci il tarixli 2022/4000 saylı Kredit müqaviləsinin təminatı kimi xx.xx.2022-ci il tarixində 2022/4000-İP saylı İpoteka müqaviləsi bağlanaraq, Cavabdeh mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndi, Aşıq Alı küçəsində yerləşən 42 saylı fərdi yaşayış evi (daşınmaz əmlakın ümumi sahəsi-122.70 kv.m) ipoteka ilə yüklü edilmişdir (yüklü edilən əmlakın reyestr nömrəsi **********14-10301, qeydiyyat nömrəsi-**********, qeydiyyat tarixixx.xx.2022-ci il). "xxxx" BOKT MMC-nin xx.xx.2024-cü il tarixli arayışa əsasən, xx.xx.2022ci il tarixli 2022/4000 saylı Kredit müqaviləsi üzrə Cavabdeh əsas borcu 19.518,99 manat, faiz borcu 7.053,53 manat, dəbbə 8.140,0 manat, ümumilikdə 34712.52 (otuz dörd min yeddi yüz on iki manat əlli iki qəpik) manat təşkil edir. Cavabdeh xx.xx.2022-ci il tarixli 2022/4000 saylı Kredit müqaviləsinin müddəalarını pozaraq, öhdəliklərini icra etmir. İddiaçının nümayəndəsi iddia tələbinin həcminin artırılması ilə bağlı məhkəməyə ərizə ünvanlayaraq bildirimişdir ki, "xxxx" BOKT MMC-nin xeyrinə Cavabdeh xx.xx.2022-ci il tarixli, 2022/4000 saylı kredit müqaviləsinə əsasən 19.518,99 manat əsas borc, 11.651,34 manat faiz borcu, 8.140,0 manat cərimə borcu olmaqla, ümumilikdə, 39.310,33 manat məbləğində borcun borcun tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş Cavabdeh məxsus Abşeron rayonu, Masazır kəndi, Aşıq Alı küçəsində yerləşən 42 saylı fərdi yaşayış evinə yönəldilməsi, göstərilən daşınmaz əmlakın açıq hərracda satılması, satıldıqdan sonra ən geci bir ay ərzində boşaldılması, daşınmaz əmlakın açıq hərracda satılması nəticəsində əldə olunan vəsait hesabına 39.310,33 manat məbləğində borcun, vəkilin göstərdiyi hüquqi yardıma görə 690 manat xidmət haqqının, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 197 manat məbləğində dövlət rüsumunun, bildirişin qeydə alınması üçün ödənilmiş 51 manat rüsumun "xxxx" BOKT MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, belə hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - "xxxx" BOKT MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 2022/4000 saylı Krеdit müqaviləsindən görünür ki, "xxxx" BOKT MMC ilə Cavabdeh 36 ay müddətinə, illik 32 faiz hesablanmaqla 20.000 (iyirmi min) manat məbləğində kredit verilməsi barədə razılığa gəlmişlər. - "xxxx" BOKT MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 2022/4000 saylı ipoteka müqaviləsindən görünür ki, "xxxx" BOKT MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 2022/4000 saylı Krеdit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təminatı olaraq Cavabdeh xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan Abşeron rayonu, Masazır kəndi, Aşıq Alı küçəsində yerləşən 0.03 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 122.70 kv.m ümumi, 94.9 kv.m yaşayış, 27.8 köməkçi sahədən ibarət 4 otaqlı 1 mərtəbəli 42 nömrəli fərdi yaşayış evi Bank qarşısında ipoteka ilə yüklü etmişdir. İpoteka predmetinin dəyəri tərəflərin razılığına əsasən 57.000,0 AZN məbləğində müəyyən edilmişdir. - "xxxx" BOKT MMC tərəfindən Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə ünvanlanmış xx.xx.2024cü il tarixli məktubdan görünür ki, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin dövlət qeydiyyatına alınması xahiş olunmuşdur. - Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən "xxxx" BOKT MMC-yə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildiriş dövlət qeydiyyatına alınmışdır. - "xxxx" BOKT MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışdan görünür ki, "xxxx" BOKT MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 2022/4000 saylı Kredit müqaviləsi üzrə Cavabdeh "xxxx" BOKT MMC-yə olan əsas borcu 19.518,99 manat, faiz borcu 7053,53 manat, dəbbə borcu 8.140,0 manat təşkil edir. - "xxxx" BOKT MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışdan görünür ki, "xxxx" BOKT MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 2022/4000 saylı Kredit müqaviləsi üzrə Cavabdeh "xxxx" BOKT MMC-yə olan əsas borcu 19.518,99 manat, faiz borcu 11.651,34 manat, dəbbə borcu 8.140,0 manat təşkil edir. - "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli BD3 saylı ödəniş tapşırığının surətindən görünür ki, "xxxx" BOKT MMC tərəfindən 0073 saylı hüquqi xidmət göstərilməsi haqqında müqavilə üzrə Yusif Allahverdiyevin hesabına 690 manat pul köçürülmüşdür. - Müraciətin qəbulu və dövlət rüsumunun ödənilməsi barədə təsdiqetmə bildirişindən görünür ki, ********** saylı müraciət qəbul olunmuş və 15 manat dövlət rüsumu ödənmişdir. - Müraciətin qəbulu və dövlət rüsumunun ödənilməsi barədə təsdiqetmə bildirişindən görünür ki, 36 manat xidmət haqqı ödənmişdir. - Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/2727-9/2794 nömrəli məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə məlumatdan görünür ki, cavabdeh baxışın keçirilməsində iştirak etmədiyindən, tədqiqat obyektinə baxışın keçirilməsi və qərardadda qoyulmuş suallar üzrə tədqiqatın aparılması mümkün olmamışdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ünvanlanmış xx.xx.2024-cü il tarixli 2(036)-641/2024 saylı məktubdan görünür ki, İmişli rayon Məhkəməsinin icraatında olan 2(036)-641/2024 saylı mülki iş üzrə ekspert Amid Əliyevin tədqiqat obyektinə baxış keçirilməsinin təşkil olunması barədə vəsatətinə əsasən ekspertiza tədqiqatının aparılması xx.xx.2024-cü il tarixə, saat 15:00-a təyin edilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ünvanlanmış xx.xx.2024-cü il tarixli 2(036)-641/2024 saylı məktubdan görünür ki, İmişli Rayon Məhkəməsinin 2(036)-641/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadının icrasının təmin edilməsi məqsədilə məhkəmə tikinti-texniki ekspertizasının aparılması üçün tədqiqat obyektinə baxış keçirilməsi barədə Ziya Tağıyevin vəsatətinin icrasını təmin etmək məqsədilə tədqiqat obyektinə yerində baxış keçirilməsi 08 oktyabr 2024-cü il tarixə saat 15:00-a təyin edilmişdir. - "xxxx" BOKT MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, "xxxx" BOKT MMC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixində 2022/4000 saylı Kredit müqaviləsi bağlanmışdır. xx.xx.2022-ci il tarixli 2022/4000 saylı Kredit müqaviləsinə əsasən, Cavabdeh illik 32% (otuz iki) faiz hesablanmaq şərti ilə, 36 (otuz altı) ay müddətinə 20.000 (iyirmi min) manat məbləğində kredit verilmişdir. xx.xx.2022-ci il tarixli 2022/4000 saylı Kredit müqaviləsinin təminatı kimi xx.xx.2022-ci il tarixində 2022/4000-İP saylı İpoteka müqaviləsi bağlanaraq, Cavabdeh mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndi, Aşıq Alı küçəsində yerləşən 42 saylı fərdi yaşayış evi (daşınmaz əmlakın ümumi sahəsi-122.70 kv.m) ipoteka ilə yüklü edilmişdir (yüklü edilən əmlakın reyestr nömrəsi **********14-10301, qeydiyyat nömrəsi-**********, qeydiyyat tarixixx.xx.2022-ci il). "xxxx" BOKT MMC-nin xx.xx.2024-cü il tarixli arayışa əsasən, xx.xx.2022ci il tarixli 2022/4000 saylı Kredit müqaviləsi üzrə Cavabdeh əsas borcu 19.518,99 manat, faiz borcu 7.053,53 manat, dəbbə 8.140,0 manat, ümumilikdə 34712.52 (otuz dörd min yeddi yüz on iki manat əlli iki qəpik) manat təşkil edir. Cavabdeh xx.xx.2022-ci il tarixli 2022/4000 saylı Kredit müqaviləsinin müddəalarını pozaraq, öhdəliklərini icra etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443-cü maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası “İpoteka haqqında" Qanunun 34.1.1-ci maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallardan biridir. Ona görə də, xx.xx.2022-ci il tarixli 2022/4000 saylı Kredit müqaviləsi üzrə borcu 7 (yeddi) iş günü ərzində ödənilməsi tələb edilmiş, əks təqdirdə Bank kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, cərimənin ödənilməsi və tələbin ipoteka predmetinə yönəldilməsi tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyəti qarşısında qalacaqdır. - -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi tərəfindən verilmiş çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Masazır kəndi, Aşıq Alı küçəsi 42 saylı fərdi yaşayış evi xx.xx.2022-ci il tarixli 2022/4000 saylı Kredit müqaviləsinin təminatı kimi "xxxx" BOKT MMC qarşısında ipoteka ilə yüklü edilmiş, yüklülük xx.xx.2022-ci il tarixdə ********** nömrə ilə qeydə alınmışdır. Əsaslandırıcı hissə: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, "xxxx" BOKT MMC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli 2022/4000 saylı Kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, Cavabdeh 36 ay müddətinə, illik 32% hesablanmaqla 20.000 (iyirmi min) manat məbləğində kredit verilmişdir. Bundan başqa, xx.xx.2022-ci il tarixli 2022/4000 saylı Kredit müqaviləsinin təminatı kimi xx.xx.2022-ci il tarixində 2022/4000-İP saylı İpoteka müqaviləsi bağlanaraq, Cavabdeh mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndi, Aşıq Alı küçəsində yerləşən 42 saylı fərdi yaşayış evi (daşınmaz əmlakın ümumi sahəsi-122.70 kv.m) ipoteka ilə yüklü edilmişdir (yüklü edilən əmlakın reyestr nömrəsi **********14-10301, qeydiyyat nömrəsi-**********, qeydiyyat tarixi-xx.xx.2022-ci il). Lakin, cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli 2022/4000 saylı Kredit müqaviləsinin şərtləri pozulmuş, öhdəliklər icra edilməmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MM-nin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Göstərilən Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər Müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair qərarına əsasən:
1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır.
2. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinə əsasən, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında həmin Məcəllənin 423.2 və 424.3-cü maddələrinə uyğun olaraq tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. Bu müqavilənin ləğvinin xüsusi qaydası olmaqla, məhkəmə qərarının qüvvəyə minməsi ilə əlaqələndirilmişdir.
3. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır.
4. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır.
5. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. Göründüyü kimi, iddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyini icra etsə də, cavabdeh ödəməli olduğu kredit məbləğini banka ödəməkdən yayınmış və nəticədə onun maliyyə arayışına əsasən "xxxx" BOKT MMC-yə 19.518,99 manat əsas, 11.651,34 manat faiz borcu, 8140 manat cərimə borcu olmaqla, cəmi 39.310,33 manat borcu, pretenziya məktubuna əsasən isə xx.xx.2022-ci il tarixli 2022/4000 saylı kredit müqaviləsi üzrə "xxxx" BOKT MMC-yə 19.518,99 manat əsas, 7.053,53 manat faiz, 8.140,00 manat cərimə borcu olmaqla, cəmi 34.712,52 manat borcu yaranmışdır. Məhkəmə iş materiallarını araşdırıb, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli qərarındakı hüquqi mövqeyi (ikitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Mülki Məcəllənin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır.) nəzərə alaraq hesab edir ki, hazırki mülki iş üzrə xx.xx.2022-ci il tarixli 2022/4000 saylı kredit müqaviləsinə əsasən faiz borcu cavabdehə ünvanlanmış pretenziya məktubundan (iradə ifadəsinin təsdiqindən) hesablanmalıdır. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehin üzərində icra edilməmiş borc öhdəliyinin olmasını və ona hesablanmış 8140 manat dəbbə pulunun onun maddi əziyyətini daha da ağırlaşdıracağını nəzərə alaraq hesab edir ki, hesablanmış dəbbə pulu tənasübsüz surətdə yüksəkdir. Ona görə də dəbbə pulu azaldılaraq 975.95 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə həmçinin tələbin ipoteka qoyulmuş daşınmaz əmlaka yönəldilməsinə dair hissəsinə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası MM-nin 317.1-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Azərbaycan Respublikası MM-nin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Mülki Məcəllənin 319.6-ci maddəsinə əsasən bu Məcəllənin 319.1-319.5-ci maddələrinə müvafiq olaraq ipoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; bu Qanunda nəzərdə tutulmuş digər hallar ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallardır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin mühafizəsi və satışı xərcləri istisna olmaqla, həmin əşyanın dəyərindən ipoteka saxlayana ödənilməli məbləğlər, ipoteka predmetinin təsviri, ipoteka predmetinin ilkin satış qiyməti, zəruri hallarda ipoteka predmetinin satılmasına qədər onun mühafizəsinin təmin edilməsi tədbirləri göstərməlidir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya olan pul öhdəliyi ipoteka ilə təmin edildiyindən və borclu iddiaçı qarşısında olan pul öhdəliyini icra etmədiyindən, iddiaçı kredit müqaviləsi üzrə tələbin ipoteka ilə yüklü edilmiş göstərilən daşınmaz əmlaka yönəldilməsini və açıq hərracda satılmasını məhkəmə qaydasında tələb etməkdə haqlıdır. Məhkəmə eyni zamanda tələbin ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi qaydasını müəyyən edərək qeyd edir ki, iddiaçının tələbinin ipoteka qoyulmuş göstərilən daşınmaz əmlaka yönəldilməsi ipoteka ilə yüklü edilmiş əmlakın açıq hərracdan satış yolu ilə realizə edilməlidir. Odur ki, kredit müqaviləsi üzrə borc tələbi kreditin təminatı kimi ipoteka ilə yüklü edilmiş göstərilən daşınmaz əmlaka yönəldilməli və ipoteka ilə yüklü edilmiş əmlak açıq hərracdan satılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual 97.5-ci maddəsinə əsasən tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Məhkəmə “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3-cü maddəsinin tələblərinə əsasən ipoteka predmetinin ilkin satış qiyməti müəyyən etməlidir. Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair 20 iyul 2020-ci il tarixli 01 №-li Qərardadının 21-ci bəndində göstərilmişdir ki, O da qeyd edilməlidir ki, kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması barədə tələblər üzrə işlərə baxılarkən “İpoteka haqqında” Qanunun tələblərinə riayət etmək üçün ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı aparılan məhkəmə araşdırmasında qanunla müəyyən edilmiş ardıcıllığa riayət edilməlidir. Belə ki, ilk növbədə ipotekaqoyanla ipotekasaxlayanın ipoteka predmetinin ilkin satış qiymətinin ipoteka müqaviləsində, Qanunun 10.5-ci maddəsinin tələbinə uyğun olaraq qeyd edilmiş qiymətlə müəyyən edilməsinə münasibəti öyrənilməlidir. Bununla bağlı razılıq olmadıqda isə, Qanunun 39.3.3-cü maddəsinə uyğun olaraq müqavilədə nəzərdə tutulduğundan fərqli həddə ilkin satış qiyməti ilə bağlı istinad edilən tərəflərin razılaşmasının olub-olmaması aydınlaşdırmalıdır. Məhkəməyə təqdim olunan razılaşma Mülki Prosessual Məcəllənin 106.3 və 191.1-ci maddələrinin tələbləri baxımından yazılı şəkildə tərtib edilməli, ya məhkəmə iclas protokoluna imza edilməklə təsdiq olunmalı, ya da tərəflərin razılığı bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə ifadə olunmalıdır. Bu halda məhkəmə tərəflərin razılaşması ilə müəyyən edilmiş qiymətlə, onun əmlakın likvid və ya real bazar qiymətini təşkil edib-etməməsindən asılı olmayaraq bağlıdır. Buna baxmayaraq, məhkəmə Mülki Prosessual Məcəllənin 52.5 və 106.4-cü maddələrində sadalanan halların mövcudluğunu aşkar etdikdə həmin razılaşmanı nəzərə almaya bilər. Belə razılaşmanın əldə edilmədiyi, yaxud məhkəmə tərəfindən nəzərə alınmadığı hallarda isə ipoteka predmetinin ilkin satış qiyməti müstəqil qiymətləndiricinin rəyi (mütəxəssis rəyi) əsasında müəyyən edilməlidir. Nəzərə alınmalıdır ki, mütəxəssis rəyinin mübahisə tərəflərinin təqdim etməsindən, yaxud məhkəmə qərardadı ilə təyin edilmiş əmlakın qiymətləndirilməsi ilə bağlı qərardadla alınmasından asılı olmayaraq, rəydə ipoteka predmetinin yalnız likvid qiyməti deyil, həmçinin likvid qiymətin ağlabatanlığının dəyərləndirməsi baxımından əhəmiyyətli olan real bazar qiyməti də əks olunmalıdır. Bu yanaşma “İpoteka haqqında” Qanunun 54-cü maddəsinin torpaq sahəsinin ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı tələbindən də irəli gəlir. Hazırki iş üzrə cavabdeh üzrsü səbəbdən məhkəmə iclaslarında iştirak etmədiyi üçün ipotekaqoyanla ipotekasaxlayanın ipoteka predmetinin ilkin satış qiymətinin ipoteka müqaviləsində, Qanunun 10.5-ci maddəsinin tələbinə uyğun olaraq qeyd edilmiş qiymətlə müəyyən edilməsinə münasibətini öyrənmək mümkün olmamışdır. Buna görə də, İmişli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(036)-641/2024 saylı qərardadına əsasən Abşeron rayonu, Masazır kəndi, Aşıq Alı küçəsində yerləşən 0.03 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 122.70 kv.m ümumi, 94.9 kv.m yaşayış, 27.8 köməkçi sahədən ibarət 4 otaqlı 1 mərtəbəli 42 nömrəli fərdi yaşayış evinin real bazar dəyərinin nə qədər olması işin həlli üçün əhəmiyyətli olduğundan iş üzrə mühəndis-texniki ekspertizası təyin olunmuşdur. Məhkəmə Ekspertiza Mərkəzinin eksperti tərəfindən tədqiqat obyektinə baxış keçirilməsinin təşkil olunması barədə vəsatət verilmiş, tərəflərin iştirakını təmin etmək məqsədi ilə xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli 2(036)-641/2024 saylı bildirişlər göndərilmişdir. Lakin, cavabdeh baxışın keçirilməsində iştirak etmədiyindən və tədqiqat obyektinə baxış keçirilməsi şərait yaratmadığından tədqiqat obyektinə baxış keçirilməsi və qərardadda qoyulmuş suallar üzrə tədqiqat aparılması mümkün olmamışdır. Buna görə də, məhkəmə hesab edir ki, cavabdeh ekspertizanın keçirilməsinə şərait yaratmamaqla, onun keçirilməsinə maneə yaratdığı üçün hazırki iş üzrə cavabdeh Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.5-ci maddəsi tətbiq edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ipoteka predmeti olan Abşeron rayonu, Masazır kəndi, Aşıq Alı küçəsində yerləşən 0.03 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 122.70 kv.m ümumi, 94.9 kv.m yaşayış, 27.8 köməkçi sahədən ibarət 4 otaqlı 1 mərtəbəli 42 nömrəli fərdi yaşayış evinin (qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********4-10301) ilkin satış qiyməti xx.xx.2022-ci il tarixli 2022/4000 saylı ipoteka müqaviləsi ilə razılaşdırılımış qiymətlə, yəni 57.000 (əlli yeddi) manat məbləğində müəyyən edilməlidir. Qeyd edilən daşınmaz əmlak açıq hərracdan satılmalı və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən kredit borcu ödənilməli, satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıq olarsa, artıq məbləğ borcluya qaytarılmalıdır. Məhkəmə eyni zamanda, iddia tələbinin “tutma ipoteka əmlakına yönəldildikdə və əmlak satıldıqdan 1 ay sonra həmin mənzil boşaldılaraq, "xxxx" BOKT MMC-yə təhvil verilməsi”nə dair hissəsini araşdıraraq hesab edir ki, mübahisəli mənzil mülkiyyətçisi tərəfindən ipoteka müqaviləsi üzrə kreditin təminatı olaraq qaytarılması üçün ipoteka qoyulduğundan, iddia qeyd edilən hissədə də təmin edilməlidir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 59.3-cü maddəsinə əsasən, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarına əlavə edilmiş mədaxil qəbzindən görünür ki, iddianın verilməsi ilə bağlı iddiaçı tərəfindən 197 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan, iddia tələbi isə qismən təmin olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 197 manat dövlət rüsumunun 172.64 manat hissəsi Cavabdeh tutularaq iddiaçının xeyrinə ödənilməli, qalan 24.36 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Bundan başqa iddiaçının vəkilin göstərdiyi hüquqi yardıma görə 690 manat xidmət haqqının və bildirişin qeydə alınması üçün ödənilmiş 51 manat rüsumunun tələb etməsi haqlıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2022-ci il tarixli, 2022/4000 nömrəli kredit müqaviləsinə əsasən 19.518,99 manat əsas borc, 7.053,53 manat faiz borcu, 975.95 manat cərimə borcu olmaqla, cəmi 27.548,47 (iyirmi yeddi min beş yüz qırx səkkiz manat, qırx yeddi qəpik) manat məbləğində borc iddiaçı "xxxx" BOKT MMC-nin xeyrinə tutulmalı, tutma Cavabdeh mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndi, Aşıq Alı küçəsində yerləşən 42 nömrəli fərdi yaşayış evinə (qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********4- 10301) yönəldilməli, Abşeron rayonu, Masazır kəndi, Aşıq Alı küçəsində 42 nömrəli fərdi yaşayış evinin (qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********4-10301) ilkin satış qiyməti 57.000 (əlli yeddi min) manat məbləğində müəyyən edilməklə açıq hərracdan satılmalı və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən "xxxx" BOKT MMC-yə olan 19.518,99 manat əsas borc, 7.053,53 manat faiz borcu, 975.95 manat cərimə borcu olmaqla, cəmi 27.548,47 (iyirmi yeddi min beş yüz qırx səkkiz manat, qırx yeddi qəpik) məbləğində borc, vəkilin göstərdiyi hüquqi yardıma görə 690 manat xidmət haqqı, ödənilmiş dövlət rüsumuna görə 172.64 manat və bildirişin qeydə alınması üçün ödənilmiş 51 manat rüsum olmaqla, cəmi 28.462,11 (iyirmi səkkiz min dörd yüz altmış iki manat on bir qəpik) manat məbləğində pul tutulmalı, satışdan əldə olunmuş pul vəsaitinin qalan (tələbdən artıq məbləğ qaldığı halda) hissəsi Cavabdeh qaytarılmalı, Abşeron rayonu, Masazır kəndi, Aşıq Alı küçəsində yerləşən 42 saylı fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan sonra ən gec 1 (bir) ay ərzində həmin mənzil boşaldılmalıdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Nəticə:
Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ:
İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli, 2022/4000 nömrəli kredit müqaviləsinə əsasən 19.518,99 manat əsas borc, 7.053,53 manat faiz borcu, 975.95 manat cərimə borcu olmaqla, cəmi 27.548,47 (iyirmi yeddi min beş yüz qırx səkkiz manat, qırx yeddi qəpik) manat məbləğində pul vəsaiti iddiaçı "xxxx" BOKT MMC-nin xeyrinə tutulsun. Tutma Cavabdeh mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndi, Aşıq Alı küçəsində yerləşən 42 nömrəli fərdi yaşayış evinə (qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********4-10301) yönəldilsin. Abşeron rayonu, Masazır kəndi, Aşıq Alı küçəsində 42 nömrəli fərdi yaşayış evinin (qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********4-10301) ilkin satış qiyməti 57.000 (əlli yeddi min) manat məbləğində müəyyən edilməklə açıq hərracdan satılsın və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən "xxxx" BOKT MMC-yə olan 19.518,99 manat əsas borc, 7.053,53 manat faiz borcu, 975.95 manat cərimə borcu olmaqla, cəmi 27.548,47 (iyirmi yeddi min beş yüz qırx səkkiz manat, qırx yeddi qəpik) məbləğində borc, vəkilin göstərdiyi hüquqi yardıma görə 690 manat xidmət haqqı, ödənilmiş dövlət rüsumuna görə 172.64 manat və bildirişin qeydə alınması üçün ödənilmiş 51 manat rüsum olmaqla, cəmi 28.462,11 (iyirmi səkkiz min dörd yüz altmış iki manat on bir qəpik) manat məbləğində ödənilsin. Satışdan əldə olunmuş pul vəsaitinin qalan (tələbdən artıq məbləğ qaldığı halda) hissəsi Cavabdeh qaytarılsın. İddia tələbi üzrə tutma Abşeron rayonu, Masazır kəndi, Aşıq Alı küçəsində yerləşən 42 nömrəli fərdi yaşayış evi satıldıqda, orada yaşayan və qeydiyyatda olan şəxslər həmin yaşayış sahəsindən məcburi qaydada bir ay müddətində çıxarılsın və ipoteka predmeti olan həmin fərdi yaşayış evi boşaldılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Orxan Mahmud